Paştet

Ərzaqlar:

Yarım kilo qaraciyər

3-4 ədəd orta böyüklükdə soğan

3 ədəd yer kökü

2 ədəd yumurta

100 qr. kərə yağı

Duru yağ

Duz, istiot

1 st. qovrulmuş qoz ləpəsi

Hazırlanması:

Qaraciyərin üzərindəki zəri və damarları təmizləyib doğrayırıq. Yerkökü və yumurtanı suda bişiririk. Soğanları yarım halqa doğrayıb duru yağda bir az qovururuq. Sonra qaraciyəri də  əlavə edib vam odda bişiririk. Qozu, yerkökünü, yumurtanı qaraciyəri və 50 qram kərə yağını ətçəkəndən iki dəfə keçiririk. Duzu, istiotu əlavə edib yaxşı qarışdırırıq. stola streç sərib qarışığı üzərinə nazik yayırıq. Qarışığı üzərinə qalan kərə yağını yayıb streç yardımı ilə bükürük. Soyuducuda ən azı 4 saat saxladıqdan sonra doğrayıb servis edirik. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)