Şahzadə kababı

Ərzaqlar:

700 qr. ət

4-5 ədəd badımcan

2 ədəd soğan

2 ədəd pomidor

3 ədəd bibər

3 diş sarımsaq

1 x.q. tomat pastası

Duz, istiot

Hazırlanması:

Əti xırda doğrayıb bişiririk. Badımcanları yarı soyub 15 dəqiqə duzlu suda gözlədirik. Soğanı, sarımsağı, bibərləri doğrayırıq. Badımcanların suyunu süzüb, qurudub yağda bir az qızardıb kənara qoyuruq. Soğanı qovururuq, sonra sarımsağı bibəri də əlavə edib bir az da qızardırıq. Əti də suyunu süzüb qarışığa tökürük. Ət suyundan bir stəkan əlavə edib, duz, istiotu töküb 10 dəqiqə bişirməyə davam edirik. Soba listinə badımcanları qoyuruq. Yarım stəkan ət suyunu kasaya tökürük və üzərinə tomat pastasını əlavə edib qarışdıraraq həll edirik. Əti badımcanların üzərinə tökürük, sonra tomat pastalı suyu hər tərəfinə yayırıq. İstəyə görə pomidor və bibər dilimləyib üzərinə düzürük. Üzərinə falqa çəkib sobada yarım saat bişiririk. Nuş olsun!

Qeyd: Yanında düyü dəmləyib verə bilərsiniz!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)