Bağayarpağı - yaraları sağaldan bitki

Bütün Yer kürəsinə yayılmış 200-ə yaxın növü məlumdur. Onların çoxu alaq otudur. Azərbaycanda 14 növü yayılmışdır, bunlardan ən çox böyük bağayarpağından istifadə olunur. Bağayarpağı adi alaq bitkisi kimi Azərbaycanın bütün rayonlarında bitir. Bağarpağının müalicəvi xüsusiyyətləri qədim zamanlardan bilinir.

Belə hesab olunur ki, bu bitki müalicə üçün istifadə olunan ilk bitkilərdən biridir. Dahi Avisenna bu bitkini təzə və köhnə yaraların və xoraların müalicəsində istifadə etməyi tövsiyə edirdi.

Müasir xalq təbabətində də bu bitkidən yara və xora sağaldan vasitə kimi geniş istifadə olunur. Məsələ burasındadır ki, bu bitkinin tərkibində nadir metilmetionin (U vitamini) var ki, bu maddə mədədə və onikibarmaq bağırsağında xoraları sağaldır.

Həmçinin bağayarpağının tərkibində K və C vitaminləri, fermentlər, orqanik turşular, fitonsidlər, büzücü və s. çox faydalı maddələr var.

Ənənəvi tibb də bağayarpağının müalicəvi xüsusiyyətlərindən istifadə edir. Bu bitki müxtəlif sidikqovucu, iltihab və mikrobəleyhinə, yarasağaldan və s. preparatların tərkibinə daxil edilir.

Bağayarpağı iltihab və mikrobəleyhinə, antiseptik xüsusiyyətlərə malikdir.

- Bağayarpağı dəmləməsi soyuqdəymə, öskürək, angina zamanı çox yaxşı kömək edir. 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə bağayarpağını 1 stəkan qaynar suda dəmləyin və 1 çay qaşığı bal əlavə edib gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Bu dəmləmə iltihabı azaldır, bəlğəmi duruldur və onu xaric etməyə kömək edir.

- Angina zamanı bağayarpağı dəmləməsi ilə qarqara etmək lazımdır.

- Həzm sistemi xəstəlikləri və pozulmaları (mədə və onikibarmaq bağırsağın xorası, qastrit, kolit, qıcıqlanmış bağırsaq sindromu və s.) zamanı da bağayarpağı çox uğurla istifadə olunur. Bu bitkinin təzə şirəsi xoraları sağaldır, iltihabı azaldır, mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikrobları öldürür. Təzə yarpaqları yaxşı yuyun, blenderdə əzin və tənzifdən sıxın. Alınmış şirənin 1 xörək qaşığını 1 çay qaşığı balla qarışdırın və gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin.

Həzm sistemi xəstəlikləri zamanı həmçinin bağayarpağı dəmləməsindən istifadə olunur.  2 xörək qaşığı xırda doğranmış təzə bağayarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və vam odda qapağı bağlı qazanda 5 dəqiqə ərzində saxlanılır. Soyuyanda dəmləmə yaxşı süzülür, yarpaqlar süzgəcdən sıxılır. Dəmləməni gündə 3 dəfə, stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

Nəzərinizə çatdıraq ki, bağayarpağı dəmləməsi və şirəsi mədə turşuluğunun azalması ilə müşayiət olunan pozulmalar zamanı istifadə olunur. Mədə turşuluğunun artması zamanı bu bitki istifadə olunmur.

- Bağayarpağı şirəsi həmçinin diş və baş ağrılarını azaldır, sakitləşdirici təsir edir, iştahanı artırır.

- Bağayarpağı şirəsi balla qarışdırıldıqda immuniteti möhkəmləndirir.

- Bağayarpağı dəmləməsi dəridə müxtəlif yaralar, çatlar, dəri xəstəlikləri zamanı vannalar və islatmalar üçün istifadə olunur. Əllərdə və ayaqlarda çatlar, yaralar zamanı 3 xörək qaşığı bağayarpağını 0,5 l qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və əl və ya ayaq vannaları üçün istifadə edin. Dəri xəstəlikləri zamanı (dermatit, ekzema və s.) bu dəmləmədə pambıq əskini  isladın və zədələnmiş sahəyə qoyub 1 saat saxlayın.

Dəridə olan köhnə yaralar və xoralar zamanı bağayarpağının təzə şirəsi istifadə olunur. Bu şirədə pambıq əski isladılır və yaraya qoyulur.

Kiçik yaralar, sıyrıntılar zamanı zədələnmiş yerə təzə bağayarpağı qoyun. Bunun üçün iri yarpağı yaxşı yuyun, bir qədər əzin və zədələnmiş yerə qoyub bintlə bərkidin.

Bu şirə həmçinin yağlı problemli dəri üçün istifadə oluna bilər.

- Bağayarpağı şirəsi gözün buynuz qişasının müxtəlif travmaları zamanı istifadə olunur.

Bağayarpağı qanın laxtalanmasını artırır və bu səbəbdən sizdə varikoz xəstəliyi, tromblaşmaya meyillilik varsa, bu bitkidən istifadə etmək olmaz.

Bu bitkidən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)