Uşaqlarda özünü göstərən məktəb fobiyası

Bir uşağın nə vaxt və nədən qorxacağını müəyyən etmək olduqca çətindir. Çünki qorxunun meydana gəlməsində ətraf mühit, keçmiş hadisələr və o andakı psixofizioloji vəziyyət rol oynayır. Qorxular əsasən yaşa paralel olaraq artır. Uşaqlarda bəzi qorxuların yaranmasına valideynlərin və digər yaşlıların yanlış ifadələri təsir göstərir. Səni itə atarıq yesin, həkim sənə iynə vuracaq və ya oxumursan oxuma müəllimin səni gör necə oxudacaq, ağlasan müəllimin səni görəcək kimi sözlər uşaqların bəzi qorxularının inkişafına səbəb olar. 

Bu fobiyalardan biri də məktəb fobiyasıdır.

Hər bir valideynin arzusu uşağının məktəbi müvəffəqiyyətlə bitirməsidir. Valideynlər uşaqlarının dərsə başlaması üçün bütün hazırlıqları görür. Təzə kitab, qələm, çanta, geyim və s. alınır. Uşaqlar isə məktəbə getmək üçün həvəslə sentyabrın 15-ni gözləyir. Vaxt çatır, məktəbə gedir. Saatlarla oyuncaqları ilə oynayan uşaq indi 45 dəqiqə oynamadan müəllimini dinləməli, düzgün yazmağı öyrənməlidir. Bu sistemə uşağın uyğunlaşmağı əlbəttə çox çətin olur. Bu zaman mənasız ağlamalarla və ya məktəbə getmək istəməməklə öz etirazını bildirir. Bu vaxt məktəb fobiyası üzə çıxır. Uşağın qarnı ağrıyır, ürəyi bulanır, tez-tez tualetə gedir, hətta qızdırması qalxır. Valideynlər isə bunun bəhanə olduğunu düşünüb övladını məcburən məktəbə ağlaya-ağlaya göndərirlər. Bu çətin zamanda balacanın psixoloji durumu heç yada düşmür. Dünya sistemində uşaqların məktəbə hazırlığı 3 yaşından etibarən başlanır. İlk öncələr pedaqoji (3-4 yaş) hazırlığı, sonra əlavə olaraq psixoloji (4-5 yaş), sonda isə təlim-təhsilə hazırlıq mərhələsi də (5-6 yaş) əlavə olunur. Uşaqların yalnız saymağı və şeri bilməsi, sadə riyazi hesablamaları, əlavə dili, hərifləri tanıması  heç də məktəbə hazırdı demək deyil.

            Məktəb sözünün özü belə uşaqlarda qorxu yaradır. Onlar elə hesab edirlər ki, məktəb başladığı andan valideynlər onlara oyun oynamağa imkan verməyəcək, sadəcə dərs elətdirəcəklərini düşünürlər. Valideynlər uşaqlara bunun belə olmayacağını danışmalı, başa salmalıdır.

Məktəb qorxusu olan uşaqlar sosial ünsiyyət qurmaqda çətinlik çəkirlər, özünəqapanma və utancaqlıq hissləri yüksək olur. Bu cür uşaqlar valideynin iştirakı olmadan tək başına harasa getmək, hər hansı bir işi görmək istəmirlər. Uşağı məktəb qorxusuna görə tənbeh etmək, qorxunu qorxu ilə aradan qaldırmağa cəhd etmək, qorxunu tez-tez müzakirə etmək olmaz. Məktəb qorxusu olan uşaqlar məktəbə getmək istəmirlər, aglayır, əsəbi davranışlı olur, qarın ağrısı, baş ağrısı, qusma və halsızlıq kimi əlamətlərə tez-tez rast gəlinir. Bu əlamətlər məktəbin başlanmasına az qalmış maksimum səviyyəyə qalxır. Uşaqlar məktəbə getməzdən əvvəl, onlar bu barədə məlumatlandırılmalı, məktəblə tanış olmalıdırlar.  

Məktəb fobiyasına bir neçə qorxular aiddir.

  • "Səhv etmə qorxusu"- Müəllimin iradları, verilən tapşırıqların yerinə yetirilməməsi və s.
  • “Rejim qorxusu” – məktəbə vaxtında çatmamaq, dərsə gecikmək, xəstələnib məktəbə getməmək,  dərsin başlanması və qurtarmasını bildirən zəgin çalınması;
  • Uşaqlarda “subyektiv” səbəblərdən yaranan qorxular- yəni uşağın ətrafında olan və birbaşa qorxu mənbəyi hesab olunan insanlar – müəllim, valideyn, direktor, həkim, böyük siniflərin uşaqları, xadimə, qarovulçu və s.

Bu problemlər vaxtında aşkarlanaraq aradan qaldırılmalıdır, əks halda bu hallar ölüm qorxusunun yaranmasına səbəb olur. Uşaqların uzun müddət məktəb fobiyası yaşamaması üçün ana və ata xüsusən aşağıdakılara diqqət yetirməlidir:

  • Məktəbə getmək istəməməsindən dolayı uşağı günahlandırmamalı, qorxusu və göz yaşları ilə ələ salınmamalıdır;
  • Məktəbin ilk günlərində uşağın yad bir məkana alışması çətin olacaqdır. Bundan dolayı ana və ya ata uşağı alışsın deyərək toplumun içində tərk edib həmin dəqiqə ordan ayrılmamalı, müəlliminə, yoldaşlarına alışması üçün ona zaman verməli və yanında olmalıdır;
  • İlk həftələrdə məktəb və ya müəllim haqqında olan danışıqlarımıza diqqət etməli, qayğı və narahatlıqlarımızı uşağın yanında aşkar etməməliyik. Çünki, unutmaq olmaz ki, qorxu və narahatlıq yoluxucudur;
  • Uşağınız ailədən ilk dəfə ayrılırsa bu ayrılığın uzun müddətli olmayacağı, təkrar ailə ilə birlikdə olunacağı uyğun bir dillə izah olunmalıdır;
  • İlk günlərdəki vidalaşmalar qısa olmalı, hadisəni böyütməməliyik. Duyğularımızı idarə etməliyik;
  • Ailə içindəki münasibətlərimizə diqqət etməli, uşağın diqqətini evdə qoyacaq şiddət sərgiləyən davranışlardan və sözlərdən uzaq durmalıyıq;
  • Valideyn – müəllim münasibətləri mümkün olduğu qədər səmimi və dəstəkləyici olmalı, uşağımızın şəxsiyyət xüsusiyyətləri müəllim ilə paylaşılmalı və məlumatlandırılmalıdır.
  • Uşağınızla məktəb haqqındakı duyğu və düşüncələrini paylaşın.
  • Narahat olduğu mövzular haqqında sual verməsinə imkan yaradın.
  • Geyinmək, əllərini yumaq, tualetə getmək, su şüşəsini açmaq kimi özünün edə biləcəyi işlər üçün cəsarətləndirin və s.

Əziz valideynlər!

Məktəb çağında uşağı olan ailələrlə ünsiyyətə keçərək, onların uşaqlarıyla danışmasını təmin edin. Məktəbə gedərək ona sinfini göstərin və ətrafı tanımasına kömək olun. Məktəbin həyətinə getməsinə, oynamasına icazə verin. Məktəb alış-verişini birlikdə edin. Məktəbin yalnız dərs edilən bir yer olmadığını, eyni zamanda əylənərək oyun oynaya biləcəyi bir məkan olduğunu və yeni dostlar qazanacağı haqqında danışın. Yatmazdan əvvəl sevdiyi hekayələri, nağılları oxuyaraq özünü yaxşı hiss etməsinə kömək edin. Çantasını və paltarlarını birlikdə hazırlayın. Narahatlıq və qorxuları varsa, bunları dinləyərək onu anladığınızı bildirin. Sizin də məktəbin ilk günləri bənzər duyğular yaşadığınızı, amma məktəbi sevdiyinizi söyləyin. Məktəbdən onu kimin götürəcəyini deyin və harada gözləməsi lazım olduğunu göstərin. Özünü güvəndə hiss etməsi üçün məktəbin yaxınlığında olacağınızı, çıxdığı zaman sizi dərhal görəcəyini söyləyin. Gün sonunda məktəbdə nələr etdiyi haqqında soruşun və izah etməsi üçün təşviq edin.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)