Qız Qalası

Əsrlərdir Bakının rəmzinə çevrilən, tikilməsinin dəqiq vaxtı və səbəbi bilinməyən, Azərbaycanın ən sirli memarlıq abidəsi – Qız qalası.

Hündürlüyü 32 metr olan qalanın divarları üzərindəki kitabədə “Davudun oğlu Məsudun qülləsi” yazısına görə həmin Məsudun qalanı tikən memar olduğu iddia edilir. Yazı tərzinin XII əsrə aid olmasına görə isə bəzi tarixçilər qalanın da XII əsrdə tikildiyini düşünür. Digər versiyaya görə qalanın bünövrəsi bizim eradan əvvəl VII əsrdə qoyulub. İkinci hissəsi isə bizim eranın XII əsrində tamamlanıb. Bu isə qalanın aşağı divarlarının yuxarı divarlara nisbətən köhnə olması ilə əlaqələndirilir. Aparılan qazıntı işləri nəticəsində qalanın 100 metrlik qayanın üstündə tikildiyi məlum olub. Məhz bu səbəbdən qaya çox dayanıqlı hesab edilir. Bir versiyaya görə qala heç vaxt düşmən tərəfindən fəth edilmədiyi üçün bakirəlik rəmzi kimi “Qız qalası” adlandırılıb. Amma qaladakı pəncərələrin yalnız dənizə tərəf açılması onun müdafiə qalası olması versiyasını şübhə altına qoyur. Qalanın tarixini qədim Misirlə əlaqələndirənlər də var. Onların fikrincə, bu qalanın tarixi adı “Hunzar”dır. “Hunzar” misirlilərin yeni il allahı – “Azər Allahı”nın evidir. Digər bir versiyada isə qalanın astroloji obyekt kimi tikildiyi də iddia edilir. “Dayaq divarı”nın cənub və şərq tərəfindən zolaqların sayı 24-dür. 24 rəqəmi gecə və gündüz ərzində saatların sayıdır. Cənuba baxan pəncərələrin 4 olması fəsillərin, mərtəbələrə qalxan pilləkənlərin  12 olması isə ildəki ayların sayını göstərir. 1859-cu ildə qayanı mayak kimi istifadə etməyə başlayıblar.

Qız qalasının ətrafında evlərin tikilməsinə başlanılır. Binanın əsas giriş qapısını 1960-cı ildə Xruşşov Bakıya gələndə bağlayırlar. Qalaya bitişik evləri sökərkən məlum olub ki, qalaya giriş var, lakin o giriş hörülərək bağlanılıb. Qalanın içərisində su quyusu var. Diametri 0,7 metr olan bu quyunun suyu kimyəvi analiz olunub və içmək üçün tam yararlıdır. Qız qalası və Şirvanşahlar sarayı arasında gizli yeraltı yolun məhz bu su quyusunun aşağı hissəsindən başlandığı ehtimal olunur. 1982-ci ildə İçəri şəhərin Şərq tərəfində qazıntılar nəticəsində aşkar edilən yolun xətti XIV əsrə aid Multani karvansarayının altından keçərək Qız qalasına doğru gedir. Qız qalası 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlayıb. 2000-ci ildə UNESCO-nun ümumdünya irsi siyahısına salınıb.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)