Əl-Azim

əl-Azim (c.c), çox əzəmətli, çox böyük, şəxsinin və sifətinin mahiyyəti uca olan, ağlın dərk etməkdə aciz qaldığı Uca Varlıq deməkdir.

“Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!” (Bəqərə, 255)

Allah-Təala Azimdir, böyüklük sahibidir. İnsanlar bu əzəməti və böyüklüyü başa düşməkdə acizdirlər. Bir şeyin böyüklüyünü bəzən gözü ilə görür, bəzən ağlı ilə dərk edir, bəzən xəyalı ilə düşünər, bəzən də xəyal kimi geniş bir duyğu belə o böyüklüyü qavramaqda aciz qalar.

Bir fili gördüyümüzdə “bu böyükdür” deyirik. Dağa baxdığımızda “bu daha böyükdür” deyirik. Dəniz daha çox böyükdür. Dünya dediyimiz zaman artıq göz bunu dərk edə bilmir. Çünki dünya gözün görə biləcəyi böyüklükdən çox böyükdür. Bu böyüklüyü insanlar ancaq ağlı və düşüncələri ilə qavraya bilərlər. Dünyadan neçə dəfə böyük günəşi, qalaktikanı düşünək, dostlar! Ağlımızın deyil, xəyalımızın belə düşünə bilmədiklərini dilimiz də tələffüs etməkdə çətinlik çəkir. Bəli, bu bütün böyüklüklərdə Allah-Təalanın Azim ismi təcəlli etmişdir.

“Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) uludur! Göylər (Allahın əzəmətindən, heybətindən) az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının) bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir!” (Şura, 42)

Bu ada qarşı bizim vəzifəmiz isə böyük məxluqların əl-Azim isminin bir təcəllisi olduğunu düşünmək və məxluqlara baxaraq “Ya Azim, Ya Azim” deyərək Rəbbimizi təsbih etməkdir.

“Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!)” (Vaqiə, 96)

Ey əzəmət və səltənət sahibi! Əzəmətinə qarşı hər şeyin boyun əydiyi! İzzətində Azim, cəlalında Azim, qüdrətində Azim, hər adın və hər sifətlərində Azim olan! Səndən başqa heç bir şeyi olmayan tək ümidi əfvin və rəhmətin olan bu qullarına mərhəmət eylə! Adın və sifətlərin haqqındakı bu işimizi günahlarımıza kəffarə eylə! Bizləri Özünə qul, Həbibinə ümmət eylə. Amin!   

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)