Könül zərifdir, zərafətlə fəth edilər...

Ana-atalar uşaqlarının etdiyi və ya etmədiyi bir sıra davranışlardan şikayət edirlər. Hər ailənin qoyduğu özünəməxsus qaydaları var və bu qaydalara riayət olunmasını istəyirlər. Ailə fərdləri, uşaqlar bu qaydalara riayət edərkən bəzi fərdlər tabe olmurlar və qaydalar onlara çətin gəlir. Valideynlərin və uşaqların qəbul etdiyi bu qaydalara tabe olmağa bütün fərdlər diqqət etməlidirlər. Ana ayrı, ata ayrı qayda qoyarsa, uşaqda əsassız davranışlar müşahidə olunar. Hər gün dəyişən deyil, məntiqli açıqlamaları olan düzgün qaydalar uşağın tərbiyə edilməsində əhəmiyyətlidir.

Heç kimsə ərköyün bir uşaq böyütmək istəməz, amma bu məqsədə çatmaq bir az səy və bəzi bacarıqlardan istifadə etməklə mümkündür. Hər ana-ata uşağını sevir və onun üçün hər şeyin ən yaxşısını istəyir, ancaq bu mövzuda həddi aşdıqda əksər hallarda “ərköyün uşaq” davranışları ortaya çıxır. Bəzi ana-atalar uşağın kədərlənməsinə görə həddindən artıq narahat olub və “xeyr” deməyin uşağın özünə inamını zədələyəcəyini və özünü bədbəxt hiss etdirəcəyini düşünürlər.

Əslində, vəziyyət təxminən bunun tam tərsidir. Hiss etdiyi gərginliklərin öhdəsindən gəlməyi öyrənmək uşağın özünə nəzarət duyğusunun inkişafına və gerçək həyata hazırlığına yardım edəcək. Tutarlı və məntiqli sərhədlər qoyulması uşağın məsuliyyət duyğusunun inkişafına və ictimai həyatda rahat olmasına töhfə verir.

Heç bir ana-ata uşağına gözəl tərbiyədən başqa bir şey verə bilməz. Bu tərbiyə mükafat metodu ilə davamlı hala gələcək. Müsbət davranışlar mükafat ilə uşağın şəxsiyyətində qalıcı bir yer qazanır. Həzrəti İmam Malikin atasının etdiyi kimi: “İbadət vərdişi qazandırmaq üçün hər bir hədisi əzbərləyəndə mənə bir hədiyyə verirdi, daha sonra hədisləri hədiyyəsiz əzbərlədim və bu məndə bir vərdiş halına gəldi”, - deyir. Buradakı kiçik hədiyyələr könlü xoş etmək üçündür. Hər uşaq üçün mükafat anlayışı fərqlidir. Ona görə hər ana-ata öz mükafat sistemini meydana gətirə bilər. Bir uşaq üçün ən doğru mükafat ona gülümsəyərək və sarılaraq doğru davranışını təbrik etməkdir. Bunu edərkən onu tərifləyə bilər, onu sevdiyinizi söyləyə bilərsiniz. Hər davranışında bahalı bir oyuncaq almaq uşağı doyumsuz edər. Uşaqlarımıza kiçik şeylərlə də xoşbəxt olmağı öyrətmək lazımdır. Onlara maddi vəziyyəti aşağı olanlardan misallar vermək lazımdır ki, Cənabı-Haqqın nemətlərini xatırlasınlar və şükür etməyə öyrəşsinlər. Peyğəmbərimizin də (s.ə.s.) Müslimdə keçən hədisi-şərifində: “Maddi baxımdan sizdən aşağı səviyyədə olanlara baxın, şükür edin. Mənəvi baxımdan sizdən üst səviyyədəkilərə baxın, o sizi səy göstərməyə təlqin etsin”, - buyurmuşdur.

Peyğəmbərimiz (s.ə.s.) başqa bir hədisində də belə buyurmuşdur: “Uşaqlarınıza ikram edin, onları xeyirə təşviq etməkdə həmin ikram bir vasitə olacaq. Onlara gözəl tərbiyə verin”.

Ana-atalar dünyanın ən qiymətli xəzinələrindən olan övladlarını tərbiyə edərkən gözəllik, zəriflik, yumşaqlıq və incəliklə rəftar etməlidirlər. Uşaqlarımızın könlü zərifdir, zərafətlə fəth edilər.

“Bilmirsənsə könül sazın çalmağı,

 Nə pərdəyə toxun, nə teli incit”, - deyir, könüllərin sultanı Həzrəti Mövlana.

Bir adam Abdullah ibn Mübarəkin yanına gəldi. Uşağının üsyanından şikayət etdi. Abdullah ibn Mübarək ona: “Uşağına qarğış və pis söz söyləmisənmi?” - dedi. Adam “bəli” dedi. Abdullah ibn Mübarək də: “Uşağın pozulmasına sən səbəb olmusan, ona qarğış etmisən”, - dedi. Deməli, uşaqlarımıza nəzakət və gözəl söz ilə xitab etməliyik.

Uşaqların ailə fərdlərinin mövcud qaydaları ilə yaşamalarına imkanlar verin. Onları nə çox sərbəst buraxmalı, nə də həddindən çox sıxmalıyıq. Çünki normadan artıq rahatlıq nəfsi azdırır, tənbəlliyə səbəb olur. Çox təzyiq də uşağı qorxaq və xaraktersiz birinə çevirir. Buna görə də ölçülü üslub ilə vaxtlarını gözəl insan olmalarına vəsilə olacaq davranışlarla doldurmağa səy göstərilməlidir. Unutmayaq ki, biz uşaq üçün güvən qaynağı və bir örnəyik. Uşaqlarımız ilə güvən problemi yaşasaq, onlara faydalı ola bilmərik. Övladlarımız, cəmiyyətimizin özəyi olan sabahın ailələrini quracaqlar. Onları nə qədər gözəl yetişdirsək, o qədər gözəl bir cəmiyyət inşa edərik.

Tomas Edison və Anasının Hikayesi

Tomas Edison bir gün evə gəldikdə anasına bir kağız verir və “Bu kağızı müəllimim verdi və yalnız sənə verməyimi tənbehlədi”, - deyir. Anası kağızı gözyaşları içində oğluna səsli olaraq oxuyur: “Oğlunuz bir dahidir. Bu məktəb onun üçün çox kiçikdir və onun səviyyəsində təhsil verə bilən müəllimimiz yoxdur. Xahiş edirik ona özünüz təhsil verin”.

Aradan uzun illər keçdikdən sonra Edisonun anası vəfat etdikdə, o artıq əsrin ən böyük elm adamlarından biri idi və bir gün köhnə ailə əşyalarına baxarkən birdən bir rəfin küncündə qatlanmış bir kağız tapdı və açıb oxudu.

Kağızda “Oğlunuz "ağıldankəm" uşaqdır. Artıq onun məktəbimizə gəlməsinə icazə vermirik...“  yazılmışdı. Edison saatlarla ağladıqdan sonra gündəliyinə bu sətirləri yazdı: “Tomas Alva Edison, qəhrəman bir ana tərəfindən, əsrin dahisi halına gətirilmiş, "ağıldankəm" bir uşaq idi.

 

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)