“D” vitamini çatışmazlığı

Ölkəmizdə və dünyada D vitamini çatışmazlığı epidemiya kimi sürətlə yayılır. Bu epidemiya sümük xəstəliklərinə səbəb olmaqla yanaşı, xərçəng, revmatizmal xəstəliklər, immun xəstəlikləri, nevro-psixatrik xəstəliklər, ürək xəstəlikləri, təzyiq və s. bu kimi xəstəliklərə də səbəb olur.

İnsan bədənində olan D vitamininin təxminən 90% günəş şüalarından dərinin ən dərin təbəqələrində sintez edilir. D vitamini çatışmazlığı zamanı vitaminlər qəbul etmək, ancaq günəş şüaları qəbul etməmək vitamin əskikliyini bərpa etməz. Mütəxəssislərin fikrincə, D vitamini əskikliyi zamanı vitamin qəbulundan çox günəş şüalarına ehtiyac duyulur. Hesablamalara görə, günorta saatlarınada yarım saat günəş şüası vannası qəbul etmək bədəndə xeyli miqdarda D vitamini sintez edilməsinə səbəb olur.

D vitamininin sümük sağlamlığı ilə yanaşı başqa funksiyaları da var. Belə ki, D vitamini bədəndə xərçəng meydana gəlməsinin qarşısını alır. İmmunitet sistemini gücləndirir, immun xəstəliklərin inkişafına mane olur. D vitamini əskikliyi insulin ifrazatını azaldaraq bədəndə 2-ci tip diabet riskini qaldırır.

Qeyd edək ki, bədənimizə daxil olan D vitaminin ancaq 10%-i yeməklər (yumurta, balıq, heyvani yağlar) vasitəsilə qəbul edilir. Ana və inək südündə olan D vitamini yaxşı sorulur.

İsti ölkələrdə yaşayan və kifayət qədər günəş vannası qəbul edən insanların bədənində D vitamini hər zaman yüksək olur.

D vitamini çatışmazlığı uşaqlara daha çox təsir edir. Uşaqda D vitamni çatışmazlığı hamiləlik dövründə ananın qeyri-kafi qidalanması, uşağın günəş vannası az qəbul etməsi və körpənin ana südü ilə az qidalanması nəticəsində meydana gəlir.

Nəzərə almaq lazımdır ki, orqanizmdə ən az 2000 genin yaxşı işləməsi D vitamininə bağlıdır. Uşaqlarda olan D vitamini çatışmazlığını aradan qaldırmaq üçün ən yaxşı vasitə balıq yağlarıdır. Uşağa həftədə ən az 3 dəfə balıq verilməlidir. D vitamini digər heyvani qidalarda daha azdır.

 D vitamini qəbul etməyin ən yaxşı yolu mütəmadi olaraq günəş vannası qəbul etməkdir. Çox təəssüflənərək deməliyik ki, bu gün ölkədə hər 3 uşaqdan biri D vitamini çatışmazlığından əziyyət çəkir. Tez-tez xəstələnmələr, rəngin solğunluğu, revmatik xəstəliklər keçirən uşaqlarda ən böyük çatışmazlıq D vitaminidir. Bunu isə Yaradan təbii yolla insanlara verib. Günəş şüaları ən təbii və daha çox D vitamini verən vasitədi. Valideynlər heç olmasa gün içində uşağına 20 dəqiqə günəş vannası qəbul etdirməlidir. Gün şüalarının kifayət qədər qəbulu D vitaminin ehtiyacını ödəyir. Lakin burada  bəzi incəlikləri nəzərə almaq lazımdır:

- gün şüalarının təsiri səhər və axşam saatlarında daha effektlidir

- dərisi tünd olan insanlarda ağ dərili insanlarla müqayisədə D vitamini daha az miqdarda sintez olunur

- qoca insanların dərisində D vitaminin sintezi xeyli azalır. Bu səbəbdən onların sümükləri kövrək olur, onlarda osteoporoz (sümük toxumasının azalması ilə bağlı olan patoloji prosess) inkişaf edir. Osteoporoz isə yaşlı insanlarda sınıqlara səbəb olur.

- pis ekoloji şərait D vitaminin sintezinə mane olur.

D vitamini qida yolu ilə də alına bilər. Amma qidalarla istənilən nəticə əldə etmək mümkün deyil. Balıq yağı, süd və süd məhsulları, qızıl balıq, tuna balığı, yumurta sarısı, kərəyağı, yulaf əzməsi kimi qidalarda D vitamini var.

Lakin D vitaminin orqanizmdə rolu yalnız sümüklərin qorunması ilə məhdudlaşdırılmır. Bu vitamin bir çox proseslərdə iştirak edir. Bu unikal vitamin orqanizmə həm vitamin, həm də hormon kimi təsir edir.

- D vitamini ürəyin, dərinin, qalxanvari vəzinin, böyrəklərin sağlamlığı üçün olduqca vacibdir.

- D vitamini qanın normal laxtalanması üçün vacibdir, arterial təzyiqinin tənzimlənməsində iştirak edir.

- D vitamini immun sisteminin normal fəaliyyəti üçün də çox önəmlidir.

- Tibbi araşdırmalar nəticəsində məlum olub ki, vitamin D çox ağır autoimmun xəstəliyi olan yayılmış skleroz zamanı yaxşı kömək edir. Həmçinin D vitamini yayılmış sklerozun profilaktik vasitəsi sayılır.

- Belə hesab olunur ki, D vitamini bəzi xərçəng xəstəliklərinin (xüsusilə süd vəzi, yumurtalıqlar, prostat vəzi xərçəngi, leykoz) müalicəsi və profilaktikası üçün effektlidir.

- D vitamini sinirlərin və əzələlərin normal fəaliyyəti üçün çox vacibdir.

- Bu vitamin qanda şəkərin səviyyəsinə təsir edir, arterial təzyiqinin tənzimlənməsində iştirak edir.

- D vitamini sümük və dişlərin güclənməsini təmin edir. Kalsium və fosforun sorulması üçün önəmlidir.

Hamilə qadınlarda D vitamini az olarsa, sümük əriməsi müşahidə olunur. Hamiləlik zamanı D vitamini çatışmazlığı kalsiumun azalmasına da səbəb olur.  Bu hal da halsızlıq, yorğunluq, əzələ və sümük ağrıları kimi şikayətlərin yaranmasına yol açır. Bu hallarda həkimlər hamilə qadınlara D vitamini qəbul etməyi tövsiyə edir. D vitamini qəbulunu süd dövrünün 6-ci ayına qədər davam etdirmək vacibdir.

Ana bətnindəki körpə kalsium ehtiyacını anadan alır. D vitamini çatışmazlığı zamanı körpə zəif doğulur. Bunlarla bərabər, uşağın əzələlərində zəiflik, gec diş çıxarma halları müşahidə olunur. Hamiləlikdə D vitamini çatışmazlığının yeni doğulan körpə üzərindəki təsirləri hətta qalıcı ola bilər. Bu təsirlər doğumdan sonra veriləcək D vitamini dəstəyi ilə tam olaraq sağalmaya bilər. Bu, uşağın immunitet sisteminin zəif olmasına gətirib çıxarır.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)