Uşaq gördüyünü çalar

Ruhları ayna kimi tərtəmiz olan, gördüyünü dərhal hafizələrinə yazan uşaqların ilk məktəbləri - evləri, ilk mürəbbiyələri də analarıdır. Anaların orada-burada korlanmadan yaxşı bir tərbiyəçi kimi yetişdirilməsi, bir millətin varlığı və gələcəyi üçün olduqca əhəmiyyətlidir.

Uşaqların təlim-tərbiyəsi, evin səliqə - səhmanı, ailə yuvasının səadəti və ahəngi baxımından insanlıq məktəbinin müəllimi qadındır.

Ruhən kamilləşmiş bir qadının yetişdirdiyi xeyirli övladlar, evdə yandırılan buxur kimi xoş rayihələr saçar. Bu cür rayihələrin yayıldığı uxrəvi bir ailə Cənnətin bir bağçasıdır.

Qəlbini iman nuru, ağlını da elm və ictimai tərbiyə ilə cilalamış bir qadın evini hər gün yenidən inşa edirmiş kimi yeni - yeni gözəlliklərlə bəzəyər. Səfeh və tərbiyə görməmiş qadınlara gəlincə, mövcud ailələri belə dağıdıb xarabaya, qapqara qaraldıb məzara çevirərlər.

Allahın Rəsulu (s.ə.s): “Hər doğulan uşaq İslam fitrəti ilə doğulur”, - buyurur. Uşağın təmiz qəlbi valideynlərdən gələn hər yeniliyə açıqdır. Zəmanəmizdə anaların ən çox şikayət etdikləri mövzu: “Bu uşağın oxumağa həvəsi heç yoxdur, kompüterə gəlincə isə ver saatlarla oynasın”,- sözlərini tez -tez eşidirik. Bunun şikayətini etməkdən əvvəl onları bu dərəcəyə gətirən səbəbləri analar ağıllarına belə gətirmək istəmirlər. “Uşaq çaldığını oynayar” atalar sözünü xatırlarsaq və bir az geriyə nəzər salsaq övladının addım - addım anasını təqlid etdiyinin şahidi ola bilərik. Yəni gözü anasının boş vaxtlarını kitab oxumaqla faydalı və intellektual səviyyəsini artıran proqramları izləməklə keçirdiyini görən uşaq, özünü tanıyar - tanımaz kitab oxumağa, tapmaca və maraqlı oyunları həll etmə həvəsində olar. Bu gun anaların əksəriyyətinin əlində telefonların olması onları maraqlandırmayan, tərbiyəvi məlumatlara xitab etməyən internet resurslarında saatlarla vaxtlarını keçirmələri, övladlarına mənfi yöndə təsir etmələrinə bir səbəbdir. Uşaq yaşlarından etibarən əllərinə “ağıllı” telefonlar verilərək ömrünün ən səmərəli çağını telefon və ya kompüter başında keçirən uşaq, artıq gələcəyinin ancaq oyun və əyləncə olmadan necə keçirəcəyini təsəvvür eləmir. Təəsüflər olsun ki, uşaqların bu alətlərlə körpəlikdən tanış olmaları daha kədərli və bir o qədər də vahiməli bir vəziyyətdir. Belə ki, anaların, körpələri yemək yesinlər deyə əllərinə telefon verərək yemək yedirtməyə çalışmaları artıq çoxumuzun gözü önündə yaşanan bir hadisədir. Təbii ki, bu çox gözəl nəticə versə də, onların gələcəyinin bu telefonlardan asılı olacağının ilk siqnallarını bizə xəbər verir. Sadəcə analar bu təhlükənin fərqinə belə varmırlar və anlamaq istəmirlər. Övladlarının əlinə bu canlı bombanı verən valideynlər onlardan gələcəkdə hansı fəziləti gözləyə bilərlər?

Təbii ki, bu düşüncə telefon və ya kompüterlərin uşaqlara verilməsinin əleyhinə kimi başa düşülməməlidir. Zəmanəmiz texnologiyanın son nailiyyətlərini, kompüterləşmə çağını yaşadığı üçün onlardan uşaqları məhrum etmək çıxış yolu deyildir. Bu da zəmanəmizin bir tələbidir. Sadəcə erkən yaşlardan etibarən  sakit olsunlar, analarını incitməsinlər deyə uşaqlara verilən bu alətlərin zamanla təmiz ruhlu balaları gərgin, əsəbi və laqeyd hala salaraq caniləşdirir.

Analar uşaqlarının gələcəkdə gözəl əxlaqlı və fəzilətli bir insan olmalarını istəyirlərsə, bacardıqları qədər övladlarının vaxtlarını səmərəli keçirmələrinə səbəb olan vərdişlər və oyunlar oynamalı, onların intellektual səviyyələrini inkişaf etdirəcək maraqlı kitablar, bilməcələr oxumalı, mümkün olduğu qədər onların yanında telefon və kompüterdən istifadə etməməlidirlər. Pis uşaq yoxdur, yanlış yetişdirilmiş uşaq vardır.

 Professor Nevzat Tarhan qeyd edir ki: “İnsan, beynini hansı sahədə zövq almağa öyrədərsə, beyin onu etməkdən zövq almağa başlayar.

Uşaqlar daha ağıllı ola bilərlər. Ancaq valideynlərin təcrübəsi ilə formalaşmış nəsihətlərini diqqətə almazlarsa, ağılları onları şeytanın pusqularına sala bilər. Nəfsin və şeytanın əmrlərini yerinə yetirmək çox asan və zövqlüdür. Bunlardan qaçıb düz olanı seçə bilmək hələ uşaqlar üçün heç də asan deyildir. Qısa, konkret, dəqiq, effektli nəsihətlər, düşünüldüyünün əksinə, uşaqlara çox təsirli olacaqdır. İslam Peyğəmbərinin:

“Övladım! Bismillah de! Qabağındakını ye!”- hədisi və digərləri hamımızın qulağına xoş gəlir, elə deyilmi?

Övladının fəzilətli, digər bir ifadə ilə desək “mərifətli insan” olmağını yolda gördüyümüz hər hansı bir valideyndən soruşsaq, əlbəttə, o buna müsbət cavab verər. Din olmadan fəzilət sahibi olmaq bir cəmiyyətə necə öyrədilə bilər?

Maddi rifahın nəticəsində uşaqların da öz otaqlarında televizorları olduğu kimi onlar da öz istəklərinə uyğun şəkildə seriallara, idman oyunlarına baxırlar. Bəziləri də gün ərzində görmədiyi sinif yoldaşları, dostları ilə sosial şəbəkələr vasitəsilə söhbət edirlər. Ailə fərdləri kifayət qədər sərbəst formada istədiyini edə bilirlər.

Elm və texnologiyanın qazandırdığı, dəyişən həyat şərtləridir. Bu dəyişiklik nəsillərarası münasibətlərin pozulmasında əsas şərtlərdən biridir. “Bizim vaxtımızda bu yox idi” - deyərək kompüteri gənclərin həyatında birdəfəlik çıxarmaq, atmaq istəməyimiz çox yersizdir və buna heç vaxt nail ola bilmərik. Onları həftə sonu ən yaxın dostu ilə birlikdə şəhərdən kənara istirahətə aparmağımız ən düzgün və yerində bir fikirdir.

Hz. Əli: “Övladlarımızı yaşayacaqları dövrə görə yetişdirəcəyik”,- deyir. Yəni hər nə qədər çalışaq da onlar öz dövrlərində yaşayacaqlar, boş yerə onların sizin istəyinizə uyğun yaşamalarını gözləməyin deməkdir (Aynur Tutqun, Ailə və Uşaq səh, 154) .

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)