Triliçe

Ərzaqlar:

5 yumurta

1 st şəkər tozu

1.5 st. un

1 vanil

1 qabartma tozu

Südlü sos üçün:

3,5 st. süd

3 x.q. şəkər tozu

200 ml. duru krem

Karameli üçün:

1 st. şəkər tozu

1 x.q. kərə yağı

200 ml. duru krem

Hazırlanması:

Qarışdırma qabına yumurtanı və 1 stəkan şəkər tozunu ağaranadək mikserlə çalırıq. Un, qabartma tozu və vanili də əlavə edib taxta qaşıqla qarışdırırıq. Yağlı kağız sərilmiş listə töküb, qabaqcadan isidilmiş sobada bişiririk. Bir qabda südü, 3 xörək qaşığı şəkər tozu və bir qutu kremi çalaraq soyuducuya qoyuruq. Karameli hazırlamaq üçün balaca qazana 1 stəkan şəkər tozunu töküb ocaqda qarışdıra əridirik. Kərə yağı əlavə edib qarışdırırıq. Sonra kermi də töküb sos halına gələnə kimi qısıq atəşdə qarışdıraraq bişiririk. Soyumuş biskviti tərs çevirərək kağızını çıxardıb çəngəl yardımı ilə deşiklər açırıq. Üzərinə soyuducuya qoyduğumuz südlü sosu hər tərəfinə gələcək şəkildə yayırıq. Sonra da soyumuş karameli yayıb 5-6 saat soyuducuda saxlayırıq. Üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz. Nuş olsun!  

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)