Saçlara qulluq

Saç qoruyucu qatın tərkibidir, uzun müddət sağlam və gözəl qalması üçün xüsusi qulluğa ehtiyac duyur. Saçlara düzgün qulluq etmədikdə, zamanla təravətini itirir, solur və seyrəkləşir. Bundan başqa  yaşadığımız həyat tərzi, stress, hormonal dəyişiklərin orqanizmə göstərdiyi mənfi təsir,  kimyəvi prosedurlar və s. saçların vaxtsız korlanmasına gətirib çıxara bilər. Saça qulluq prosesinə başlamazdan əvvəl bir neçə sadə üsulları bilmək vacibdir. Gün ərzində saçların daranması ətraf mühitin təsiri nəticəsində saç dibində toplanan kiri təmizləyir və baş dərisini oksigenlə təmin edir. Daraq saç növünə uyğun seçilməli, nəm şəkildə daranmalıdır. Həftədə saçların 3 dəfə  yuyulması norma qəbul olunsa da, fərdi olaraq dəyişə bilər. Əgər saçlar çox yağlıdırsa, gündəlik, qurudursa bir az gec yuyulmalıdır. Uzun müddət saçların sağlamlığını qorumaq üçün ilk olaraq saç tipini müəyyən etmək lazımdır. Saç tipi 4 yerə bölünür:

Normal, quru, yağlı və qarışıq.

Normal saçlar bir az nazik, nə çox quru nə də çox yağlı olur, kəpəksizdir. Yüngül darama zamanı 50 yə qədər saç dənələri tökülə bilər.

Quru saçlar daha nazik, həcmli və zəifdir.

Yağlı saçlar normal saçdan bir qədər qalın, həddindən artıq yağlı, elastik və suyla az qidalanır.

Əsas saç tipləri ilə bərabər keçid formalar da mövcuddur ki, ya az, ya da çox quru, və ya əksinə yağlı, yəni qarışıq olur. Həm gigiyenik, həm də kosmetik baxımdan bütün prosedurlardan ən vacibi saçları yumaqdır. Burada isə əsas iş saç şampunun saç tipinə uyğun seçilməsindən asılıdır. Saçlar yuyulduqdan sonra yağ və parıltı olmursa, quruduqda rahat darana bilirsə, bu, istifadə olunan şampunun saç tipinə uyğun olması deməkdir. Daha dəqiq müəyyən etmək üçün şampundan bir neçə həftə istifadə etmək kifayətdir. Bundan başqa keyfiyyətli şampun saçlardan statik cəryanı yox etməli, eyni zamanda, saç dibini qidalandırıcı maddələrlə zənginləşdirməlidir. Yuyulduqdan sonra saç üçün nəzərdə tutulmuş balzam və kondisionerdən istifadə etmək saçların köklü şəkildə sağlamlığını təmin edir. Onlar qalıcı və ya qalıcı olmaya da bilər. Kondisioner saçları hamarlayır, statik cəryanı uzaqlaşdırır və rahat daramanı təmin edir. Balzam və kondisioner eyni markadan olduqda bir-biri ilə vəhdət təşkil edir və şampunun təsirini tamamlayır.

Yuyucu vasitələr saç tipinə uyğun seçilməlidir.

Normal saçlarda istifadə olunan şampunların tərkibində yüngül, gigiyenik, az miqdarda qidalandırıcı maddələr olmalıdır. Bu cür yuyucu vasitələr normal saçları yükləmir və yumşaq şəkildə təmizləyir. Əgər normal saçlarda boya yoxdursa, o zaman sadəcə universal şampundan istifadə etmək kifayətdir.

Nazik saçlara həcm artıran şampunlardan istifadə etmək məsləhətdir. Tərkibi keratin, proteyin və ya bitki ekstraktlarını özündə cəmləyən yuyucu vasitələr saçı möhkəmləndirir və saç dərisində geniş qat yaradır ki, bu da saçların daha gümrah və qalın olmasını təmin edir.

Yağlı saçlar turş şampunlarla yuyulmalıdır. Məsələn, tərkibində sidr yağı və minimum qidalandırıcı maddələr olmalıdır ki, onlarda yağ qatqıları yoxdur. Bundan əlavə belə şampunların tərkibinə tez-tez antimikrob qatılır. Bu da saçları qalın və  təravətli edir.

Quru saçlara tərkibi daha çox yağlandırıcı maddələrlə zəngin olan şampunlar uyğundur. Həmin maddələr lapolin və lesiton ilə təmin olunub. Saç dibini nəmləndirir və qidalandırır. Quru saçlara aid şampunu saçın dibinə çəkmək lazımdır. Yumadan öncə daraq vasitəsi ilə saç ortadan bölünür və nazik qatla saç dərisi şampunla örtülür. İki əlin barmaqları vasitəsi ilə saç dibini yaxşıca masaj edərək şampun dəriyə hopturulur. Yuyucu vasitənin baş dərisinə daha yaxşı hopdurulması üçün qızdırılmış dəsmalla baş bükülür, bir qədər sonra yenidən şampun başa çəkilir və yuyulur. Əgər saç kökü nazik və yağlıdırsa, yalnız ucları qurudursa, o zaman kondisionerli şampundan istifadə etmək məsləhət görülmür. Sadəcə yağlı saçlar üçün olan şampunlar tövsiyə olunur.

Həddindən artıq boyanma və  kimyəvi ağartma prosesləri nəticəsində zədələnmiş saçlara xüsusi müalicəvi tərkibli vasitələr məsləhət görülür. Bu tip problemli saçlarda istifadə olunan yuyucu vasitələrin tərkibi protein, jojoba yağı, avokado olmalıdır. Belə şampunlar “birləşmiş” şampunlar adlanır.

“Birləşmiş” şampunlar yuyucu vasitə olmaqla yanaşı, həm də kondisioner funksiyası daşıyır. Saçları hamarlayır, normaya salır və saç kökünü qidalandırır. Lakin uzun müddətli istifadə fəsad yarada bilər. Zaman keçdikcə saç üzərində qalır, saçları ağırlaşdıraraq zəiflədir. Belə olan halda müvəqqəti istifadəsini dayandırıb, ara verdikdən sonra davam etmək olar. Daha dərindən saçların müalicəsi  üçün saç maskaları mövcudur. Beləliklə, bütün saç növlərinə uyğun faydalı saç maskasının hazırlanma metodunu  sizə təqdim edirik:

1 yetişmiş avokado,

1-2 ç. q. təmiz bal

2 x.q zeytun yağı.

Avokadonun qabığı soyulur, dənələri xaric olunur, çəngəllə bölündükdən sonra sıyıq halına gətirilir. Üzərinə bal və zeytun yağı əlavə olunur. Eyni forma alana qədər yaxşıca qarışdırılır. Alınan məhlul quru,  ya da nəm saçlar üzərinə barmaq və ya fırça vasitəsi ilə çəkilir. Politelen paketlə bürünür və yarım saatdan sonra ilıq suyla yuyulur. Hər zaman gözəl və sağlam qalmaq ümidi ilə hələlik.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)