Uşaqlarda oyun terapiyasının təsiri

Oyun uşağın birbaşa emosional və sosial inkişafına təsir edir. Uşaqlar oyun ilə xarici dünyanı tanıyır, həyata dair sınaqlar aparır, xəyal ilə həqiqəti ayırd etməyi öyrənir. Qısası, həyatla mübarizə etməyə cəhd edir. Bu mənada oyun, uşaqların duyğu və fikirlərini asanlıqla ifadə etdiyi ən münasib dildir. Oyun uşaqların inkişafına kömək edərkən eyni zamanda xoşbəxt edir.

 Oyun terapiyası nədir?

  Uşaqların böyüklər kimi özlərini ifadə etmələri heçdə asan deyil. Oyun terapiyası ilə uşaqlar sözləri işlətmək əvəzinə oyun və oyuncaqlar vasitəsilə, özünü ifadə etməyi, gündəlik həyatında baş edə bilmədiyi problemləri həll etməyi və mənfi davranışlarını dəyişdirməyi öyrənir. Oyun terapiyasının məqsədi uşağın özünü romantik olaraq yaxşı hiss etməsini təmin etməkdir. Uşağın normal inkişafına təsir edən emosional, davranış və psixoloji problemləri ortadan qaldırmaq və problemin böyüməsinin qarşısını almaqdır. Oyun terapiyasının növləri, non-direktif (istiqamətləndirilməmiş), koqnitiv və filial müalicədir. Seanslar (valideyn də daxil olur) təxminən 50 dəqiqə davam edir. Ancaq filial terapiya 30 dəqiqə, 15-20 seans davam edir.

 Oyun terapisti kimdir?

 Savadlı bir oyun terapisti uşaq ilə empatiya qurur. Uşağın özünü razılaşdırılmış və qəbul olunmuş hiss etməsinə, nəzarət hissi və fərqlilik qazanmasına əlverişli şərait yaradır. İstiqamətləndirilmiş işlər hədəfə yönəlib. Oyun terapistinin məsuliyyəti rəhbərlik etmək və şərh etməkdir. Terapist problemli davranışın yerinə daha müsbət davranışların və ideyaların inkişaf etdirilməsinə köməkçi olur. Terapiyanın mühüm cəhətlərindən biri mükafatdır. Bu yolla uşağa hansı davranışlarının uyğun hansılarının uyğun olmadığı istiqamətində birbaşa mesaj verilir.

  İstiqaməti bilinməyən işlərdə isə oyun terapistlərini əhatə edən 8 prinsip belədir:

  1. Terapist uşağı olduğu kimi qəbul edir.
  2. Terapist uşaqla isti bir münasibət qurur.
  3. Terapist uşağın duyğularını ifadə edə biləcəyi uyğun mühiti təmin edir.
  4. Terapist uşağın xaricə vurduğu duyğulara qarşı daha həssasdir.
  5. Terapist uşağa öz problemlərini həll etməsinə imkan verir və keçirdiyi seçkilərə hörmət edir. Dəyişikliyə qarşı apardığı seçkilərin məsuliyyətini uşağa verir.
  6. Terapist müalicə prosesini sürətləndirə, bu proses zamanla inkişaf edir.
  7. Terapist uşağı yönəltməz və uşağın çəkdiyi yolu təqib edər.
  8. Terapist müalicə etdirmək üçün lazımlı sərhədləri çəkir. Oyun terapiyasını uşaq psixoterapevtləri, psixiatriya bacısı, sosial xidmət vəzifəliləri, rəhbər və psixoloji məsləhət, psixoloqlar, sənət terapist-ləri istifadə edir.

 Bir uşağın oyun terapiyasına ehtiyacı olduğuna necə qərar verilir?

Uşaqlar, evdəki və ya məktəbdəki dəyişikliklərə uyğunlaşmada, ailədən birinin ölümündə, valideyninin ayrılmasında, çətin mərhələlərdən keçirlər. Bəzi uşaqların bu dövrlərdə digərlərindən daha çox dəstəyə ehtiyacı olur. Uşağın həyatındakı valideyn, müəllim və ya başqa bir yetkin, uşaq haqqında narahat olarsa, oyun terapiyası kömək etmiş olar.

  Oyun terapiyasından nə qədər zamanda nəticə alınır?

 Bu müddət uşaqdan uşağa dəyişir. Yaşadığı travma ciddiliyinə və hadisələri necə qəbul etdiyinə görə fərqlilik göstərir. Problemli davranış nə qədər yeni bunun aşılması o qədər asan olacaqdır. Fərdi məsləhətləşmə də 4 həftədə bir, qruplarda 8 həftə də bir ailə görüşməsi ilə valideyn məlumatlandırılır.

 Nə üçün oyun terapiyası

 Uşaqlar oyun oynamağı sevirlər. Böyüklər qədər duyğularını anlaya bilmək və bacarıqları inkişaf etməmişdir. Bu səbəblə oyunla uşaqlara təcrübələrini və hisslərini ifadə etmə imkanı təqdim olunduğundan yaxşılaşdırıcı xüsusiyyəti vardır. Uşaqlar; Oyunlarında davranışlarına təsir edən qəzəb, kədər, qorxu ya da xəyal qırıqlığı kimi hissləri terapistin verdiyi təhlükəsiz bir şəraitdə canlandıra bilər. Oyun terapiyası uşaqların duyğu və fikirlərini ifadə etmələrinə zehni və fiziki fikirlərini inkişaf etdirmələrinə kömək olur.

  Oyun terapiyası hansı vəziyyətlərdə, kimlərə tətbiq olunur?

  • Oyun terapiyası 3-11 yaş arası uşaqlara uyğundur.
  • Boşanmış ailələrin uşaqlarına
  • Atılmuş və ya tərkedilmiş uşaqlara
  • Ailədə şiddət görən uşaqlara
  • Məktəbdə zorakılıq görən və ya zorakılıq edən uşaqlara
  • Qorxuları olan uşaqlara
  • Yuxu pozğunluğu olan uşaqlara
  • Qardaş-bacı qısqanclığı yaşayan uşaqlara
  • Ailədə itki və yas olan uşaqlara
  • Ruhi, fiziki və cinsi təcavüzə məruz qalmış uşaqlara
  • Danışma pozğunluğu olan uşaqlara (pəltəklik, təkrar olunan dil, uşaq nitqi)
  • Hiperaktivlik və Diqqət çatışmazlığı diaqnozu almış uşaqlara
  • Dost olmaqda çətinlik çəkən uşaqlara
  • Dərs, iş və oxuma problemi olan uşaqlara
  • Özünəqapanıq və daim bədbəxt olan uşaqlara
  • Uyğunsuz davranışlar sərgiləyən uşaqlara, oyun terapiyası həyata keçirilir.

  Uşaq oyun terapiyası ilə nələr qazanır?

 Uşaqlar oyun terapiyası ilə özünə inamlarını qazanmağı, əməkdaşlıq etməyi, başqalarına hörmət göstərməyi, məsuliyyət almağı və məsuliyyətlərini yerinə yetirməyi, özünü qorumağı, diqqətini toplamağı, problemlərinə həll yolu tapmağı, hissini düzgün istiqamətləndirməyi, özünü düzgün ifadə etməyi, sosial əlaqələrini gücləndirməyi, qorxularını məğlub olmağı, nitq qüsurlarını düzəltməyi öyrənirlər.

 Oyun otağında nələr var?

 Oyun materialı kimi oyuncaq mebelli ev, oyuncaq ev alətləri, oyuncaq ailə, məktəb, oyuncaq heyvanlar, telefon, bir sıra kostyum və aksessuarlar, güzgü, su, qum hovuzu, avtomobil, təyyarə kimi oyuncaqlar və barmaq boyası, oyun xəmiri, hər növ boya qələmi, kartonlar, rəsm kağızı, etiketlər kimi bədii materiallar var. Bütün oyuncaqların və materialların istifadəsi asan, daşınan, etibarlı, dayanıqlı və uşağın davamlı çatacağı hündürlükdədir.

 Uşaq oyun terapiyasına gələrkən necə izah edilməlidir?

 Uşağa həkimə getdiyini demək əvəzinə, "Oyun terapiyası, sən rəsm və ya bənzəri bədii bir fəaliyyətlə məşqul olarkən, hekayə danışarkən və ya hər hansı bir oyuncaq ilə oynayarkən hisslərini anlamağa və onlar haqqında danışmağa köməkçi olacaq, çünki onları içində tutsan və nə hiss etdiyini dərk etməsən özünü xoşbəxt hiss etməzsən. Oyun terapisti sənə heç vaxt istəmədiyin bir şey etdirməyəcək, demək və etmək istədiklərinə özün qərar verərsən" kimi bir ifadə istifadə etmək uşağın özünü güvəndə hiss etməsinə kömək edər.

 

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)