ALAY KANİKEYİ KURMANCAN DATKA

Oş şəhəri Qırğızıstanın cənubunda yerləşən, cənubun paytaxtı kimi tanınan ikinci böyük şəhərdir. Oş şəhərində qırğız, özbək, rus, tacik və 2% nisbətində də axıska və Qara dəniz türkləri yaşayır. Oş şəhəri 3000 illik keçmişə malik tarixi bir şəhərdir. Qaraxanlı dövlətinə ev sahibliyi etmişdir. Təbii gözəlliyini itirməyən, yaşıllıqlarla örtülü Oş şəhəri İslam tarixinə şahidlik etdiyi üçün ziyarət etdikdə insana dinclik verən bir havası vardır.

Oş şəhərini bir günlük ziyarət etdikdə qırğız tarixində əhəmiyyətli bir yerə sahib olan, həyatı öyrənildikdə bütün türklərin və müsəlmanların hörmətini qazanan, rusların alay çariçası dedikləri Oş xalqının Kanikeyi (kraliça) və əsgərlərin generalı olan Kurmancan Datkanın qəbrinin bu bölgədə olduğunu öyrənirik. Datka rütbə olub, hökmdar, general, idarəçi mənalarını ifadə edir. Kurmancan Datka qırğız tarixində Datka ünvanını alan ilk və tək qadındır.

Özünü tanıtmazdan əvvəl qəbri haqqında qısa məlumat versək, türbəsi Oş şəhərinin mərkəzində kiçik bir təpəlikdə, 11 əsrlik keçmişə malik olan qəbiristanlıqda yer almaqdadır. Hokand xanlığının komandiri olan yoldaşı Alimbek Datka da eyni qəbiristanlıqda dəfn olunmuşdur. Özünün vəsiyyətinə əsasən şeyxi Salahuddin İbn-i Mövlana Siracuddin (k.s.) həzrətlərinin ayaq ucuna başı gələcək şəkildə dəfn edilmişdir. Bu hərəkətiylə mənəvi sultanlığın yanında maddi sultanlığın dəyərini itirdiyini göstərmişdir. 1992-ci ildə arxeoloqlar tərəfindən kurmancan Datka və yoldaşı Alimbek Datkanın qəbrləri açılaraq ikisi yan-yana bir türbədə dəfn edilmişdir.

Qəbirini ziyarət etdikdə türbədar Özbək bir əmi bizə türbənin qapısını açıb, Quran oxudu, dualar etdi. Sonra 1992-ci ildə qəbrin daşınmasında iştirak etdiyini söyləyərək məlumatlar verdi. Qəbirstanlığın insanı rahatlaşdıran bir havası var idi. Diqqətimizi çəkən bir hadisə də qəbirlərin çoxunun üzərində farfor çaydan və piyalə dedikləri içində çay içilən kiçik bir kasa var idi. Oradaki əmidən səbəbini soruşduqda əvvəllər xalqın çoxu oxumaq-yazmaq bilmədiyi üçün, bir qadın həyat yoldaşı vəfat etdikdə qəbirini müəyyən etmək üçün üzərinə çaydan qoyubmuş. Bunu görən oxumaq-yazmaq bilməyənlər də öz qəbirlərinə çaydan, piyalə kimi əşyaları qoya-qoya bu iş adət halını almışdır. Bu ədəd atalardan gələn vərdişlərlə davam etməkdədir. İnsanlara “niyə bu çaydanları qoyursunuz?” deyə soruşulduqda “biz atalarımızdan belə görmüşük” deyirlər. Hətta bəziləri “ruhlar bunlarla çay içir” deyərək bu adəti tərk etmirlər.

Kurmancan Datka kimdir?

Kurmancan, tarixi Oş şəhəri yaxınlığında əkinçi olan Mamıtbayın qızı olaraq dünyaya gəlmişdir. Atası, qızı doğulan kimi dostunun oğlu ilə göbək kəsmə etmişdir. 17 yaşında verilən bu sözə əsasən Kul Seyit ilə evlendirilir. Bir rəvayətə görə oğlan əqli qüsurlu olmasına baxmayaraq atası sözündən dönmür. Bu evlilik sadəcə bir il davam edir və Kurmancan Datka artıq dözə bilməyib ata evinə geri dönür. Çox gənc olmasına baxmayaraq ağıllı duruşu ilə diqqət çəkən, düşünmədən danışmayan və dəyərlərinə bağlı olan, yaxşı dini təhsil almış olan Kurmancanın bu xüsusiyyətlərinə gözəlliyi də əlavə olunduqda, Hokand xanlığının məşhur komandiri Alimbek Datkanın gözündən qaçmamış və 1832-ci ildə Alimbek Datka ilə evlənmişlər. Bu evlilikdən 5 oğlu və 2 qızı olan Kurmancanın tam ərinin istədiyi kimi bir qadın olduğu, ona həmişə dəstək verdiyi məlumdur. Alimbek aldığı qərarlara zamanla onu da daxil etməyə başlamış və Kurmancan ərinin sanki müəllimi olmuşdur. Alimbek Datka 1862-ci ildə bir sui-qəsdə qurban getmişdir. Bir rəvayətə görə namaz qılarkən şəhid edilmişdir. Alimbek Datka elmə düşkün olduğu üçün Oş şəhərində böyük mədrəsə açıb elm sahiblərini bu bölgəyə toplamış, minlərlə insan bu mədrəsədə elm almışdır.

Yoldaşının vəfatından sonra cənubdakı qırğızların başına Kurmancan Datka keçmiş və xalqı gözəl bir şəkildə idarə etmişdir. Kurmancan Datka Batır (igid, cəsur, qəhrəman) deyilən gənclərdən 10000 nəfərlik bir ordu quraraq idarəsini öz boynuna götürmüşdür.

Orta Asiyanı işğal etməyə başlayan Ruslar 1877-ci ildə Kurmancan Datkanın rəhbərliyi altında olan Alay vadisinə çatırlar. Alay bölgəsindəki qırğızlar ruslara uzun zaman müqavimət göstərmişlər. Kurmancan Datkanın oğlu Abdullah bəyin ordusu ruslara üstün gələrkən, döyüş planı qırğız olan İman Qulu tərəfindən ruslara bildirilir. Kurmancan Datka və oğlu əsir düşür. General Skolebevin qərargahına gətirildikdən general Kurmancan Datkaya hörmət duyaraq, onu əsir kimi deyil, qonaq kimi qarşılamışdır. Bunda Kurmancan Datkanın mənəvi halı, dik duruşunun payı olduğu deyilir. Kurmancan Datka “Biz əsir olsaq da ev sahibiyik. Biz sizi evimizdə qarşılamaq istəyirik. Yuxarı başda oturaraq sizinlə razılığa gəlmək istəyirik” deyir və razılığa öz çadırında gəlirlər. Çadırında zalım rus generalını müsəlmana yaraşan formada qonaq etməsi generalın üzərində psixoloji təsir meydana gətirmiş və bu razılaşma qırğızların xeyrinə olmuşdur. Kurmancan Datka burada da üstün siyasi biliklərindən istifadə edərək əsir vəziyyətində olmasına baxmayaraq, müvəffəqiyyət əldə etmişdir.

Bu hal ilk baxışda təslimiyyət kimi görünsə də, böyük bir uğur olaraq tarixə keçmişdir. Çünki xalq döyüş səbəbilə əldən düşmüşdü. Kurmancan Datka öz bölgəsində ruslara bağlı olsa da, daxili müstəqillik və yerli xalqın tərzinə, dininə qarışmamaq şərtilə razılıq əldə etmişdir. Oş bölgəsində yaşayan xalq indi də dininə çox bağlıdır. Bəlkə də buna Kurmancan Datkanın dini və milli dəyərlərə qarışmamaqla bağlı ruslarla etdiyi razılaşma təsir etmişdir. Kurmancan Datka vəfat edənədək 30 il xalqına idarəçilik etmiş, 1907-ci ildə 96 yaşında vəfat etmişdir. Vəfatından sonra nəslindən gələnlərə idarəçilik icazəsi verilməmişdir.

Günahsız yerə ruslar tərəfindən edam edilən kiçik oğlu Kamçıbek edam kürsüsündə olduğu əsnada, Kurmancan Datka oğluna dünya gözü ilə son dəfə baxır və bu sözləri söyləyir: “Oğlum, dik dur. Mətanətini itirmə, əcdadından isti yatağında vəfat edən kimsə varmı? Sən şəhid olaraq gedirsən. Bu rütbə hər kəsə nəsib olmaz, unutma!”

Həyatı boyu dik dayanıb, hər zaman xalqının mənfəətini düşünən Kurmancan Datka sevgi və hörmətlə anılır. Heykəlləri qoyulub, şəkli pullara və markalara həkk olunmuşdur. Məkanı cənnət olsun.

Kurmancan Datkanın vəsiyyətindən bir parça:

Dostlarım, xalqım-millətim, övladlarım

Yaxın kimi dönülməz yola gedəcəklərim

Yaşlınla, gəncinlə məşğul ol, qulaq ver

Bax bunlar vəsiyyət edib deyəcəklərim

 

Əzəldən qırğız olaraq yaradılmış

Ala-Toonun arasına yayılmış

Adiginenin Taqayımın uşaqları

Ağlı ilə səylərinə güvənmiş

 

Savaş ilə keçdi neçə zamanlar

Böldü xalqın yuxusunu qətliyamlar

Yetər artıq! Qan tökmək dursun!

Nəsil çoxalıb büyüsün, inkişaf etsin qırğızlar

 

 

Sağ ilə sol fikirdə birləşməsək

Təhqirə məruz qalmaz mı Kalpak ilə Ələçək (1)

Üstümüzdən qara bulud gedərmi?

Xalqımızı gözləyir necə bir gələcək

 

Görə bilməsəm dünyanı, göy üzünü, ulduzu

İçə bilməsəm ot qoxan qımızı

Hamısını gətirib, çağırın sağı, solu

Ölümüm ilə birləştirin qırğızı

                           

Abdurəşid Urbayov

Ələçək - qadının başına taxdığı 19 metrə uzunluğunda bəyaz örtü.

 

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)