Omaç

Ərzaqlar:

3 ədəd Naxçıvan lavaşı

100 qr. holland pendiri

100 qr. ağ pendir

1 ədəd bibər

1 ədəd acı bibər

3 ədəd pomidor

2 ortabaş soğan

1 x.q. tomat pastası

1 dəstə cəfəri

1 armudu st. zeytun yağı

Duz, istiot

Hazırlanması:

Dərin bir qaba lavaşları əlimizlə ovub xırdalıyırıq. Soğanı, pomidoru, bibərləri, cəfərini xırda doğrayırıq. Pendirləri rəndənin iri gözündən rəndələyirik. Bütün ərzaqları lavaşa qatırıq. Duz,  tomat pastası, istiot və duru yağı əlavə edib qarışdırırıq. Qarışığı əlimizlə istədiyimiz formaya salırıq. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)