ƏL-ĞAFUR

Əl-Ğafur (c.c) qulların günahlarını xətalarını və qüsurlarını çox bağışlayan, bağışlamaqdan yorulub bezməyən, əfv etməsi sonsuz olan deməkdir.

“(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (əz-Zumər, 53)

Ğafur ismi Qurani-Kərimdə ən çox qeyd edilən adlardan biri olub, 20 ayədə tək, 71 ayədə də Rəhim adı ilə birlikdə cəmi 91 ayədə zikr edilmişdir.

Ğafur adının diqqəti çəkəcək şəkildə Rəhim adı ilə birlikdə “Ğafurun Rahim” kimi zikr olunması Onun qullarının üzərinə yağan rəhmət yağışının əsəridir!

“Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə cəzalandırmaq istəsəydi, onların əzabını sürətləndirərdi. Lakin onların (öz əzab) vaxtı vardır (O zaman) onlar (Allahın əzabından qaçıb canlarını qurtarmağa) əsla bir yer tapa bilməzlər!” (əl-Kəhf, 58)

O, sonsuz bağışlayıcı, əfvi hədsiz olandır. Əfvin yeganə qaynağı, sevginin ünvanıdır. Uca Allah qulunu bağışlayan, qucaqlayan, qullarının da bağışlayıcı olmasını istəyir.

“Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!” (ət-Təğabun, 14)

Hz. Peyğəmbər Taifdən qayıdarkən Ərş titrəmişdi. Sevimli Peyğəmbərimizin (s.ə.s.) mübarək ayaqları qanlar içində qalmışdı. Bu vəziyyətdə belə “Rəhmət Peyğəmbəri” Muhamməd Mustafa (s.ə.s): “Allahım zəifliyimi, acizliyimi və insanlarla bacara bilməməyimi Sənə şikayət edirəm” demişdi. Bu vaxt Cəbrayıl (ə.s) gəlib “Allah-Təala millətinin sənə nə etdiyini bilir. Həbibim istəyərsə dağlar mələyini göndərib taifliləri yox edərəm, - buyurur”, - demişdi. O isə sevgi və mərhəmət dolu çöhrəsini uzaqlara çevirib: “Allah məni aləmlərə rəhmət olaraq göndərdi. Allahım! Onları bağışla! İnsallah illər sonra da olsa onların arasında Sənə qulluq edən, Sənə ortaq qoşmayan bir nəsil çıxar”, - deyə dua etdi. (Buxari, Müslim, Cihad, 111)

Ey Allahım! “Rəhmət Peyğəmbəri”nin hörmətinə bizi də bir-birini bağışlayan, Allah Rəsulunun əxlaqı ilə əxlaqlanan, bir-birinin qüsurlarını örtən, qüsur axtarmayan bəndələrindən et! “Mərhəmət edənlərə Rəhman da mərhəmət edər. Siz yer üzündəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin” hədisinə əməl edən qullardan eylə! Ey Allahım! Ğafur olan  ancaq Sənsən, bizi bağışla! Amin.

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)