İmtahan Dünyası

“İmtahan dünyası” ifadəsini hər çətinliyə düşdükcə işlədirik. İstər kağız-qələmlə keçilən imtahanlar, istərsə də şəxsi həyatımızda keçdiyimiz imtahanlar bizi inkişafa, sözün əsl mənasında yetkinləşməyə doğru aparır.

Qul qul ilə sınanar

Allahın Kitabına görə insanın yaradılış qayəsi və yaranma səbəblərindən biri imtahan olunmasıdır. Buna görə bu dünya bir imtahan yeridir. Ölüm və həyat, hansımızın daha gözəl davranışlar nümayiş etdirəcəyini sınamaq üçün Rəbbimiz tərəfindən yaradılmışdır. Ömür dediyimiz kapital, həyat dediyimiz zaman kəsiyi, imtahan üçün verilən müddətdir. İnsana verilən hər cür nemət, mal, mülk, övlad, məqam, mövqe bir imtahan vasitəsidir. Eyni şəkildə insanın qarşısına çıxan hər cür sıxıntı, çətinlik, bəla və müsibət bir imtahan vasitəsidir. Və bunun hər hansı bir istisnası da yoxdur. “Hər kəs ölümü dadacaqdır. Sizi xeyir və şər ilə imtahan edəcəyik. Sonda bizə qaytarılacaqsınız” (Ənbiya surəsi 35-ci ayə).

Rəbbimiz, ən çox sevdiyi qullarını ən böyük müsibətlərlə imtahan etmişdir. Bu səbəblə keçmişdə ən böyük çətinliklərlə imtahan edilən şəxslər, Onun ən çox sevdiyi qulları olan peyğəmbərlər olmuşdur. Çünki Rəbbimiz, dostluğunu istəyən qullarını belə çətin imtahanlardan keçirər. Adəm əbədilik arzusu ilə sınanmışdır. Ölümsüz olma istəyi Həzrət Adəmin imtahanıdır. Həzrət İbrahim, Həzrət İsmayılla sınanmışdır. Övlad sevgisi Həzrət İbrahimin imtahanıdır. Həzrət İsmayıl canı ilə imtahan edilmişdir. Həzrət Yaqub, Həzrət Yusiflə sınanmışdır. Həzrət Yusif, Züleyxa ilə imtahan edilmişdir. Həzrəti Əyyub daşları çatladan bir səbir imtahanından keçmişdir. Beləliklə, təslim olaraq, səbrin, cəsarətin, namusun, Rəbbimizə qarşı səmimiyyətin timsalı olan peyğəmbərlər, qulluq sınağının ən gözəl nümunələrini nümayiş etdirmişlər. Son peyğəmbər, Sevgili Peyğəmbərimiz (s.ə.s) isə imtahanın hər növü ilə sınanmışdır. Peyğəmbərimiz imtahanın nə demək olduğunu, bir insanın təkbaşına müsibətlərlə necə mübarizə apardığını örnək həyatı ilə bizlərə göstərmişdir. Onun imtahanı, Məkkədə bir yetim olaraq peyğəmbərlik yükünü çiyinlərinə almaq idi. Onun imtahanı, bir əlinə günəşi, digərinə ayı versələr belə, yolundan qayıtmaması idi. Onun imtahanı, Taifdə daşlanarkən, dodaqlarından rəhmət diləyən dualar tökülməsi idi. Bədrdə bir ovuc möminlə müşrik ordusunun qarşısına çıxanda mübarək əllərini açıb Rəbbinə "Allahım! Bu bir ovuc müsəlmanı məhv etsən (qorxuram) yer üzündə sənə ibadət edən kimsə qalmayacaq", - deyə səslənməsi idi. Neçə-neçə müsibətlər, sıxıntılar hər biri Nəbinin kürəyində idi. Ancaq o, hər bəlanın nemət, hər nemətin də bəla olduğunun şüurunda olaraq varlıqda da, yoxluqda da, sevincdə də, kədərdə də hər zaman Xaliqin yanında idi. Bunu bilməliyik ki, Rəbbimiz mömin qullarını, özlərinə əzab etmək üçün deyil, ancaq təmizlənmələri üçün imtahan edər. Möminin vəzifəsi varlıqda arxayınlaşmamaq, yoxluqda üsyan etməməkdir. Möminin vəzifəsi, nemətlərə şükür etmək, müsibətlərə səbir etməkdir. Möminin vəzifəsi, başqasının fikir və düşüncələrinə hörmətlə yanaşmaqdır. Mömin insan, tolerant olmalıdır. Mömin, yediyi çörəyə şükür edəndir. Bir tikənin qırx il xatirini saymalıdır. Mömin, qardaşının arxadan quyusunu qazmayandır. Mömin, yalançı, hiyləgər, fırıldaqçı deyil, doğru, dürüst, səmimi olandır.

Təhsildə imtahan

İmtahanlar müəyyən bir təhsili tamamlamaq üçün, həmçinin bir təhsilə başlamaq üçün də keçilməli olan bir mərhələdir. Bununla yanaşı, imtahanda göstərilən performans gələcəkdə alınacaq təhsilin dərəcəsini və ya potensial iş qollarının çeşidini və keyfiyyətini müəyyən edir. Bütün bu səbəblər ölkəmizdəki şagirdlərin lisey və universitet imtahanı kimi yüksək bir qayğı mənbəyi ilə qarşı-qarşıya qalmasına səbəb olur. İmtahandan keçəcək insanın peşəsini, ictimai statusunu, iş imkanlarını və gəlir səviyyəsini müəyyən etməkdə çox əhəmiyyətli bir rol oynadığı düşünüldükdə bu qayğının səbəbini daha yaxşı başa düşmək mümkündür. Ancaq bəzən həm ailənin, həm də uşağın imtahanın əhəmiyyətini şişirdərək, mənfi nəticə ehtimalını fəlakətmiş kimi qəbul etdiyini görürük. Bu vəziyyətdə imtahan sanki bir ölüm-qalım savaşına çevrilir.

 İmtahana hazırlaşan tələbələrdən tez-tez eşitdiyimiz “İmtahanı keçə bilməsəm məhv olaram”, “Ana-atamı məyus edərəm”, “Prestijli fakültəyə daxil olmasam hər kəsin gözündən düşərəm”, “Kimsə mənə dəyər verməz” kimi şifahi ifadələrin bəzən imtahanın əhəmiyyətini həqiqətdən yüksək həddə çatdırdığını görürük. Bununla yanaşı, imtahan ərəfəsində və sınaqlar zamanı keçirilən stress nəticəyə mənfi təsir göstərərək bildiklərinin də unudulmasına, insanın donub qalmasına səbəb olacaq qədər genişlənməsi mümkündür. Qayğı bu səviyyəyə çatanda da akademik uğurun düşməsi labüddür.

İmtahan stresi nədir?

İmtahan qayğısı, tələbənin həqiqətdən uzaq mənfi fikirlərini artıran, diqqətini yayındıran, beləliklə, səmərəli işləməyi, öyrənməyi və öyrənilənlərin təsirli şəkildə istifadə edilməsini çətinləşdirən, gərgin bir vəziyyətidir.

 Stress dörd səviyyədə özünü göstərən bir vəziyyət olaraq ifadə edilir.

Fizioloji səviyyədə - Döyüntü, temperaturun qalxması, nəfəs darlığı, titrəmə, mədədə gərginlik, baş ağrısı və s. hallar baş verir.

Düşüncə səviyyəsində - Panikaya yol açacaq mənfi düşüncələr, xəyallar, obrazlar, şübhələr ortaya çıxır.

Davranış səviyyəsində - Fərdin qayğı ilə əlaqədar hadisədən yayınması (dərs oxumamaq, ya da imtahana girməmək).

Duyğu səviyyəsində isə - Qayğı, narahatlıq, çarəsizlik, gərginlik, kədər kimi özünü göstərir.

Yüksək səviyyədə bir stresin öyrənməyə mənfi təsir göstərdiyi, çox aşağı səviyyədəki qayğının da öyrənməyi çətinləşdirdiyi, aparılan araşdırmalarla müəyyən olunmuşdur. Orta səviyyədə bir qayğı isə öyrənməyə müsbət təsir göstərir. Adətən, yüksək qayğılı tələbələr, aşağı səviyyədə qayğılı tələbələrə görə daha uğursuz olurlar.

Sınaq qayğısı olanlar, adətən, mükəmməliyyətçidirlər. Kiçik bir səhvi tam bir uğursuzluq kimi şərh etmə meylləri var. Mükəmməl olacağına inanmadıqları fəaliyyətlərdən çəkinməyə meyllidirlər. Özünü ifrat dərəcədə tənqid etmələri tez-tez izlənilir. Bunlara əlavə olaraq, çox vaxt təsdiq edilməyə ehtiyac duyurlar.

 

 

 

Sınaq qayğısının formalaşmasında bəzi əsas amillər gözə çarpır. Bunların başında ailənin tələbləri və təzyiq səviyyəsi ilk gözə çarpacaq amillərdir. Məktəbin tələbləri və şəxsin fərdi xüsusiyyətləri də mühüm amillər kimi önə çıxır.

 Valideyn münasibətləri

 Uşağın akademik uğuru həm valideynlərin, həm də pedaqoqların üzərində ciddi dayandığı bir məsələdir. İmtahana girən tələbələrin valideynləri baxımından da, bu sınaq və imtahan prosesi çox əhəmiyyətlidir. Çox zaman uşaq qədər ailə də bu çətin həyat dövründən təsirlənir.

 Valideyn münasibətləri fərddə qayğının ortaya çıxmasında mühüm amillərdən biridir. Xüsusilə ana-atanın tələblərinin uşaq üçün əlçatmaz olması, proseslər və tənqid insanda həyəcan yaradan amillərdən bəziləridir. İmtahana hazırlaşan bir tələbənin yaşadığı qayğıların böyük bir hissəsi “Anama atama nə deyəcəyəm?” və ya “Hər kəsin yanında biabır olacağam” kimi real olmayan fikirlərdən qaynaqlanır. İmtahana hazırlaşan uşaqların iş istəyini artırmaq və onları işə yönləndirmək üçün qayğılarını artıran münasibətlərdən çəkinmək lazımdır. “Belə getsə qazanmayacaqsan”, "Bacın bu liseyi qazandı, görək sən nə edəcəksən?!", "Sənin tək məsuliyyətin dərs çalışmaqdır, biz sənin üçün nələr edirik, səndən tələbimiz isə sadəcə yaxşı bir yerə daxil olmağındır” şəklində ifadələr işlətmək uşağınızı dərs çalışmağa təşviq etməyəcəyi kimi, təzyiq altına girməsinə, qayğının yüksəlməsinə və potensialından istifadə etməməsinə yol açır.

 Bir çox valideyn özünün edə bilmədiklərini uşaqlarının həyata keçirməsini istədiyi üçün   həddindən artıq təzyiq tətbiq etməsi, uşağın qayğı səviyyəsini yüksəldir və daim uğursuzluqla üzləşməsinə səbəb olur. Üstəlik, uşağın sahib olduğu güc və bacarıq, ana-atanın tələblərini gerçəkləşdirməyə yetməyə bilər. Bu səbəblə, valideynlərin uşaqları ilə bağlı həqiqi dəyərləndirmələr etməsi və tələblərini məhdudlaşdırması lazımdır.

 İmtahanda uğur qazanmaq və diplom sahibi olmaq, həyatın əsas məqsədinə xidmət edən vasitələrdir, məqsəd deyil. İmtahanda uğurlu olsa da, olmasa da valideynlər uşaqlara olan emosional münasibətlərinin pozulmasına icazə verməməlidir. Çünki bəzən imtahana hazırlaşma prosesində baş verənlər, uşaq və ailə arasında qarşıdurma və uzaqlaşmağa səbəb olur.

 Ailələr nə vaxt narahat olmalıdır?

 Sınaq qayğısı çox olarsa, uşaqda bəzi psixoloji pozuntuların əlamətləri müşahidə olunmağa başlayır. Uşaq depressiv əlamətlər göstərirsə (tez-tez ağlama, yuxu pozğunluğu, iştaha azalması, artması, ümidsizlik, və s) və ya həddən çox ehtiyatlıdırsa (imtahanlara hazırlaşarkən intensiv qayğı içində isə, imtahanlarda evdə etdiyindən aşağı nəticə göstərirsə, ya da dərs işləməkdən yayınıb imtahanlara girmək istəmirsə), bir mütəxəssisdən kömək almaq lazımdır. Hər nə şəkildə olursa olsun, sınaq qayğısının tələbənin emosional və akademik həyatlarına mənfi təsir edən və səviyyəsi artdıqca psixoloji problemlərə yol açan bir fakt olduğu nəzərdən qaçırılmamalıdır.

 Uşaq və yeniyetmələrdə görülən imtahan stresinə dəstək olub, imtahanlara yüklənən ağırlığın və sınaq ilə bağlı uşağın mənfi düşüncələrini ələ almaq və rahatlatmaq, sınaq öncəsi və sınaq əsnasında hiss edilən qayğı ilə necə başa çıxarılacağı, zəifləmə texnikaları və imtahanlarda zaman idarəetmə kimi məsələlər üzərində çalışmaq lazımdır. Valideynin övladının stresini azaltması, həm akademik nəticəsinə, həm də həyat keyfiyyətinə müsbət təsir göstərəcəkdir.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)