Kipr şirniyyatı

Ərzaqlar:

3 yumurta

1 armudu st. şəkər tozu

1 armudu st. duru yağ

1 st. qalete unu

1 st. xırdalanmış qoz

1 st. kakos

1 vanil

1 qabartma tozu

Kremi üçün:

1 lt. süd

2 x.q. kraxmal

2 x.q. un

1 vanil

1 paket kremşanti

2 x.q. şəkər tozu

Şərbət üçün:

2 st. şəkər tozu

2 st. su

1 limon dilimi

Hazırlanması:

Şərbət üçün olan ərzaqların hamısını qatıb qaynadırıq və soyumağa qoyuruq. Yumurta və şəkər tozunu mikserlə ağaranadək çalırıq. Sonra duru yağı, qaleta unu, kakosu, xırdalanmış qozu, vanil və qabartma tozunu qatıb təkrar çalırıq. Soba listini yağlayıb qarışığı töküb yayırıq. 200 dərəcə sobada təxminən yarım saat altı və üstü qızarana kimi bişiririk. Kremi üçün kremşantidən başqa olan ərzaqları qatıb ocaqda bişirib soyuduruq. Kekimizi bişirdikdən sonra soyuq şərbəti üzərinə töküb ən az yarım saat gözlədirik. suyumuş kremə bir paket kremşanti əlavə edib mikserlə çalırıq. Sonra kekin üzərinə yayıb istəyə görə bəzəyirik. Kekimizi 3-4 saat soyuducuda saxlayıb servis edirik. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)