Əncirli şirniyyat

Ərzaqlar:

10 ədəd quru əncir

1 st. qoz ləpəsi

4 yumurta

1 st. şəkər tozu

1 armudu st. süd

1 armudu st. duru yağ

1 portağal qabığı

1 paket vanil

1 paket qabartma tozu

1 st. un

Pudinqi üçün:

1 lt. süd

2 x.q. un

Yarım st. şəkər tozu

1 x.q. nişasta

1 x.q. kərə yağı

1 paket vanil

Hazırlanması:

Ənciri və qozu xırda doğrayırıq. Doğradıqdan sonra hərəsinə bir qaşıq un töküb qarışdırırıq. Yumurtaları dərin qaba sındırırıq. Şəkər tozunu da əlavə edib mikserlə ağarana kimi çalırıq. Vanili, südü, yağı və portağal qabığını da əlavə edib bir az çalırıq. Bir stəkan unu və qabartma tozunu da əlavə edib təkrar çalırıq. Unlanmış əncir və qozu da töküb qaşıqla qarışdırırıq. Yağlanmış dördkünc soba listinə töküb 190 dərəcədə təxminən 30-35 dəqiqə bişiririk. Pudinqi üçün olan ərzaqların, yağdan başqa hamısını qarışdırıb bişiririk. Bişənə yaxın kərə yağını da əlavə edib qarışdırırıq. Qaynayanda ocaqdan götürüb soyumağa qoyuruq. Soyumuş kekdə çəngəl yardımı ilə dəliklər açıb üzərinə bir stəkan südü, hər tərəfinə gələcək şəkildə yayırıq. Soyumuş pudinqi mikserlə 2-3 dəqiqə çalırıq və kekin üzərinə yayırıq. Üzərini zövqə görə bəzəyirik. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

İxlasla edilən dua

Bu sayımızda sizlərlə həyati anlam daşıyan bir hekayəni paylaşmağa qərar verdik. Əyyaş bir adamın yaşamı və onun öldükdən sonrakı həyatı

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)