Könül İqlimindən İncilər

Bu dünyada hər şey - can, mal və övlad insanoğluna bir əmanətdir. Hətta heyvanat və nəbatat da əmanətdir. Mömin möminə əmanətdir. Rəbbimiz, Qurani-Kərimdə möminlərin xüsusiyyətlərini zikr edərkən belə buyurur:

“O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər)” (əl-Muminun, 8).

Məsələn, cahil insan aləmlərə mərhəmət olaraq göndərilən Rəsulullaha (s.ə.s.) əmanət edildi. Bu insan elə dərin bir cəhalətin içərisində idi ki, könül çeşmələri mərhəmətsizlikdən qurumuşdu. Vicdanı zülmlə qaralmışdı. Şəfqət, mərhəmət, lütf kimi sözlər lüğətindən silinmişdi. Güclü olanın haqlı sayıldığı, haqsızlığın rəvac tapdığı bir cəhalət dövrü idi. İnsanlıq sanki ipini şeytana buraxmışdı.

Həzrət Peyğəmbər (s.ə.s.) isə yüksək fəziləti, bənzərsiz mərhəməti və müstəsna şəfqətiylə onları elə bir tərbiyə və təzkiyə etdi ki, cəhalətlə qatılaşmış ürəklər İslam ilə xoş oldu. Könüllər nura və dincliyə qovuşdu. Ürəklərdə mərhəmət fidanları yaşıllaşdı. Nəfs və şeytanın köləsi halına gəlmiş insanlar, fəzilət səmasında bir hidayət ulduzu oldular.

Daim xatırlayaq ki, bu gün də insanlıq əbədi səadətə qovuşa bilmək, bu məhdud həyat sərmayəsi ilə sonsuz mükafatlara nail ola bilmək üçün möminlərə bir əmanətdir.

Qundaqla tənəşir (üzərində ölü yuyulan taxta) arasında qısa bir səfər olan bu dünya həyatında, sabahın gəncləri olan uşaqların ən gözəl bir surətdə yetişdirilmək üçün bu gün ana-atalara verilmiş əmanətlər olduğunu unutmayaq. Rəbbimiz ayəyi-kərimədə bu əmanətlərə yaxşı sahib çıxılması barəsində möminlərə belə xəbərdarlıq edir:

“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı yanacağı insanlar və daşlar olan oddan qoruyun …” (ət-Təhrim, 6)

Yaxşı, bu qoruma necə olacaq? Əlbəttə ki, övladlarımızın ürəklərini təqva ilə bəzəməklə... Çünki Allah qorxusu və sevgisi ilə sulanmayan könül bağçalarından, saleh əməl, gözəl əxlaq və istiqamət tumurcuqlarını gözləmək xəyal olar.

Bir müəllimin, tələbələrinə dərs verə bilməsi üçün əvvəla müəyyən təhsil alması   lazımdırsa, hər insanın da, axirət səadətinə nail ola bilməsi üçün təqva məktəbində dərs alması vacibdir. Bu səbəblə, xüsusilə salehə anaların sonsuz ürəkləri, balalarının ilk təhsillərini aldıqları bir təqva məktəbi olmalıdır.

Çanaqqala Zəfəri hər nə qədər zahirən məhmətciyin (əsgər) zəfəri kimi görünsə də, əslində salehə anaların bir zəfəridir. Çünki Allah yolunda gözünü qırpmadan döyüşən və şəhid olmaq üçün can atan igidləri təqva üzrə yetişdirən, könüllərinə vətən eşqini nəqş edən o əli öpüləsi analardır. Ömürlük bir təşəkkürə layiq olan o analar səbəbiylədir ki, Avstraliyadan Hindistana, Böyük Britaniya, Fransa və İtaliyanın əvvəl dəniz, sonra quru yolu ilə almaq üçün var gücləriylə hücum etdikləri Çanaqqala Müharibəsində, o səlib ordularının həyasızca axınları, əziz millətimizin iman dolu sinəsini sipər etməsiylə dəf edilmiş, düşmənə keçid verilməmişdir .

İstanbuldan Çanaqqalaya gedənə qədər əsgərin ayağındakı postal paramparça olduğu, geyə biləcəyi bir palto belə tapa bilmədiyi o çətin zamanlara qısaca bir göz atmaq lazım olduğunda şahid oluruq ki, atalar, "Heç bir kimsə, əsla öz qazancından daha xeyirli bir ruzi yeməmişdir" (Buxari, Büyü 15, Ənbiya 37) hədisini yaşamaq əzmiylə, övladlarına halal ruzi yedirmənin səyiylə çırpınmış, bu uğurda alın təri töküblər. Lakin harama göz ucuyla belə olsa baxmamışlar.

Haram və şübhəlilərdən şiddətlə qaçınan salehə analar isə evə gətirilən halal ruzini, mətbəxlərində bismillah və salavatlarla bişirmiş və məhəbbətlə övladlarına yedirmişlər.

Halbuki bu gün o mətbəxlər yoxdu. Bir məharətmiş kimi, küçədə vitrinə qoyulduğu üçün kasıbın, fəqirin və yoxsulun içini keçirərək baxdığı, dahası hansı yollarla qazanılıb necə bişirildiyi, yəni dəstəmazlımı, dəstəmazsızmı hazırlandığı bəlli olmayan yeməklər rəvac tapdı.

Halbuki bu hadisə yeyilən qidanın insan bədəninə və ruhuna necə təsir etdiyini izah edən diqqətəlayiq bir misaldır:

Bir gün Xıdır (ə.s.), Həzrəti Əbdülxaliq Gücdüvaninin yanına gəlir. Həzrəti Əbdülxaliq Gücdüvani evindən iki arpa çörəyi gətirir. Xıdır (ə.s.) ondan yemir. Həzrəti Gücdüvani:

"-Yeyin, halal loğmadır!" - deyir. Xıdır (ə.s.):

"-Həqiqətən, halaldır, amma xəmiri yoğuran, dəstəmazsız yoğurmuşdur. Bunu yemək bizə rəva deyil",- buyurur (Rəşahat, s. 92-93).

Zamanımızda edilən bəzi elmi araşdırmalar mənəvi halların maddə üzərində böyük təsirinin olduğu isbat etmişdir. Məsələn, suya gözəl sözlər deyildiyində su zərrələrində gözəl kristalların əmələ gəldiyi, pis və çirkin sözlər söylənildiyində isə kristalların pozulub çirkin bir hal aldığı, edilən təcrübələr əsnasında görülmüşdür.

O halda bir qidanın hazırlanması və istehlak edilməsi əsnasındakı əhval-ruhiyyənin onda əks olunacağı, ondan gələcək enerjinin də insanın mənəvi keyfiyyəti üzərində müsbət və ya mənfi bir təsir buraxdığı şübhəsizdir. Hal belə ikən, bir də haram və şübhəli qidalar bədəndə necə bir mənəvi kobudluq və qəflət meydana gətirəcəyini, ciddiliklə düşünmək lazımdır.

Əvvəlki zamanlarda uşaqlar halal qidalarla bəslənən anaların halal südünü əmir və tərtəmiz qidalarla qidalanırdılar. Ananın Quran və Sünnə tərbiyəsiylə yetişmiş mənəviyyat yüklü könlünün əhval-ruhiyyəsi ilə qidalanırdılar. Analar, balalarını məhəbbətlə tərbiyə edir, nənələr laylalarında  nəvələrinin ruhuna işləyəcək Quran qissələri və Haqq dostlarından hikmətlər nəql edirdilər. Bugünkü kimi uşaqların üzərində televiziya və internetin mənfi təsirləri yox idi.

Uşaqlar kiçik yaşlarda Qurani-Kərim eşqi ilə böyüyürdü. Analar balalarına Cənabı-Haqqa qul ola bilməyi öyrətməyə, Rəsulullahın (s.ə.s.) məhəbbətini aşılamağa səy göstərirdilər. Allah Rəsulunun İslamı könüllərə nəqş etmək uğrunda necə çırpındığını, önünə qoyulan maneələrin aradan qaldırılması üçün necə böyük bir səy göstərdiyini izah edərək övladlarının könüllərini din, iman və bunların yaşana biləcəyi azad bir vətənin sevgisiylə inşa edirdilər.

Xülasə, Çanaqqala Zəfəri belə salehə bir nəslin yetişdirdiyi seçkin övladlarla qazanıldı. Analar, balalarını cəbhəyə göndərərkən, Allah üçün qurban olaraq həsr etdiyi övladının saçlarını xınalayaraq yola saldı.

Çanaqqala müharibəsində bir məhmətciyin məktubundakı bu sətirlər, onların ürəklərindəki ülvi qayəni nə gözəl xülasə edir:

"Ey mənim ulu Allahım! Bu qəhrəman əsgərlərin bütün diləkləri, Sənin ismi-Cəlalını İngilis və Fransızlara tanıtmaqdır. Sən bu şərəfli diləyi ehsan et və hüzurunda titrəyərək belə gözəl və sakit bir yerdə sənə dua edən biz əsgərlərin süngülərini kəskin eyle, düşmənlərini onsuz da qəhr etdin, hamısını məhv eylə!"

Çanaqqalada qəhrəman ordumuz, komandirindən sıravi əsgərinə qədər eyni hissiyat içində idilər. Mayor Lütfü bəyin çox çətin vəziyyətdə qaldığı bir zamanda:

  "Yetiş ya Məhəmməd! Kitabın əldən gedir!" - deyə fəryad etməsi, bu halın müstəsna nümunəsindən biridir.

Yenə şərq cəbhəsində döyüşən zabit Müzəffərin şəhadət şərbətini içmədən əvvəlki bu halı da, iman və ixlas ilə dolu bir ürəyin şəhadətnaməsidir. Çünki o, səsinin çıxmaması səbəbindən, yerdən götürdüyü bir çöpü yarasından axan qana batırmış və bir kağızda: "Əsgər, qiblə hansı tərəfdir?" - deyə yazmışdı. Bax qəhrəman əsgərimizin Allah və Rəsuluna olan bu xalisanə sədaqəti qarşısında Cənabı-Haqq da onları ilahi ordularla təsdiq etmişdir.

Necə ki İngilis komandiri tarixçi Hamilton da, bu həqiqəti belə etiraf edir:

"Bizi Türklərin maddi gücü deyil, mənəvi gücü məğlub etmişdir. Çünki onların atacaq barıtı belə qalmamışdı. Lakin biz göydən enən gücləri müşahidə etdik! ..

Biz daim bu mənəvi həyəcana möhtacıq. Əgər bu həyəcan ilə dolu bir nəsil yetişdirə bilsək və bu nəsil bütün enerjisini haqqa və xeyrə həsr etsə, o məmləkətdə istiqbal vardır. Yox, əgər nəsillər nəfsaniyyətə məğlub olarsa, bilinməlidir ki, o vətən üçün bir gələcəkdən söz belə gedə bilməz. Bu hal ancaq vətən torpağının qəmli bir viranəyə dönməsiylə nəticələnir.

Bu gün vətən müdafiəsi üçün Suriyaya gedən, könlü imanla dolu əsgərə; "Ailənə vermək istədiyin bir mesaj var mı?" - deyə soruşulduğunda "Gözləməsinlər ...",- deyərək verdiyi qısa cavab, əslində, necə dərin mənalar ifadə edir.

Sanki o igid; “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Cənnət müqabilində satın almışdır” (ət-Tövbə, 111) ayəsinin həyəcanı içərisindədir…

Yenə bir şəhidin böyük qardaşına qoyduğu vəsiyyətindəki bu ifadələr, o aslan ürəkli igidin nə gözəl bir könül iqliminə sahib olduğunu göstərir:

"Qardaşım, əgər şəhidlik nəsib olsa, dövlətimizin verəcəyi təzminatla ana-atamı həccə göndər və atamın borclarını ödəyib sən də evlən. Halalı xoş olsun".

İmam Rəbbani:

"Bir döyüş, iki ordunun ittifaqıyla qazanılır. Biri ləşkəri-qəza (sərhəd ordusu), digəri isə ləşkəri-duadır (dua ordusu)”,- deyir.

İnşallah övladlarımız, əsgərlərimiz sərhəd ordusu olarkən, bizlər də dua ordusu olacağıq. Onlar üçün hər səhər dua edib,  Fəth Surəsi oxumağa cəhd edəcəyik. Talutun az saydakı imanlı əsgərlərinin, sayca özlərindən çox olan Calutun ordusu ilə qarşılaşdığında etdiyi bu duanı da çoxlu təkrar edək:

“Ey Rəbbimiz, bizə çoxlu səbir və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!” (əl-Bəqərə, 250)

Çünki bu gün Türkiyəmiz İslamın son mənzilidir. Bu səbəblə də İslam düşmənləri, tək bir səlib ordusu kimi birləşmiş və bu qalanın -Allah mühafizə etsin- dağılması üçün əllərindən gələni edirlər.

Ya Rəbbi! Bizləri və nəsillərimizi haqq və həqiqətin şahidi olaraq, İslamın ədalət, zərifliyi və mərhəmət dolu gülər üzünü insanlığa sərgiləyə bilən, təbliğ və xidmət əhli qullarından et!

Ey Rəbbimiz! Bizləri, rizayi-şərifinə nail ola bilmək ümidi ilə ümməti-Məhəmmədin məzlum və biçarələr üçün gözyaşı və alın təri tökən, gecələyən, dərdlənən, vicdanlı, mərhəmətli, çalışqan qullarından et! Amin! ..

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)