Keçədən başmaq

Ən qədim zamanlardan Azərbaycanda keçədən müxtəlif əşyalar hazırlanırdı. Hətta qədim türklər geyimlərində də keçədən istifadə etmişdilər.
Biz də bu sayımızda sizə keçədən başmaq hazırlamağı təqdim edirik. Bu rahat hazırlanan başmaq üçün bizə lazım olan ləvazimatlar bunlardır:
- Keçə
- Ayaqqabı bağı
- Toqqa və digər aksesuarlar üçün dəlik açan alət
Hazırlanması:
Keçəni ayağınızın ölçüsünə uyğun kəsirsiniz. Sonra şəkildə gördüyünüz kimi dəliklər açıb ipi keçirin. Başmağın formasını öz zövqünüzə uyğun da edə bilərsiniz.