"Bəzəkli tərəvəz” – Pərpətöyün

Pərpətöyünün (pərpərən) tarixi 4000 il bundan əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir. Qədim Misirdə pərpətöyünün yarpaqları və gövdəsini yeməyə əlavə etməklə ondan şəfalı bitki kimi istifadə edirdilər. Ərəblər də orta əsrlərdə pərpətöyünü yüksək qiymətləndirərək onu "bəzəkli tərəvəz” adlandırırdılar. Qədim Yunanıstanda isə bu bitki daha çox dərman bitkisi kimi tanınırdı ki, bu faktı Hipokratın əsərləri də təsdiqləyir.

 Pərpətöyünlə ilan sancması, yuxusuzluq və müxtəlif yaraları müalicə edirlər. Böyük Plini digər bitkilər arasında məhz pərpətöyünü "istifadəyə məcbur" hesab etmişdi. Məhşur ərəb təbibi İbn Sina da pərpətöyünü ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirirdi. Hazırda pərpətöyün Qafqazda, Hindistanda, Fransa və Aralıq dənizi ölkələrində fəal yetişdirilir.

Gövdəsinin uzunluğu 10-52 sm olan, torpaq üzərində yayılan və yaxud dik qalxan, çılpaq, ətirli, əsas hissəsindən budaqlarla birlikdə ot bitkisidir. Gövdənin aşağı hissəsində yerləşən yarpaqları növbəli, yuxardakılar isə qarşı-qarşıya düzülür. Çiçəkləri xırda sarı, qırmızı rəngdə olub, tək-tək və ya topa halda gövdə yarpaqlarının qoltuğunda yerləşir. Toxumları tünd-bozumtul və yaxud qara rəngdədir. İyun ayında gül açan pərpətöyün sentyabr ayına kimi çiçəkləyir.

Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir.

Zərərləri

Başqa yeməli və müalicə effektli bitkilər kimi pərpətöyünü də miqdarında (gün ərzində 100-150 q) istifadə etmək lazımdır. Arterial təzyiqi yüksəltdiyinə görə hipertoniyadan əziyyət çəkənlər pərpərəndən istifadədə ehtiyatlı olmalıdırlar.

Pərpətöyünün daha bir əks göstərişi hamiləlikdir. Bu bitki uşaqlığın tonusunu artırır ki, bu da hamilə qadınlar üçün zərərlidir.

Mətbəxdə tətbiqi

Qida vasitəsi kimi gənc zoğlarından və yarpaqlarından istifadə olunur. Pərpətöyün mülayim yandırıcı və turşməzə dada malikdir. Daha yetkin köklərini marinə edirlər. Qayğanağa və digər tərəvəz salatlarına əlavə edildikdə gözəl dad verir.

 

Müalicəvi xüsusiyyətləri

Pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülallar, qlaktoza, turşular, kalsium duzu, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Müasir tibbdə pərpətöyündən qara ciyər xəstəliklərində (iltihabında), ödlə bağlı olan qusmalar zamanı istifadə edirlər. Dərman vasitəsi kimi təzə otları və toxumları faydalıdır. Pərpətöyünün tərkibində hormonabənzər maddə - noradrenalin var ki, bu maddə mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Yarpaqlarından zəhərli ilan və həşəratların dişləməsi zamanı antioksid maddə, qaraciyər və böyrək xəstəliklərində isə sidikqovucu kimi istifadə olunur. Pərpətöyünün cövhəri ilə ağız yaxalamaq damaq iltihabına səmərəlidir. Bir çox ölkələrdə pərpətöyündən parazit əleyhinə vasitə kimi istifadə edirlər. Pərpətöyünün ən mühüm xüsusiyyətlərindən biri də salmonella və dizenteriya törədici mikroblara qarşı antibakterial təsiridir.

İrinli yaraların müalicəsində təmiz yuyulmuş pərpərəni kompres şəklində yaranın üzərinə qoymaq lazımdır. Onun bu xüsusiyyəti tibb məntəqələrindən uzaqda olan turistlər üçün xüsusilə qiymətlidir.

Pərpətöyündən gözəllik üçün də istifadə olunur. Ondan hazırlanan maska dərini cavanlaşdırır, qırışların daha az nəzərə çarpmasını təmin edir. (movqe.az)

Pərpətöyün Turşusu

 

2 litrlik banka üçün

1 kq pərpətöyün (gövdə və yarpaqlarıyla birgə)*

5-6 diş sarımsaq

4 quru dəfnə yarpağı

5-6 qara istiot dənəsi

3 xörək qaşığı iri xörək duzu

4 fincan üzüm sirkəsi ilə 2 fincan suyun qarışığı

Hazırlanması:

Qaynar suda istifadə ediləcək banka sterilizə edin və tamamilə qurudun. Pərpətöyünün kökünü kəsib təmizləyin. Yarpaqlarından və gövdəsindən torpaq təmizlənənə qədər yaxşıca yuyun. Aşsüzəndən suyunu tamamilə süzün. Pərpətöyünü bankaya yığın, sarımsaq, dəfnə yarpağı, istiot dənələri və duzu üzərinə əlavə edin. Sirkə və su qarışığını bankadakı pərpətöyünün üzərinə çıxanadək tökün. Bankanın ağzını möhkəm bağlayın. Ədviyyat bankanın hər tərəfinə bərabər yayılsın deyə bir neçə dəfə yüngülcə bankanı o yana-bu yana çevirin. İstifadə etməzdən öncə ən azı 4-5 gün sərin yerdə saxlayın.

Konservləşən zaman pərpətöyün az bir vaxtda büzüşüb yığılır, yaxşı olar ki soyuducuda əlavə pərpətöyün saxlayasız və lazım olanda təzə pərpətöyünü əvvəlkinin üzərinə əlavə edib bankanı doldurasız.

Pərpətöyün alaq otu olsa da yeməklərin hazırlanmasında tərəvəz kimi istifadə olunur. Ətli yarpaqları və gövdəsinin azca turşməzə olması ilə ispanaq və vəzəriyə yaxındır. Çoxlu yarpaqları olan bu tərəvəzin sağlamlığa da bəzi faydaları var. Onun tərkibində Omega 3 yağ turşuları, vitaminlərdən A, C və bir qədər də B vitamini,orqanizm üçün vacib olan minerallardan maqnezium, kalsium, pottasium və dəmir mövcuddur. Bu tərəvəzi qızartmaq, sote kimi bişirmək, marinadlaşdırmaq yaxud da hazırda təqdim etdiyim Türk salatında olduğu kimi, çiy vəziyyətdə istifadə etmək olar.

 

İlk dəfə salat haqqında eşidəndə bu dadların qarışığı mənə o qədər də maraqlı gəlməmişdi- pərpətöyün yarpaqları sarımsaqlı qatıqla? hmmm… Çünki biz Azərbaycanda pərpətöyünü çiy halda yemirik. Onu ya turşu hazırlamaqda istifadə etmişik, ya da bişirmişik. Ona görə də çiy halda dilimə heç vaxt dəyməmişdi. Lakin bir gün sınaqdan keçirdim və salatı hazırladım. Bu çox dadlı idi! Sərinləşdirici, xüsusi tamı və xırtıldayan olması həqiqətən də gözəl idi. Salatı hazırlamaq üçün sadəcə bir neçə dəqiqə vaxt lazımdır. Yedikdən sonra isə ləzzətindən uzun-uzun danışılacaq bir yeməkdir. Hazırlamaq üçün ən yaxşı yay salatıdır.

Qatıqlı Pərpətöyün Salatı

6 nəfərlik salat üçün

 

1 böyük dəstə təzə pərpətöyün

2 fincan və ya bir qədər çox qatıq

2 diş əzilmiş sarımsaq (qədərini zövqə görə müəyyənləşdirin)

Duz (zövqə görə)

Üzərinə çiləmək üçün zeytun yağı, səpmək üçün paprika (şirin qırmızı istiot)

 

Hazırlanması:

 

Pərpətöyün təmizlənir, gövdələri kəsilir. Yarpaqlı hissə iri-iri doğranır, doğrandıqdan sonra təmiz yuyulur. Suyu süzülüb qurudulur (tez olsun deyə mən mətbəx salfetiylə ehmalca qurulayıram).

 

Bir qabda qatıqla əzilmiş sarımsaq qarışdırılır. Pərpətöyün əlavə olunur, yavaşca qarışdırılır. Tam qarışdıqdan sonra zövqə görə duz qatılır. Hazır salat dayaz boşqaba boşaldılır. Üzərinə bir qədər zeytun yağı çilənir, paprika səpilir və süfrəyə verilir.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)