Piroq

Ərzaqlar:

Xəmir üçün:

125 qr. kərə yağı

1.5 st. un

3-4 x.q. soyuq su

Bir az duz

İçlik üçün:

1 ədəd soğan

4 ədəd yerkökü

2 ədəd pırasa (yaşıl hissələri ilə birlikdə)

250 qr. ispanaq (təmizlənib, doğranmış)

0.5 st.rəndələnmiş ağ pendir

Duz, qara bibər, qırmızı bibər

Zeytun yağı

Üzəri üçün:

1 st. rəndələnmiş holland pendiri

Hazırlanması:

Sərt xəmiri üçün unu, otaq tempraturunda kərə yağı və duzu bir qaba qoyuruq. Soyuq suyu əlavə edərək yoğururuq. Xəmiri diametri 24 sm. olan piroq qabına kənarlarına gələcək şəkildə yerləşdiririk. Çəngəl yardımı ilə dəliklər açırıq. 175 dərəcə isidilmiş sobada üzəri bir az qızarana qədər bişiririk. Içlik üçün yeməklik doğranmış soğanı, rəndələnmiş yerkökü və incə doğranmış pırasaları zeytun yağında yumşalana qədər bişiririk. Doğranmış ispanağı əlavə edib bir az daha bişiririk. Içlik soyuduqda ağ pendir ilə qarışdırıb bişən piroq xəmirinin üzərinə yayırıq. Sonra holland pendirini hər tərəfinə gələcək şəkildə səpirik. Sobada üzəri qızarana qədər bişiririk. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)