Sellülitlə mübarizə

Əziz xanımlar! “Özünə qulluq” rubrikasının bu  sayında  ənənəmizə sadiq qalaraq, gözəllik və sağlamlığla bağlı sizi maraqlandıran ən vacib mövzuları araşdırmağa davam edirik. Bu günkü yazımız sellülit haqqındadır. Sellülit dəri altında toplanan artıq piydir. Bəzən xaricdən dəri çuxur şəklində olduğu üçün görünüşünü portağal qabığına bənzədirlər. Sellülitin yaranma səbəblərinə nəzər salsaq orqanizmdə  gedən bir çox prossesləri səbəb kimi göstərmək olar. Belə ki, piy toxumalarının parçalanma  prosesi  zəyiflədiyi üçün, artıq piy toplanmağa başlayır ki, bu da sellülitin yaranmasına yol açır. Sellülitə qarşı mübarizəyə başlamazdan öncə bilmək vacibdir ki, sellülit 4 mərhələdən ibarətdir və nə qədər tez qarşısı alınsa, tamamən yox olma ehtimalı da bir o qədər artar. İlk mərhələdə dəri çox yumşaq və hamar görünə bilər. Lakin dərini iki barmaq arasında möhkəm sıxarkən  dəridəki çuxurlar özünü göstərir. 2-ci mərhələdə isə xaricdən dərinin hamarlığı az miqdarda pozulmuş olur. Əgər bu bərabərsizlik  çoxdursa, demək, ikinci mərhələnin son həddidir. Uzanarkən heç bir hərəkət etmədən dəridə dərin çuxurlar varsa bu artıq 3-cü mərhələdir. Və son, yəni 4-cü mərhələ xaricdən dəri  çuxurlarla əhatə olmaqla bərabər, həm də dəriyə yüngül toxunuş belə  ağrılara səbəb olur. Onu da vurğulayaq ki, sonuncu mərhələyə nadir hallarda rast gəlinir. Mütəxəssislər sellülitin qarşısını almaq üçün ən effektli təsiri olan proseslərdən, duş qəbul edərkən sərt süngərlə dərinin hamar olmayan, yəni sellülitli hissəsini möhkəm sürtmək və selülitə qarşı idmanın olduğunu isbat ediblər

 Sellülitin ən çox yayılan səbəbləri aşağıdakılardır:

1. Hamiləlik dönəmi

2. Mədə-bağırsaq problemləri nəticəsində orqanizmdə yığılan şlaklar

3. Həddindən artıq şəkər və yağlı qidaların qəbulu

4. Genetik faktor

5. Stress

6. Hərəkətsizlik.

7. Geyim və s.

  Təəccüblü olsa da, araşdırmalar geyim tərzinin sellülitə təsirini açıqlayıb. Sən demə,  hündürdaban ayaqqabıların və dar şalvarlı geyimlərin qan dövranını pisləşdirməsi nəticəsində sellülit yaranır. Sellülit problemi ilə çəkisi az olan qadınlar da rastlaşır. Bunun səbəbi isə genetik baxımdan hər bir insanın piy toxumalarının parçalanma  prossesinin fərqli sürətdə olmasıdır. Yəni bir çox qadınların çəkisi az olsa da, genetik olaraq onlara ana və ya nənələrindən  ötürülməsi mümkündür. Bəzi insanları maraqlandıran sual, “Kişilər niyə sellülit problemi yaşamır?” sualıdır. Çünki kişi orqanizmində piy hüceyrələri dəriyə bir qədər uzaq və horizontal şəkildə yerləşir. Qadınlarda isə əksinə  piy hüceyrələri dəriyə çox yaxın və vertikal formada yerləşdiyinə görə, asanlıqla onu görmək mümkündür. Menopauza dövrü, yetkinlik çağında və hamiləlik dönəmində hormonal dəyişikliklər nəticəsində orqanizm piy ehtiyatı toplayır. Bu da sellülitin əsas səbəblərindən sayılır. Yaşa dolduqca əzələlərin hərəkət fəaliyyəti zəifləyir və artıq çəki əmələ gəlir. Tibbi araşdırmalar göstərir ki, sellülit təkcə estetik cəhətdən ziyanlı deyil, hətta ürək xəstəliklərinə belə səbəb ola bilər. Lakin problemin qarşısını almaq da mümkündür. Bu sahədə mütəxəssislərin apardığı təcrübələrə əsaslanaraq sellülitdən azad olmanın bir neçə sadə yollarını sizə təqdim edirik:

1. Düzgün qidalanmaq;

Qida rasionunu meyvə-tərəvəz ilə zənginləşdirmək, yağsız xama, qatıq yemək, çoxlarının sevdiyi “fast food”, şirin qidalardan və un  məmulatlarından tamamən imtina etmək lazımdır. Həddindən artıq qida qəbul etmək, qida orqanlarına mənfi təsir göstərməklə yanaşı,  artıq çəkiyə də səbəb olar. Gün ərzində 3-4 dəfə, az-az, tez-tez qidalanmaq və 2 litr su içmək lazımdır.

2.  Sellülitə qarşı idman.

Əgər idman zalına getmək üçün vaxt məhdudiyyəti varsa, o zaman ev şəraitində sellülitə qarşı yüngül idmanla məşğul olmaq olar. Və ya  hündür mərtəbəli binaların pilləkənləri ilə piyada qalxıb enmək, velosiped sürmək, qaçış kimi idman növləri sellülitin tamamən aradan qalxmasına kömək edir.

3. Sellülitə qarşı masaj

Bu prosses qan dövranını yaxşılaşdırır və qanın piy hüceyrələrinə axışını sürətləndirir. Belə olan halda piy hüceyrələri daha tez qopur. Mütəxəssislərin fikrincə, ümumiyyətlə,  orqanizmdə qan dövranı yaxşı olduqda sellülit problemi daha tez görülür. Sellülitə qarşı ev şəraitində hazırlanan qarışıqların da faydası var.

10 damcı rozmarin, 5 damcı kəklikotu, 5 damcı portağal yağı birlikdə yaxşıca qarışdırılır. Alınan qarışıq masaj vasitəsilə sellülit olan nahiyəyə  çəkilir, sellofanla sarılır. Bir neçə dəqiqədən sonra ilıq suyla yuyulur. Daha bir təsirli resept:

2 ç.q müxtəlif növ qidalandırıcı krem, 5 x.q təbii üzüm şirəsi və 1 ç.q balı qarışdıraraq alınan məhlulu masaj vasitəsilə problemli hissələrə çəkib, 20 dəqiqədən sonra yumaq lazımdır. Bir məqama diqqət yetirmək vacibdir. Gündüz idmanla məşğul olub, axşam saatlarında şirniyyat yemək, problemin çözümünün qarşısını alır. Yuxarıda qeyd etdiyimiz prosedurları yalnız kompleks şəklində həyata keçirdikdə istənilən nəticəni əldə etmək olar. Hər zaman gözəl və sağlam qalmaq ümidi ilə, gələn görüşlərədək..

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)