Ümmü Sələmə Peyğəmbərimizlə (s.ə.s.) evlənməsi

Ümmü Sələmə anamız iddət müddəti bitdikdən sonra Həzrət Əbu Bəkir və Həzrət Ömər kimi əshabın önəmli şəxsləri ona elçi çıxsa da, hamısına nəzakətlə istəmədiyini bildirmişdir. Sələmə, Ömər, Zeynəb və Dürrə adlarındakı dörd uşağına baxan bu mübarək xanımın vəziyyətinə kədərlənən Allah Rəsulu (s.ə.s.) ona evlilik təklif etmişdir.

O, Peyğəmbərimizin belə bir təklif etməsinin ələ düşməyən bir fürsət olduğunu bilirdi. Ancaq Rəsulullahın (s.ə.s.) gənc və gözəl digər xanımlarının yanında yaşlı, dul və uşaqlı olmasının bir müddətdən sonra özünü və Allah Rəsulunu (s.ə.s.) narahat edəcəyindən qorxurdu. Bu səbəbdən Peyğəmbərimizdən (s.ə.s.) onu əfv etməsini istəyərək belə bir cavab göndərdi:

  • Mən qısqanc bir qadınam, yaşlıyam və uşaqlarım var. Bundan əlavə, evlənməyimə izacə vermək üçün valideynlərim də yanımda deyil.

Onun bu bəhanələrinə Rəsulullah (s.ə.s.) belə bir qarşılıq verdi:

  • Yaşlı olduğunu söyləyirsən, mən səndən daha yaşlıyam. Qısqanclıqdan danışırsan, Allaha dua edərəm, ümid edirəm ki, qısqanclığı səndən alar. Uşaqlarına baxmaq isə, Allah və Rəsuluna aiddir. Burada olan və olmayan valideynlərinin də bu evliliyə qarşı çıxacağını heç düşünmürəm.

Ümmü Sələmə anamız Peyğəmbərimizin (s.ə.s.) onu istəməyə gəlməsini belə nəql edir:

  • Mən o əsnada dəri təmizləyirdim. Əllərimi bu işdə istifadə olunan və “karz” adlanan maddədən təmizlədim. Peyğəmbərimizdən (s.ə.s.) icazə istəyib ona içi bitki lifləriylə doldurulmuş, dəri bir döşəkçə qoydum. O, bu döşəkçədə oturdu və mənə evlilik təklif etdi.

Bu rəvayətdən başa düşülür ki, Ümmü Sələmə anamız ailə büdcəsinə kömək, sonralar isə uşaqlarının xəcləri üçün dəri işləri ilə məşğul olmuşdur.

Bundan sonra Ümmü Sələmə hicrətin 4-cü ilinin Şəvval ayında (Uhuddan təxmini bir il sonra) Rəsulullah (s.ə.s.) ilə evlənərək, sanki etdiyi duanın bərəkətini görmüş və “möminlərin anası” olma şərəfinə qovuşmuşdur.

Evlənmə mərasimində Peyğəmbərimiz (s.ə.s.) qonaqlara “vəlimə” (toy yeməyi) ikram etdi.

Nikahdan sonra o, Rəsulullahın (s.ə.s.) istəyi üzrə, vəfat edən Ümmül Məsakin Zeynəb bintu Hüzeymənin otağında yaşamağa başladı. Peyğəmbərimiz (s.ə.s.) onun yanında üç gecə qaldı.

Bu evlilik Ümmü Sələmənin qohumu və o vaxtlar ən qəddar islam düşmənlərindən olan Xalid ibn Vəlidin qəlbinin yumşalmasına da vəsilə olmuşdur. Bu evliliyin üzərindən çox keçmədən Xalid ibn Vəlid Müsəlman olmuş və “Allahın qılıncı” ünvanını almışdır.

Hudeybiyədəki mühüm tövsiyəsi

Ümmü Sələmə bilikli və mədəni bir xanım idi. Peyğəmbərimiz (s.ə.s.) bəzən onunla məsləhətləşər və onun düşüncəsi ilə hərəkət edərdi. Hicrətin 6-cı ilində Məkkəli müşriklərlə olan Hudeybiyə razılaşması əsnasında Həzrət Peyğəmbər bir mövzuda onun fikrinə müraciət etmiş və bununla da hərəkət etmişdir.

Qısaca xatırlasaq, Peyğəmbərimiz (s.ə.s.) əshabı ilə birlikdə ümrə etmək üçün Məkkəyə tərəf hərəkət etmiş və müşriklərin maneəsi ilə qarşılaşmışdı. Uzun münaqişələrdən sonra müşriklərlə razılaşma əldə olunmuş və ümrə etmədən Mədinəyə qayıtmaq qərarlaşdırılmışdı. Razılaşmanın şərtləri görünüşdə müsəlmanların əleyhinə idi. Buna görə Həzrət Ömər daxil hər kəs nə edəcəyini bilmirdi.

Bu səbəbdən Allah Rəsulu əshabı-kirama qurbanlarını kəsmələrini, təraş olmalarını və ehramdan çıxmalarını üç dəfə əmr etdiyi halda, əshabı-kiram bəlkə peyğəmbərimiz (s.ə.s.) razılaşmadan imtina edər ümidi ilə səssiz və hərəkətsiz qalmışdı. Allah Rəsulu (s.ə.s.) onların bu hərəkətinə kədərlənərək, öz çadırına qayıtdı.

Olanları Ümmü Sələməyə danışdı və o da:

  • Ey Rəsulullah! Onları üzrlü sayın. Onların ümidi bu il Kəbəni təvaf edə bilmək idi. Həm bu ümidləri puç oldu, həm də müşriklərin istədiyi kimi bir andlaşma edildi. Siz çıxıb qurbanınızı kəsin və başınızı təraş edin, sizi belə gördükdə onların hamısı sözünüzə riayət edəcək, – dedi.

Peyğəmbərimiz (s.ə.s.) çadırdan çıxıb Ümmü Sələmənin dediyi kimi davrandıqda, əshabı-kiram da artıq bu razılaşmadan geri yol olmayacağını anlayaraq, ona tabe oldular və qurbanlarını kəsib, başlarını təraş etdilər.

Göründüyü kimi belə həssas bir vaxtda zəka, bəsirət və fərasəti ilə hadisəni təhlil etmiş və heç kimi incitmədən məsələni həll etmişdir.

Döyüş və çətinliklərdə Rəsulullahın (s.ə.s.) yanında

Ümmü Sələmə (r.ə.) Heybər səfərində, Məkkənin fəthində, Taif mühasirəsində, Həvazin və Sakif  döyüşlərində və Vəda həccində də Allah Rəsulunun (s.ə.s.) yanında idi.

Xülasə, o, Peyğəmbərin bütün döyüşlərində iştirak edən, küfür və şirkə meydan oxuyan bir mücahidədir. O, Allahın qılıncı Xalid ibn Vəlidlə eyni qanı daşıyan bir mücahidə aslandır! O, bütün əzm, dözüm, cəsarət və dirayəti ilə tam bir təvazö abidəsi olmağı bacaran bir xanımdır.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)