Keçmişdən bu günə açılan sirli taxta qapılar

          Xanımların boş vaxtlarını səmərəli şəkildə qiymətləndirməsi mövzusunu düşündükdə bir neçə il əvvələ gedirəm. Rəhmətlik nənəm gözümün önünə gəlir. Gecənin bir yarısında erkəndən qalxar, səhər vaxtında namazlarını qılar, zikrlərini çəkərdi. Ağ baş örtüsü ilə, nurlu və təbəssümlü çöhrəsi, gözəlliyi gözümün önündən heç getmir.

      Pəncərələrimizi erkəndən açar, səhər mehinin evimizi bürüyən bərəkətli havasını və səhər yelinin şirin əsintisini içimizdə hiss edərdik. Bizi, bütün ev əhlini şirin səsi ilə səhər namazımızı qılmağa dəvət edərdi. Biz uşaqlığın verdiyi yaramazlıqla bir az ciddi yanaşmasaq da, "qalxın balalarım, üzərinizə günəş işığı doğmasın. Ruziniz azalar, bərəkətiniz kəsilər", - deyə şirin-şirin xəbərdarlıq edərdi.

       Səhər tezdən qalxar, dualar pıçıldayaraq xəmir yoğurardı. Əvvəllər hər evin həyətində bir təndir vardı, hər kəs çörəyini özü bişirərdi. Çörək və çörəyi bölüşmək müqəddəs idi. Dualarla, dəstəmazla və bismillahla bişirdiyi isti çörəklər bərəkətin və əmin-amanlığın qaynağı idi. İnsanların ən böyük dərdi, çörəyin pulunu halaldan qazanmaq və övladlarına halal çörək yedirə bilməkdi. Yaşlılar arasında "Övladına halal çörək yedir, istəsən küçəyə burax" deyilir, bununla halal çörək yedirilən insanın başının daim salamat olacağı düşünülürdü.

      Səhərlər böyük bağçamızı təmizləyir, sonra da bağçanın böyük taxta qapısını açardı. O açılan qapı yalnız açılan bir taxta qapı deyil, sanki qonşulara, qohumlara, hətta insanlığa açılan bir ürəkdi. Gün boyunca gələni-gedəni heç əskik olmaz, insanları dinləyər, onların dərdlərini bölüşməyə çalışar, onlara bildiyi və dilinin döndüyü tövsiyələr verər, xeyir-dualar edərdi.

   Qapısındakı toyuqları, qoyunları, inəkləri səhər tezdən şəfqət və mərhəmətlə, yemləyər və sulayardı. Hayvanların hər birinin bir adı vardı. Onlara adları ilə, məhəbbətlə xitab edərdi. Yığdığı isti yumurtalar, sağdığı süd, hazırladığı pendir, kərə yağı və bağçasındakı tərəvəzlərdən hazırladığı nahar süfrəsi bizim üçün bir ziyafətə çevrilirdi. Onun süfrəmizin başında oturuşu, fədakarlığı, səyi və həmişə gülən üzü dinclik və səadətimizin qaynağı idi.

Səhərdən hər kəsə iş bölümü edər, qızlarına, gəlinlərinə, nəvələrinə bir-bir nə edəcəklərini izah edərdi. Evinin nizamından, tərtibindən təmizliyindən məsul idi. Bağçaya qurulan qazanda isti su qaynadılır, paltarlar əldə gillə, müşk kimi qoxulu təbii sabunlarla yuyulur, qar kimi ağ olur, gül kimi iy verərdi. Nişastalı suya salınıb ütülənən paltarlar və masa örtüləri hamısı təmizliyin və zərafətin timsalı idi.

       Axşam yenə öz bağçamızdan və tarlamızdan yığılan dərmansız, xoş ətirli qoxu verən məhsullardan hazırlanan yeməklər qohum-qonşu ilə paylaşılardı. Yemək dolu qabları aparma işi də daha çox biz uşaqlara düşərdi. Bununla da biz həm işin içinə girmiş olur, həm də paylaşmanın gözəlliyini təcrübə olaraq öyrənmiş olurduq. İndi olduğu kimi heç bir yemək artıq qalmaz və zibilə tökülməzdi. Bu gün artıq qalan və zibilə atılan çörək və yeməklər ilə edilən israfın qarşısı alınarsa, dünyada aclıq və yoxsulluq probleminin qalmayacağı statistik məlumatlarla ifadə edilir. O, bu statistik məlumatları bilməz, hətta universitet məzunu da deyildi. Amma irfani ənənədən aldığı və könül səviyyəsi ilə meydana gələn fərasəti ilə, "hər zibilə atılan nemətdə kasıb-füqəranın haqqı var, aman ha! Diqqət edin, vəbala girməyin",- deyərdi.

      Xəstələri bir tas isti şorba ilə də olsa ziyarət edər, onlara mənəvi dəstək verər, edəcəkləri işlərdə kömək olardı. Evinin içini əlləri ilə hazırladığı incə krujeva, naxışlar və əl işləri ilə zəriflik və estetika ilə bəzəyərdi. Boş dayanmağı sevməz,  uzun qış gecələrində toxuduğu corabları, hazırladığı masa örtüklərini gəlin olacaq qızların cehizinə hədiyyə edərdi. Az bir zamanda çox işlər edərdi. Xüsusilə cümə axşamları Qurani-Kərim oxuyarkən qalın oxuma eynəklərinin üzərindən bizi süzərək baxışı, bu gün də gözümün qarşısından getmir.

      Erkəndən tarlaya, bağa, bağçaya, işə gedən həyat yoldaşını qayıdarkən qapıda sevgi və hörmətlə qarşılayar, xidmətini şəxsən özü edərdi. Odun kömüründən əlləri ilə xüsusi qəhvə bişirərdi. Babamın özünün xüsusi qəhvə fincanı vardı. O fincanın toxunulmazlığı vardı. Biz uşaqkən çox həvəs edərdik o qəhvə fincanından içməyə, amma nənəm icazə verməzdi. Daha sonra o fincanı, babam rəhmətlik olunca, anama vermişdi. Qəhvənin qovrulması, çəkilməsi, bişirilməsi və təqdimatı xüsusi bir harmoniya təşkil ediridi. "Bir fincan qəhvənin qırx il xətri var", - deyilirdi.

         Axşam namazından sonra hər kəsi bir araya yığar, qovurduğu günəbaxan tumları, partlatdığı qarğıdalı, yaz aylarında qurutduğu meyvələri yeyərkən o günün xülasəsini keçər və hər kəsi tək-tək dinləmək istəyərdi. Bəzən də keçmişə dair hekayələr anladardı. O zamanlar indiki kimi çox kanallı və rəngli tv-lər, ağıllı cib telefonları və internet paketləri yox idi. Yatsı namazından sonra oturmağı çox münasib görməz, hər kəsin istirahətə çəkilməsini istəyərdi. Səhərin bərəkətindən istifadə edək deyərdi. Gec yatınca yuxunun tam alınmadığını və səhər bərəkətin qaçacağını söyləyərdi. Həyatında bir an boşluğa yer yox idi. "Sən xeyirlə məşğul olmazsan, şər gəlib səni məşğul edər",- deyərdi. Hər nə etsə Allah rizası üçün edər və xoşbəxt olardı.

İnsanların dərdlərini dinləyərdi, bir sözlə, taxta qapısı hər kəsə, hər zaman açıq idi. O yalnız bir qapı deyil, isti bir ürəkdir. İndi o qapıların yerini polad qapılar alıb. İndiki zamanlarda polad qapılara baxıram, insanlar özlərini güvənə almaq üçün kilid üstünə kilid vururlar və yenə də özlərini güvəndə hiss etmirlər, qorxurlar. Sanki polad qapılar kimi qəlblərinə də kilid vurulmuşdur. Hüzurlu səhərlərdə sevgi, eşq və məhəbbət ilə dünyaya açılan nənəmin sirli taxta qapılarına bu gün nə qədər ehtiyacımız var. İnsanlıq da nənəmin sirli qapıları kimi ürəyini sevgiyə fədakarlığa, dincliyə, məhəbbətə və qardaşlığa açmalıdır deyə düşünürəm.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)