Bilsəniz oruc tutmaq sizin üçün necə xeyirlidir...

Ramazan ayının hər bir anı, gecəsi və gündüzü, zaman olaraq mübarək olub feyz - bərəkətlə doldurulmuşdur. Allah-Təala Ramazan ayı üçün xüsusi hökmlər nazil edərək bəndələrinin bu müqəddəs aya hörmət və diqqət göstərmələrini əmr etmişdir. Bu həqiqət Qurani-Kərimin əl-Bəqərə surəsinin 183-185-ci ayələrində belə qeyd olunur:

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar”.

Başdan sona qədər fəzilət və ilahi lütflərlə dolu olduğu üçün Ramazan ayında ibadət və zikrdən uzaq qalanların çox böyük bir ziyana düçar olacaqlarını Rəsuli-Əkrəm (s.ə.s.) bir hədisində belə ifadə etmişdir:

“Ramazanda bir mələk belə nida edər: “Ey xeyir işləyənlər! Xeyrinizi çoxaldın. Ey pis iş görənlər! Günahlarınızı azaldın. Ramazan bitənə qədər bu hal davam edər” (Əhməd bin Hənbəl, Müsnəd).

“Ramazan” ərəb dilində “Susuzluqdan dolayı içdən yanmaq” mənasını daşıyır və “Raməza” kökündən gəlir. Günəşin şiddətli istisindən dolayı torpağın ayaqları yandırması haqqında “Ramza, Ramizə” sözləri işlənir.

Bəziləri bu aya Ramazan deyilməsinin səbəbinin bu ayda saleh əməllərin günahları yandırıb yox etdiyi olduğunu söyləmişlər. Bəziləri isə qum və daşların günəşin şüasından isinib yandıqları kimi bu ayda qəlblərin də imanın, ibadətin hərarətindən yandığını bildirərək bu aya Ramazan adının verildiyini bildirmişlər.

Məlum olduğu kimi Qurani-Kərim nazil olmadan əvvəl də bu ay, bu zaman dilimi mövcud idi. Ramazan ayı qəməri (ay təqvimi) aylardan biridir. Qəməri hesablamanın tarixi isə bəşəriyyətin ilk yaradıldığı zamanlara gedib çıxır. Dini mətnlərdən aydın olur ki, Adəm peyğəmbər və onun övladlarından sonra Nuh peyğəmbər də bu təqvimdən istifadə etmişdir. Sonrakı zamanlarda İbrahim peyğəmbər və onun davamçıları olan Həzrət İsmayıl və Həzrət İshaq da bu təqvimə əməl etmişlər. Sonraları Həzrət İshaqın oğlu Yaqub peyğəmbərin (İsrailin) nəslindən çıxan çoxlu sayda İsrail oğullarından olan peyğəmbərlərin şəriətində də qəməri təqvimdən istifadə olunduğu öz əksini tapmışdır.

Sadəcə Qurani-Kərimin deyil, digər səmavi kitabların da bu müqəddəs ayda endirilməsi bu ayın fəziləti və əzəmətindən xəbər verir. Rəsulullah (s.ə.s.) belə buyurur:

“İbrahimin səhifələri Ramazanın ilk gecəsində, Tövrat altıncı gecəsində, İncil onuncu gecəsində, Quran da iyirmi dördüncü gecəsində nazil oldu”  (Əhməd bin Hanbəl, Müsnəd; Heysəmi, Məcmauz-Zəvaid).

 Orucun ruh və bədən sağlığına faydası haqqında indiyə qədər çox söz söylənmış, bu xüsusda bir xeyli məqalə və kitab yazılmışdır. Orucun metobolizma üzərinə mənfi bir təsirinin olub-olmadığına gəlincə, qısa müddətli aclıqlarla protein metobolizmasının bədənə mənfi təsirinin olması mümkün deyildir. Bədən öncə karbohidratı enerji qaynağı olaraq istifadə edər. Bədənin karbohidrat depo miqdarı (əzələ və qaraciyərdəki qlükoza yönündən) bir neçə yüz qramdır və yarım gün bədənin enerji ehtiyacını qarşılayar. Daha sonra primer enerji olaraq yağlar gəlir. Sadəcə bir neçə həftə heç bir şey yeyilmədiyi təqdirdə bədənin protein itkisi ilə qarşı - qarşıya qalacağı şübhəsizdir. Oruc isə qısa müddətli aclıqdır.

Alman Professor Cehardet iradənin qüvvətlənməsi xüsusunda yazdığı kitabında orucu tövsiyə edərək insanın maddi meyillərinin olmaması, nəfsinin istəklərinə malik bir həyat yaşaması üçün ruhun cəsədə hakimiyyətini təmin edəcək ən təsirli yolun oruc olduğunu bildirir. Professor Muhamməd Hamidullah isə bu mövzuda belə deyir: “Oruc ayı olan Ramazan il boyu dolaşaraq qış və ya yay, ilin bütün mövsumlərinə təsadüf edər və bir kimsə beləliklə yayın qovurucu istilərində olduğu qədər qışın dondurucu soyuqlarında da bu məhrumiyyətlərə öyrəşmiş olar. Şübhə yoxdur ki, bir insan bundan sağlamlıqla əlaqəli, hərbi və s. bir çox faydalar əldə edər. Doktor Rowy isə bu xüsusda “Oruc vücudun xəstəliklərə qarşı müqavimətini artırır. Bu önəmli tibbi həqiqəti İslam, orucu fərz qılaraq ortaya qoymuş, bu günkü müasir tibb isə orucdan xəstəliklərə qarşı qoruyucu və dərman olaraq istifadə etməkdədir”. Bu xüsusları dəstəkləyən Doktor Nurbaki belə deyir: “Orucda, xüsusilə gündüz qida qəbulunun olmaması səbəbi ilə qaraciyər qida depolama işində həddindən artıq rahatlayır. Bu rahatlıq sırasında bədən üçün həyat əhəmiyyəti daşıyan qlobolinlər hazırlayır. Bu sayədə qorunma sistemimiz güclənir”. Doktor Rovinin sözlərinə əlavə olaraq Doktor Henri Lahmanın Saksoniyanın Drezden şəhərindəki xəstəxanasında, bundan başqa Doktor Berşerbenr və Doktor Moliere aid sağlıq evlərində orucla müalicə üsulunun tətbiq olunduğu da bilinməkdədir.

Prof. Dr. Kazım Gürkan da orucun insan sağlığına və psixologiyasına fövqaladə təsiri haqqında fikirlərini belə izah edir: “Oruc bir rejimdən ibarətdir. Qayəsi də bəşərin sağlıq yönündən səadətini təmin etməkdir. Düşünün ki, təzyiqin, xolestrolun və diyabet kimi bir çox xəstəliklərin müalicəsində pəhrizin ən təsirli müalicə olmasının oruc olduğunu 14 əsr öncə insanlar bilmirdilər.

Allah-Təalanın İslam ümmətinə bəxş etdiyi oruc möcüzəsinin təsirində qalan və heyranlığını gizlədə bilməyən alimlərdən biri də Yapon alimi Eshionori Ohsumi belə demişdir: “İnsan vücudu ac qalınca zəif və xəstəlikli hüceyrələrin içindəki lazımsız parçacıqların yox etmə proqramını kəşf etdi. Bu mexanizmaya o otofajoni adını vermişdir”.

Bu kəşf ilə 1939-cu ildə Nobel mükafatını alan bu alim 3 günlük orucdan sonra bədənin müqavimət sisteminin tamamilə yenilənməsini kəşf etmişdir. Bu şəkildə müsəlmanların orucunun bədəni bir yenilənmə proqramı olaraq qarşımıza çıxdığı müşahidə edilir. Vücud stress altında olarkən oruc tutanda, ya da aclıq sırasında çox hüceyrələrin özünü yemə durumu “autofagiya”meydana çıxır. Hüceyrə enerji istehsalını öz iç imkanlarını istifadə etməklə yaratmağa çalışır və təbii ki, ilk olaraq çöpünü və patogen bakteriyaları həzm edərək təmizliyə başlamış olur. Beləcə erkən yaşlanmanın qabağı alınmış olur. Autofagiya prosesində müəyyən bir davamlılıq olmazsa, yəni arxa-arxaya ac qalınmazsa, parkinson, diyabet və xərçəng xəstəliklərin gələcəkdə yaranma riski daha çox olur. İldə bir ay ara vermədən ac qalmağın fövqaladə bir hadisə olduğunu deyən Eshionori Oshumi, İslamın oruc vasitəsi ilə xəstəlikləri avtomatik olaraq ortadan qaldırma mexanizmi səbəbilə mükəmməl bir sağlıq proqramı halına gəldiyini ifadə etmişdir.

Bəndələrinə Ramazan ayı kimi bir neməti bəxş edən Uca Allaha sonsuz həmd-sənalar olsun! Amin!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)