Sevgiləri yox edən uca sevgi

Allah-Təala sənin yanındadırsa, kim sənə qarşı çıxa bilər? O sənə qarşı isə, sənin yanında kim ola bilər? Allahın sevgisini qazanmısansa, nə itirmiş ola bilərsən? Heç bir şey itirməzsən. Allah sevgisini itirdinsə, nə qazanmış olarsan ki? Heç bir şey qazanmazsan.

 Allaha olan sevginin nəticədə, qazanc və yararlarımız sonsuzdur. Onlardan biri də, Allah səni sevdikdə, digər yaratdıqlarının qəlbini də sənə qarşı sevgi ilə doldurur. İnsanların səni sevməsi əvəzolunmaz bir xəzinədir. Allah səni sevərsə, sənə hikmət (hadisələrin arxasındaki sirri görə bilmək) verər. O, “Dilədiyinə hikmət verir” (Bəqərə, 269), hikmət bəxş edilənlərə isə bir çox xeyir verilmişdir. Allah quluna hikmət verərsə, o qul məhdud gəlirlərlə belə məmnun olar. Hikmətsiz kimsə isə sonsuz gəlirlərlə belə məmnun ola bilməz. Hikmətli olan kimsə bəyənilməyən insandan belə məmnun olar, hikmətsiz kimsə isə ən yaxşı insanla belə məmnun olmaz. Hikmətli kimsə düşmənini dost edər. Hikmətsiz kimsə dostunu düşmən edər. Allah bizə hikmət verərsə, deməli, bizim  əvəzolunmaz bir dəyərimiz var. Allah quluna, qədərinə razı olduğu üçün, səbri səbəbi ilə hikmət verər. Bax, bu, Allah sevgisinin yararlarından biridir... Allah sənə hikmət verirsə, sənə hüzur vermişdir. Hüzur sənin məmnun olmağındır, səadət, yaxşılıq, güc və özünə inamındır. Bu hüzura sahibsənsə, hər şeyi itirsən belə xoşbəxt olarsan.

 İnsana hikmətsiz bir çox lütf verilmiş ola bilər (mal, sağlamlıq, güc, ağıl). Bax, o dünyanın ən bədbəxt insanıdır. Onun üçün deyilmişdir ki: “Allah sağlamlıq, mal gözəllik bir çoxlarına verir, fəqət həqiqi hüzuru yalnız möminlərə verir”. Hüzur insanın xoşbəxtliyi üçün ən önəmli xüsusiyyətdir. Bu da Allahın sevgisinin bir əlamətidir. Allah səni sevirsə, bu heyranedici bir şeydir. Çünkü göylərin və yerin Yaradıcısı səni sevir. Əlində hər şeyi olan uca Yaradıcı səni sevir. Həm səndən aşağıda, həm də səndən yuxarıda olanlar, sağlamlığın, ailən, uşaqların, həyatın, ölümün və rüzin Onun əlindədir. Onun üçün insan Rəbbini tanıyarsa, hər şeyi tanıyar. Allahı bilməyən kimsə hər şeydən məhrumdur. Sənə qarşı Allahın sevgisinin əlamətlərindən biri də, sənə məmnuniyyət, yəni riza halının verilməsidir. Öz halından, vəziyyətindən, maaşından, ailəndən və uşaqlarından məmnun olmağındır. Məmnuniyyət xoşbəxtliyin səbəbidir. Mömin isə məmnundur. Allahdan başqa ilah olmadığına and içirəm ki, Allahı bilən bir kimsənin qəlbinə baxsaq, orada xoşbəxtliyi görərik. Bu elə bir xoşbəxtlikdir ki, bütün dövlət sakinlərinə verilərsə, bu onlara kifayət edər.

Allah-Təala belə buyurmuşdur: “...Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...” (Ənkəbut, 45) Allahı anmaq olan namaz, əlbəttə, ən böyük ibadətdir. Təfsirçilərin dediyinə görə: “Allahı anmağın ən böyük yolu namazdır”. Bəziləri isə:  “Namaz Allahın səni xatırlamasıdır və bu, sənin Onu anmandan daha böyükdür”. Çünkü sən Onu andığın zaman bir ibadəti yerinə yetirmiş olarsan, fəqət O səni anarsa, üzərinə riza halı, hüzur və hikmət endirər. Onun verdiyi nemətə bir çoxları çata bilməz. Allah sənə nemət olaraq güvən duyğusunu verər. Bu dəyəri ölçülməyən bir nemətdir. İnsan minlərcə qəza keçirmiş ola bilər, fəqət hələ də qorxar. Kasıblıqdan qorxarsansa kasıb olarsan, xəstəlikdən qorxarsansa xəstə olarsan. Müsibəti gözləmək müsibətin özündən daha da betərdir. Elə infarkt halları vardır ki, bunlar infarkt qorxusu ilə meydana gəlmişdir. Onun üçün qorxunu dayandırıb sadəcə yaşamaq ilə məşğul olunmalıdır. Bu gün dünya böyük müsibətlər ilə qarşı-qarşıyadır. Çünkü insan oğlu Allahdan uzaqdır. Allaha yaxınlığın yeganə səbəbi isə Allahı anmaqdır. Ayəti-kərimədə buyrulduğu kimi: “Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” (Rad, 28).

 Son nəfəsimizin nə zaman gələcəyi, ömür təqvimimizin son yarpağının nə zaman düşəcəyi bizlərə məchuldur. Ömür sərmayəsi tükənmədən, buzlar ərimədən Ona dönməli, Onu sevməli, qəlbimizin hər zərrəsini, hər qaranlıq nöqtəsini Onun nuru ilə nurlandırmalı,  Onun sevgisi ilə qaranlıq küçələrə işıq saçmalıyıq.

Rəbbimiz cümləmizə Onu sevməyi, Onun yolunda getməyi nəsib etsin. Özünün sevgisini bütün sevgilərdən üstün edərək, dünyada hüzur ilə yaşamağı nəsib etsin. Amin!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)