Ümmü Sələmə. Mədinədəki həyatı

Ümmü Sələmə Mədinəyə gəlib məskunlaşdıqdan sonra yoldaşı ilə hüzurlu bir həyat yaşayırdı. Burada uşaqlarının tərbiyəsi ilə məşğul olur və onları böyüdürdü. O, şairəlik qabiliyyəti də olan, ağıllı, dözümlü və mədəni bir qadın idi. Bununla yanaşı çox gözəl idi.

Bu mübarək ailə bir-birlərinə elə bağlı idi ki, kim əvvəl vəfat etsə digəri başqası ilə evlənməməyə dair bir-birinə söz vermişdilər. Çünki onlar əsl bərabərliyin cənnətdə olacağına könüldən inanmışdılar. Ona görə də bir gün zövcəsi Əbu Sələməyə bu təklifi edir:

  • Ey, Əbu Sələmə! Cənnətlik yoldaşı vəfat edən bir cənnətlik qadın sonradan başqası ilə evlənməsə, Allah onu cənnətdə mütləq yoldaşı ilə bir yerə gətirəcək. Eyni şəkildə, cənnətlik xanımı vəfat edən cənnətlik bir kişi də sonradan başqa bir qadınla evlənməsə, Allah onu da xanımı ilə bir yerə gətirəcək. Eləysə, gəl səninlə sözləşək. Nə sən məndən sonra evlən, nə də mən səndən sonra evlənim. – dedi.

Əbu Sələmə xanımının bu təklifi qarşısında ona dedi ki:

  • Sən mənim sözümə qulaq asarsanmı?

O da:

  • Bəli, asaram. – deyə qarşılıq verdikdə, Əbu Sələmə:
  • Mən vəfat edəndə, sən evlən. – dedi. Ardınca çox sevdiyi xanımı üçün dua etdi:
  • Allahım! Ümmü Sələməyə məndən sonra daha xeyirli və onu incitməyəcək bir həyat yoldaşı nəsib et!

Ümmü Sələmə anamız yoldaşını elə sevirdi ki, ondan sonra daha xeyirli birinin ola biləcəyini düşünə bilmirdi.

Peyğəmbərimiz (s.ə.s.) Ümmü Sələmənin yoldaşı Əbu Sələməni ənsardan Səid ibn Heysəmlə qardaş etmişdi. Əbu Sələmə Həzrət Peyğəmbərlə (s.ə.s.) Bədir və Uhud döyüşlərinə qatıldı. Uhud döyüşündə müşriklər tərəfindən atılan bir oxla qolundan yaralandı. Bir ay müalicə aldıqdan sonra yaranın sağaldığını zənn etdilər.

O əsnada Bəni Əsəd qəbiləsindən Hüveylid oğullarının Mədinəyə hücum etməyə hazırlaşdıqları xəbəri yayıldı. Peyğəmbərimiz (s.ə.s.) Əbu Sələməni çağırdı və onu 150 nəfərlik bir alaya kamandir təyin edib  göndərdi. Bu orduda Əbu Ubeydə ibn Cərrah və Sad ibn Əbu Vəqqas kimi əshabın öndə gedənləri də var idi. Ordu Fəyd ərazisində Katan suyuna çatdıqda döyüş başladı və islam ordusu qalib olaraq böyük bir qənimətlə geri döndü. Lakin Əbu Sələmənin sağaldığı zənn edilən yarası yenidən açılmağa başladı, o, çox qan itirdi. Ölmək üzərə olarkən Rəsulallah (s.ə.s.) onu ziyarət edib, xeyir-dua etmişdi. Bu əsnada o, vəfat etmişdi. Hicrətin 4-cü ilində vəfat edən bu səhabəsinə Peyğəmbərimiz (s.ə.s.) çox kədərlənmiş və ardınca belə dua etmişdir:

  • Allahım! Əbu Sələməni bağışla. Dərəcəsini mükərrəbin (Sənə yaxın olan) qullarından et! Ardında qalanlar üçün də sən xələf ol. Bizi də, onu da bağışla, ey aləmlərin Rəbbi!

Onun Cənazə namazını şəxsən Allah Rəsulu (s.ə.s.) qıldırmışdır. Ancaq namazda 9 dəfə təkbir gətirmişdir. Əshab namazdan sonra bunun səbəbini soruşduqda isə, Allahın elçisi (s.ə.s.) bu cavabı vermişdir:

  • Vallah nə unutdum, nə də çaşdım. Əbu Sələməyə min təkbir də gətirsəm, ona layiq idi.

Əbu Sələmə qəhramanlığı ilə bərabər, üstün əxlaq və fəziləti ilə də tanınan biri idi.

Yoldaşının Uhudda aldığı yaraya görə vəfat etməsi Ümmü Sələməni böyük bir hüzn və kədərə qərq etdi. Günlərlə ağladı. Həmin günlər haqqında Ümmü Sələmə belə danışır:

  • Bir gün yoldaşım Əbu Sələmə Rəsulullahın (s.ə.s.) yanından gəldi və belə dedi: “Həzrət Peyğəmbərdən (s.ə.s.) məni  çox sevindirən bir söz eşitdim. Rəsulullah (s.ə.s.) belə buyurdu:
  • Müsəlmanlardan birinin başına bir bəla və müsibətə gələr və “İnnə lilləhi və innə ileyhi raciun/Biz Allaha aidik və ancaq Ona dönəcəyik”- deyər, sonra da: “Ey Allahım, başıma gələn bu müsibətin əcr və mükafatını ver. Mənə ondan daha xeyirlisini nəsib et” – söyləyərsə, Allah onun duasını qəbul edər.

Əbu Sələmə vəfat etdikdə, bunu xatırladım və dərhal “İnnə lilləhi və innə ileyhi raciun” deyərək, Peyğəmbərimizin (s.ə.s.) öyrətdiyi o duanı təkrarladım. Sonra da öz-özümə:

  • Əbu sələmədən daha xeyirli kim ola bilər ki?! – deyə düşündüm.

Belə ki, Allah mənə ondan daha xeyirlisini verdi və məni Rəsulullah (s.ə.s.) evləndirdi.”

Əxlaqı 

Ümmü Sələmə anamız dözümlü, sözü yerində söyləyən və bu səbəblə də sözə hörmət edilən möhtərəm bir xanım idi. Həttə onun sözləri Həzrət Ömər kimi birini belə dayandırırdı.

Belə ki, bir dəfə Həzrət Ömər Peyğəmbərimizin (s.ə.s.) xanımlarının o iki cahan günəşinin kefini korladığını eşitmiş və çox hiddətlənmişdi. İncidici sözlər söyləməyə başlamışdı ki, Ümmü Sələmə onun sözünü kəsdi və:

  • Sənə təəccüb etmək lazımdır, ey Xəttabın oğlu! Hər şeyə qarışdığın kimi indi də Rəsulullah (s.ə.s.) və xanımları arasınamı girirsən?

Bu sözü eşidən Həzrət Ömər sonralar belə demişdi:

  • Onun bu sözü məni elə yaraladı ki, içimdəki bütün əsəbi dağıdıb atdı.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)