Qurban imtahan içində imtahandır

       Cənabı Haqqa sonsuz şükürlər olsun.Bizi ən böyük bir peyğəmbərə ümmət   olaraq yaratdı. Qurani Kərim kimi uca bir kitabla şərəfləndirdi.Dünyaya axirət üçün gəldik.Rəbbimiz bizə iki mənəvi mövsüm verdi.Birincisi Ramazani Şərif, ikincisi isə Qurban mövsümüdür.

        Qurban fədakarlığın bir şəhadətnaməsidir.Allaha dost ola bilmə bayramıdır.Bu bayram bizə İbrahim əleyhissəlamı xatırladır.

        Xəlilullah yəni Allahın dostu olan İbrahim əleyhissalamın həyatı fədakarlığın ən möhtəşəm nümunəsidir.

        Hz.İbrahim,Nəmrud tərəfindən atəşə atıldlğında canı ilə,Hz.İsmayılı qurban etməsi əmr edildiyində övladı ilə, sayısı çox olan sürülərini bağışlamaqla da malı ilə imtahan edildi. Üç imtahanı da qazandı. O Qurani Kərimdə "Sözünün əri İbrahim" (Nəcm 37) deyə tərif edildi. Beləcə sözündə durmaq böyük bir fəzilətdir. Qurani Kərimdə "Əlbəttə İbrahim sadiq bir peyğəmbərdir" (Məryəm 41) buyrulmuşdur. Hədisi-şərifdə isə buyrulur ki, "Doğruluq yaxşılığa, yaxşılıq cənnətə götürür. İnsan döğruluq ilə Allah qatında sadiqlərdən yazılır."  (Müslüm)

        Beləcə İbrahim əleyhissalam hər imtahanda Cənabı Haqqın əmrinə itaət halında olduğunu, Ona canını fəda etməyə, yəni bütün varlığıyla *QURBAN* olmağa hazır olduğunu açıqladı.Qəlbindəki dostluq taxtını inşa etdi.

       Cənabi Haqq, Onun dostluğuna nail ola bilməmiz üçün biz qullarından daima bir qurban istəyir. Malımızla, canımızla, bütün imkanlarımızla fədakarlıq etməmizi arzu edir.Cismani olaraq da kəsdiyimiz qurbandan məqsəd Onun əmrini yerinə yetirib Ona yaxın ola bilmə arzusunun izahıdır. Bu niyyətlə kəsilən qurban, Allah qatında əvəzsiz bir dəyər qazanır.Ayətdə:

     “Onların nə ətləri nə də qanları Allaha çatır, fəqət Ona sadəcə sizin təqvanız çatır”(Əl Hacc 37) buyrulur.

      Qurban kəsmək könüldəki Allah sevgisini ifadə etdiyindən bu ibadəti yerinə yetirərkən təzim, həssasiyyət, nəzakət və ədəb çox mühümdür. Cənabi Haqq:
      “Sevdiyiniz şeylərdən infaq etmədikcə əsla birrə (yəni xeyrin kamal nöqtəsinə)çata bilməzsiniz, hər nə infaq edərsəniz Allah onu haqqıyla bilir.(Ali imran 92) buyurur.   

        Zeyd İbnu Erkam (r.a.)anlatır. Bir gün Rasulullah (s.a.v.)ə belə soruşduq:

“ Ey Allahın Rasulu,bayram günü kəsilən bu qurban nədir? Peyğəmbərimiz bu cavabı verdi:

Bu, babanız İbrahim (a.s.)ın sünnətidir.(Onun zamanından bəri davam edən bir ibadətdir.)

       Bunun üzərinə biz : “Qurban kəsərkən bizə nə kimi bir savab var Ya Rasulallah”?deyə soruşduq. Peyğəmbərimiz belə buyurdu:

“Qurbanın hər bir tükü üçün bir savab”

O zaman, dedik: “ Kəsilən qurban (qoyun,quzu kimi)yunlu isə səvab necə olacaq?” Peyğəmbərimizdə: “ yunun hər bir tükü üçün də bir səvab var! buyurdu.”(İbn Macə Edahi 3)

       Həsən Bin Əli r.a. peyğəmbərimiz s.a.v.in belə buyurduğunu rəvayət edər:

“Kim ki könül xoşluğu ilə və kəsdiyi qurbanın səvabını Allahdan umaraq qurban kəsərsə, bu onun üçün cəhənnəm atəşinə qarşı pərdə olar.(Tirmizi Qiyamə).

       Qurban lütfdür. Qurban, iradə ilə edilən təslimiyyətdir,imandır,eşqdir. Hər kəsin özünə görə bir İsmayılı vardır. Qəlbimizi doğrudan ayırma!

       Ya Rəbb, bizi özünə qurban eylə! Qurban etdiklərimizi yaxınlığına vəsilə eylə. Qurban ola bilmədik, bizə mərhəmətinlə lütf eylə!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)