Simit

Ərzaqlar:

Xəmir üçün:

1 st. ilıq su

1 st. ilıq süd

1 x.q. quru maya

1 x.q. şəkər tozu

1 armudu st. duru yağ

1 ç.q. duz

6-7 st. un

Üzəri üçün:

1 st. küncüt

3 x.q. bəkməz

1 armudu st. su

Hazırlanması:

Xəmir üçün olan ərzaqların undan başqa hamısını qatırıq. Unu yavaş-yavaş əlavə edib yumşaq xəmir yoğurub dinlənməyə qoyuruq. Küncütü tavaya töküb bir az qovururuq. Bəkməzi böyük və dərin qaba qoyub, üzərinə bir armudu stəkan suyu əlavə edib qarışdırırıq. Xəmirdən mandarin böyüklükdə kündələr ayırırıq. Ayırdığımız kündəni uzununa əlimizlə yayıb uc hissələrini birləşdiririk. İçinə pendir də qoya bilərsiniz. Bunun üçün kündəni əlimizlə bir az açırıq, içinə pendir qoyub bükürük. Simiti əvvəlcə bəkməzli suya, sonra da küncütə batırıb yağlanmış soba listinə düzürük. 20 dəqiqə dinləndirdikdən sonra 200 dərəcə qızdırılmış sobada altı və üstü qızarana kimi bişiririk. Nuş olsun!

Qeyd: Simiti istədiyiniz formada edə bilərsiniz.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)