Yusif Həmədani (q.s.)

Hz. Yusif Həmədani hicri 441-ci ildə Həmədanın kəndində doğulmuşdur. Bağdada getmiş, orada dini elmləri öyrənmişdir. Əbu Əli Farmədidən təsəvvüfi dərs və icazət (təsəvvüf elmində ustalıq məqamına yüksələnlərə verilir) almışdır. Bu gün də Türkmənistanın şəhəri olan Mərvdə dayanacaq bir yer qurub xalqı irşad etdi. Bağdad, Səmərqənd, Buxara, İsfahan kimi şəhərlərdə dini dərslər vermiş, bir çox tələbə yetişdirmişdir. Abdulqadir Gilani onun söhbətlərindən istifadə etmişdir.

Bir dəfə Hz. Yusif Həmədaniyə “Bu dövr keçər və gerçək şeyxlər axirətə köçərsə, salamatlığa qovuşmaq üçün nə edək?” - deyə sual verildi. Həmədani (q.s): “Haqq dostlarının əsərlərindən hər gün 8 vərəq oxuyun”,- deyərək cavab verdi. Fəridüddin Attar da bu sözdən ilhamlanaraq Təzkirətül – Övliya adlı əsərini qələmə almışdır.

Hz. Yusif Həmədani bir gün Bağdadda təbliğatda ikən İbn Səqqa adında bir fəqih ayağa qalxdı və bir məsələ haqqında sual verdi. Şeyxi incitdi, ədəb çərçivəsindən kənara çıxacaq sözlər dedi. Xacə Yusif Həmədani dedi ki: “Otur! Sənin sözlərin başdan – başa küfrdür. Yəqin ki, müsəlman olaraq ölməyəcəksən. Bir müddət sonra Rum Konstantinopolundan bir elçi Bağdada gəldi. İbn Səqqa da onunla birlikdə xristian olub Bağdada yollandı və orada xristian olaraq öldü. Bu hadisə o gün bu gündür İslam dünyasında dillərə düşdü və Həmədaninin kəraməti insanlar tərəfindən anlaşıldı. Hətta bəzi təzkirə müəllifləri İbn Səqqanın, Attarın Məntiqüt Təyrindəki Sənan ilə eyni insan olduğunu zənn etmişdirlər.

Abdurrəhman Caminin Nəfahatül - üns adlı kitabında nəql etdiyinə görə, Şeyx Mühyiddin İbn Ərəbi əsərlərindən birində belə deyir: 602-ci ildə Şeyx Əvhadüddin Kirmani Konyada mənim evimdə idi. Belə deyirdi: Bizim kənddə 60 ildən çox şeyxlik və irşad səccadəsində oturan Xacə Yusif Həmədani adında bir şeyx vardı. Bir gün təkkəsindəykən ürəyinə çölə çıxmaq istəyi düşdü. Halbuki cümə günündən başqa bir gün çölə çıxmaq adəti deyildi. Amma bu düşüncə və istəyi üstün gəldi. Hara gedəcəyini də bilmirdi. Bir mərkəbə mindi və Allah hara istəyirsə, oraya da aparsın deyərək mərkəbin ipini çəkdi. Mərkəb onu şəhərdən çıxardı, xaraba halındakı bir məscidə apardı və orada durdu. Şeyx aşağı düşüb məscidə daxil oldu. Burada gənc yaşlarında bir insan vardı. Heybətli bir gənc idi. Başını yuxarı qaldıraraq:

  • “Ey Yusif, mənə bir məsələ sıxıntı oldu”,-  dedi və danışmağa başladı. Şeyx o məsələni açıqladı və sonra belə dedi:
  • “Ey oğul, bir sıxıntın olduğu zaman şəhərə gəl, mənə de. Məni bu qədər sıxıntıyla baş – başa buraxma. Gənc ona baxıb belə dedi:
  • Bir sıxıntım olduğu zaman hər daş mənə sənin kimi bir Yusifdir.

Şeyx İbn Ərəbi belə deyirdi: Buradan belə qənaətə gəldim ki, sadiq mürid sidq və səmimiyyətlə şeyxi özünə doğru hərəkət etdirə bilir.

Səlcuq hökmdarı Sultan Səncər Həmədaniyə hörmət edərdi. Onun dərgahına kasıblara və dərvişlərə xərclənmək üçün 50.000 dinar göndərmişdi. Dövlət tərəfindən edilən bu yardım həmin dönəmdə cəmiyyətdə narahatlıq yaradan Batınilərə qarşı əhli - sünnət yolundakı alimləri və sufiləri dəstəkləmə siyasətinin bir parçası idi.

Hz. Həmədani özünü cəmiyyət yolunda xidmətə həsr etmiş bir insan idi. Allah üçün çox səfərlərə çıxdı. Kafir, xristian, atəşpərəst və zərdüştlərin evlərinə gedər, onlara Allah Rəsulunun fəzilətlərini, axirətdə ilahi mükafat cəzanı başa salar, o insanların çoxunun hidayətinə vəsilə olardı. Günahkar insanlara da xəbərdarlıq edər, səhvlərini düzəldməzlərsə onlardan uzaq durardı. Tövbə etdirib yola gətirdiyi insanlar isə saysız – hesabsız idi.

Kəramətini gizlədərdi. Mömin olan şəxslərdən kim onu dəvət edərdisə varlı – kasıb, güclü – zəif deyib ayırmadan dəvətə razılıq verərdi. Kimisə və nəyisə zəif, lazımsız görməz, kimsənin yanında lovğalanmazdı.

Dolanışığını təmin etmək üçün çəkməçiliklə və ferma işiylə məşğul olardı. Halal yeyən və halal işlə məşğul olanlarla dostluq edərdi. Xalqı halal yoldan yeməyə, geyinməyə və halal yolda işləməyə çağırardı. Kiminsə qismətinə, çörəyinə mane olmazdı.

Ona qismət olanlardan kasıblara, yetimlərə sərf edər, onları qoruyardı. Ömründə heç kimdən bir şey istəməyib, əlində olanlarda kifayətlənər və  müridlərinə də bunu tövsiyə edərdi. Daima Cənabı-Haqqa təvəkkül və təslimiyyət halında yaşayar, heç zaman dünya mənfəətinə boyun əyməz, dünyaya meyl edənlərə də nəsihətlər verərdi.

Hz. Yusif Həmədani “Rütbətül – həyat (həyatın dəyəri)” adlı əsərində yazırdı:

Biləsən ki, bəsirət və yaxın əhlinə görə “canlı” ovunub təsəlli olan insanlardır. “Həyat”  da ovunmaq və təsəlli olmaqdır. Yeddi qat yerin və göyün məxluqatı, təsəlli və rahatlıq tapmaq mövzusunda həmfikirdirlər. Ancaq təsəlli olmaq və rahatlıq tapmaq yerləri fərqli – fərqlidir. Hər kəsin öz məqamına və vəziyyətinə görə bir təsəlli yeri vardır. İnsan onun varlığı ilə rahatlıq tapır, sakitləşir. Onu itirdiyi zaman əziyyətə düşər. Onunla rahatlıq tapıb sıxıntıdan qurtulduğu üçün haqq yolunun yolçuları olan peyğəmbərlər belə demişdirlər: “Filan insan filan şeylə canlıdır, onunla yaşamaqdadır”. Bu, canlını və həyatı tanımaqda ümumi olan bir qaydadır.

Böyük və şərəfli olaraq yaradılmış insanın təsəlli nöqtəsində heyvanlar, yırtıcılar, quşlar və böcəklərlə eyni mövqedə olması necə utanılacaq bir haldır. Belə bir insan heyvanların təsəlli məkanında alçalar və ovunar. Heyvanların yemək, içmək, özlərinə yoldaş tapmaq, sığınacaq və geyinmə ilə xoşbəxt olub ovunduqları kimi, insan da bu cür şeylərlə təsəlli tapır. Öz həqiqi məqamını və dərəcəsini düşünməz. “And olsun ki biz insanoğullarını şərəfli yaratdıq, onların quruda və suda gəzməsini təmin etdik”. Səltənət kəməri və tacı insanındır, amma unudur insan bunu. “Şübhəsiz onlar heyvanlar kimidir, bəlkə daha da betərdirlər” qamçısının ağrı – acısı onların könlünə gedib çatmaz.

Salikin zikirdə son nöqtəyə çatması, diliylə birgə yeddi üzvünün, hətta tükləri və dırnaqlarının da zikrdə iştirak etməsidir. Qəlb bədən üzvlərinin zikrini eşidər və görər. Bu səbəblə isinər və qüvvətlənər. 

Qəlb zikrinin nəhayəti 40 gündür. Bu 40 günün sonunda toplanan nurlar qəlbi işıqlandırar.

Hz. Yusif Həmədani son illərində Heratdan Mərvə qayıdarkən yolda Bamein qəsəbəsində 22 Rəbiüləvvəl 535 (4 noyabr 1140) tarixində vəfat etdi. Müridləri nəşini öncə oraya dəfn etdilər, sonra isə Mərvə köçürdülər. Bu gün məzarı Türkmənistan sərhədləri içində Mərv yaxınlığındakı Bayram Əli deyilən bir yerdədir.

                   

 

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)