MÜSƏLMANIN HƏYATI PLANLI OLMALIDIR

Pedaqoq-Yazıçı Şəfiqə Meriç ilə iş həyatı və ailə həyatı haqqında müsahibə

B. Ailə: Şəfiqə xanım özünüzü oxucularımıza təqdim edə bilərsinizmi?

Ş. K. Meriç: İlahiyyat fakültəsini bitirmişəm. On səkkiz ildir ki, təhsil işləri ilə məşğulam. Müəllimlik peşəsini icra edirəm. Müəllimlik həyatımın səkkiz ili Azərbaycanın fərqli bölgələrində keçib. Hal-hazırda İstanbulda Diyanət İşləri Başqanlığının tərkibində təhsil xidmətlərimə davam edirəm. Ərkam nəşriyyatında nəşr edilmiş üç kitabım mövcuddur. Ailə və ictimai mövzularda seminarlar və konfranslar verirəm.

B. Ailə: Jurnalımızda bu ay “Xanımlar boş vaxtlarında nə edirlər?” mövzusunu işıqlandırmışıq. Sizin də bu mövzuda fikirləriniz bizim üçün maraqlı olar. Siz işləyən bir xanım olaraq boş zamanınızı hansı fəaliyyətlərə ayırırsınız?

Ş. K. Meriç: Əslində müsəlman üçün “boş vaxt” anlayışı yoxdur. Bir işdən yorulduqda, başqa bir iş görərək istirahət edə bilərik. Bizim həyatımız əsasən təhsil fəaliyyətləri ilə keçir. İşlərimizdən qalan vaxtda yenə işimizə dəstək olan ictimai fəaliyyətlər, iclaslar və təhsil işləri ilə məşğul oluruq. Ona görə, özümüzə ayırdığımız vaxtda da ailəmizlə, uşaqlarımızla vaxt keçirməyi üstün tutur və bunun vacibliyinə inanıram.

B. Ailə: Zamanınızın çoxunu işinizə, yoxsa uşaqlarınıza ayırırsınız?

Ş. K. Meriç: Təhsil bizim əsl işimizdir. Bizim uşaqlarımızın da qisməti iş yerlərimizdə böyümək oldu. İşləyən bir ana olaraq həm işimizə, həm də uşaqlarımıza vaxt ayırmağa, hər iki sahədə də keyfiyyətli işlər görməyə səy göstəririk.

B. Ailə: İstər işləyən, istərsə də ev xanımları vaxtın çatmamağından şikayətlənir. Bunun səbəbi nədir? 
Ş. K. Meriç: Həyatımızın planını özümüz qururuq. Buna görə də, planlı bir həyata vərdiş etsək şikayət etməyə ehtiyac qalmaz. İnsan ona nemət olaraq verilən zamanı həssas bir şəkildə istifadə etməlidir. Bunun üçün ehtiyaclarını və nə etmək istədiyini təyin etməlidir. İxtiyari bir həyat deyil, daha planlı bir həyat yaşamalıdır. İş həyatımız, ev həyatımız, sosial həyatımız, ibadət həyatımız - hamısı planlı və proqramlı olmaq məcburiyyətindədir. Elə olsa, zaman əskikliyindən narazı olmarıq.

B. Ailə: Vaxtı düzgün bölüşdürmək üçün nə etməli?

Ş. K. Meriç: Bu sualın cavabının bir qismi yuxarıdakı cavabda var. Ancaq günü üç hissəyə bölmək lazımdır. İbadət, iş və istirahət. İstirahətimizi də boş dayanaraq deyil, yenə faydalı işlər görərək keçirməliyik. Xüsusilə, bu zamanda ailəmizə, uşaqlarımıza çox vaxt ayırmalıyıq. Onlara qarşı laqeydlik etməməliyik. Əgər bu mövzuda adekvat qərarlar ala bilmiriksə, bizə kömək edəcək insanlarla məsləhətləşə bilərik.

B. Ailə: Şəfiqə xanım vaxtınızı ayırıb səmimi fikirlərinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirik.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)