Tavada su börəyi

Ərzaqlar:

4 ədəd yumurta

Yarım armudu st. süd

Yarım x.q. duz

3 x.q. kərə yağı

3 st. un

İçlik üçün:

150-200 qr. ağ pendir

Hazırlanması:

Dərin qaba yumurtanı, südü və duzu töküb bir az qarışdırırıq. Unu da az-az əlavə edib, orta bərklikdə xəmir yoğurub ən az yarım saat dinləndiririk. Dinlənmiş xəmiri biri böyük olmaqla on ədəd kündələrə ayırırıq. Üzərini təmiz dəsmal ilə örtürük. Bütün kündələri nazik yayırıq. Qazana su töküb qaynadırıq, yanında da dərin qabda soyuq su qoyuruq. Börəyin alt qatındakı böyük və üst qatındakı yayılmış xəmirlərdən başqa, qalanları isti, soyuq suya salacağıq. Böyük tavaya kərə yağından xırda doğrayıb düzürük. Qalan kərə yağını əridirik. İri yayılmış xəmiri tavaya kənarlarını tutacaq şəkildə səririk. Üzərinə ərinmiş kərə yağından bir xörək qaşığı töküb yayırıq. Sonra xəmirdən birini qaynayan qazana qoyuruq, suda 10-15 saniyə saxlayıb soyuq suya salırıq. Soyuq suda da 15-20 saniyə saxlayıb xəmirin suyunu sıxırıq və tavaya qoyuruq. Təkrar bir xörək qaşığı kərə yağı sürtürük. Bütün xəmiri bu cür edirik. Beşinci qatda pendiri xırdalayıb hər tərəfə gələcək şəkildə yayırıq. Sonuncu qat xəmiri suya salmadan tavaya yayırıq və  yağlayırıq. Kənarlarını birləşdirib qazda, vam odda bişiririk. Bir tərəfi bişdikdən sonra tərsinə çevirib təkrar o biri tərəfini də bişiririk. Nuş olsun!

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)