Qızmızı bolqar bibərli şorba

Ərzaqlar:

4 ədəd qırmızı bibər

1 x.q. kərə yağı

1 x.q. un

1 x.q. tomat pastası

2 diş sarımsaq

1 l. soyuq su

1 st. toyuq və ya ət suyu

1 armudu st. süd

Duz, istiot, quru nanə

Hazırlanması:

Bibərləri sobada közləyib qabıqlarını soyuruq və iri-iri doğrayırıq. Qazana bir xörək qaşığı kərə yağını töküb əridirik. Unu əlavə edib bir az qovururuq. Sonra tomat pastasını da əlavə edib qarışdırırıq. Doğranmış bibərləri və sarımsağı da əlavə edib suyunu qarışdıraraq tökürük. Ət suyunu da töküb qazanın qapağını örtüb vam odda 20 dəqiqə bişməyə qoyuruq. Sonra supu blenderdən keçiririk. Sütü və ədviyyatları əlavə edib, 5 dəqiqə də qaynadıb supu ocaqdan götürürük. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)