Əbu Əli Farmedi

Əbu Əli Farmedi hicri 401-ci ildə İranın Tus şəhəri yaxınlığındakı Farmed kəndində doğulmuşdur. Əsl adı Fazl b. Muhamməddir. Nişapurda məşhur sufi Əbu Said b. Əbul Xayrın söhbətlərində iştirak etmişdir. Sonra Abdulkərim Kuşeyrinin mədrəsəsində dini elmləri öyrənmişdir. Əbül Qasım Gürgani və Əbül Həsən Harakanidən təsəvvüfi dərs aldı. Təsəvvüfi dərsini tamamlayıb xalqı irşada çağıran Ebu Ali Farmedinin ən tanınan müridləri məşhur sufi İmamı Qazali ilə Xoca Yusif Həmədanidir.

Hz. Əbu Əli Farmedi belə deyirdi: Bir gün müəllimim Əbul Qasım Kuşeyri hamamda qüsl alırdı. Soruşmadan və istəmədikləri halda quyudan bir vedrə su çıxarıb hovuzuna boşaltdım. O anda, həqiqətən, bu suya olan ehtiyacını bilmirdim. Sonra öyrəndim. Hamamdan çıxarkən: “Hamamın hovuzuna su boşaldan kimdir?” - deyə səsləndi. “Niyə bunu etdin?” sualını verəcəyindən qorxdum. Bir qədər sonra “Mən idim”,- dedim. “Ey Əbu Əli Farmedi, mənim 70 ildə əldə etdiyim dərəcələri sən 1 vedrə su ilə qazandın. Allah səndən razı olsun”,- dedi. Bir müddət də orada qalaraq nəfsimi tərbiyələndirməklə məşğul oldum. Bir çox mərifətlərə sahib oldum.

Gəncliyində Kuşeyrinin mədrəsəsində elm təhsil etdiyi illərdə dərin mərifət qazanan Əbu Əli Farmedi bir gün şahidi olduğu qəribə bir məsələ ilə sarsıldı. Elmlə məşğul idi. Əlindəki qələmi mürəkkıb qabına batıraraq yazı yazırdı. Qələmi bir də qaba batıranda nə görsə yaxşıdır! Qələmin ucu ağappaq! Amma qab isə mürəkkəblə dolu idi. Olanları Kuşeyriyə danışdı. O isə cavabında “Artıq elm səndən əl çəkdiyinə görə sən də ondan əl çəkib ruhunu dincəltməlisən. İçindəki yanğını söndürməyə çalış”. Bundan sonra Əbu Əli Farmedi əşyalarını alıb mədrəsədən ayrıldı. Kuşeyrinin dərgahına köçdü. Sonra Tusa getdi. Hz. Əbul Qasım Kürrəqaninin dərgahında təsəvvüfi təhsilini tamamladı. Şeyxi ona xalqı irşad icazəsi verdi və qızıyla evləndirdi. Hz. Farmedi bu icazəylə kifayətlənməyib Hz. Əbul Həsən Harakanidən də təsəvvüfi təhsil və icazə aldı.

Hz. Əbul Qasım Kürrəqani məni təsəvvüfdə yetişdirmək və nəfsimin tərbiyəsi üçün növbənöv riyazətlər, yəni nəfsimin istəklərini etməməyimi əmr etdi. Nəhayət, arzu edilən dərəcələrə çatdım. Sonra dostlarımdan Əbu Bəkir Abdullah ilə məni qardaş etdi və bizi bərabər Əbu Said b. Hz.Əbul Xayrın yanına –  Mihenaya göndərdi. Hz. Əbu Saidin hüzuruna çatarkən mənə bir parça bez verib divarların tozunu silməyimi istədi. Dostum Əbu Bəkr Abdullaha qonaqların ayaqqablarını düzəltmə vəzifəsini verdi. Üç gün bu tapşırıqları yerinə yetirdim. Dördüncü gün məni təkrar Hz. Əbul Qasımın yanına geri göndərdi.

Sonra iki müəllimim vəfat etdi. Onların yerinə söhbətləri mən davam etdirməyə başladım. Tələbələrim çoxaldı. Adım hər yana yayıldı. Dostum Şeyx Əbu Bəkir Abdullah böyük bir zat olduğu halda adı heç eşidilmədi.

Hz. Əbu Əli Farmedi bu müəllimlərindən sonra zamanındakı övliyanın ən məşhurlarından və böyüklərindən olan Hz. Əbul Həsən Harakaninin söhbətlərində daha yüksək dərəcələrə çatmışdır. Bunu belə ifadə edirdi: “Qəlbimdə hasil olan eşq və şövq çox artmışdır. Bunu çox arzuladığıma görə Hz. Əbul Həsən Harakaninin söhbətlərinə qatıla bildim. Sonsuz feyzlərə, mənəvi zövqlərə çatdım”.

Hz. Əbu Əli Farmedi Nişapurda bir məclisdə təbliğat aparırdı. Böyük alimlərdən İmamül Harameyn Cüveyni də orada idi. Cüveyni Hz. Əbul Əli Farmediyə:

  • “Alimlər peyğəmbərlərin varisləridir” hədisində hansı zümrə nəzərdə tutulmuşdur? – deyə sual verdi.

Farmedi (q.s.) təvazökarlıqla:

  • “O zümrəyə sahib olanlar nə bu sualı verən insan kimidir, nə də sual ünvanlanan insan kimi. Peyğəmbərin varisləri bu məscidin qapısında yatan saleh zat kimi olanlardır”.

Abdulkərim Kuşeyrinin tələbəsi və İmam Qazalinin şeyxi olan Hz. Farmedi bu 2 zat arasında körpü olmuş, Kuşeyrinin şəri və sünni təsəvvüf anlayışını Qazaliyə köçürmüşdür. Bir tərəfdən də Hz. Əbul Həsən Harakanidən aldığı irşad əmanətini Xoca Yusif Həmadaniyə vermişdir. Hz. Əbu Əli Farmedi hicri 477-ci ildə İranın Tus şəhərində vəfat etmiş və orada dəfn edilmişdir.  

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)