Razyana

Yarpaqları da bir çox xəstəliklərə dərman olduğuna görə razyana şəfalı bitkilər sırasında ön yerlərdən birini tutur. Onun yarpaqlarını və toxumlarını qurudaraq ilin bütün fəsillərində istifadə etmək olur.

Razyana meyvələri bütöv halda yeyinti sənayesində və tibdə istifadə olunur. Razyana toxumlarının tərkibində 4-6% efir yağı vardır. Ona görə də razyana efir yağı almaq üçün də becərilir. Efir yağının ən qiymətli tərkib hissəsi anetol adlanan ətirli maddədir. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat - kosmetika və əczaçılıq sənayesində işlədilir. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvəsini sentyabr ayında yetişənə az qalmış toplayıb açıq havada bir müddət qurudur, xüsusi maşında başqa qarışıqlardan təmizlənib, aptek anbarına təhvil verirlər. Meyvəsinin tərkibində efir yağından başqa 16-18% piyli yağ və 27 % zülal maddəsi vardır. Bundan başqa razyananın tərkibi A və C vitamini ilə zəngindir.

Razyana meyvəsindən elmi təbabətdə soyuqdəymədən baş verən xəstəliklərdə, xüsusən tənəffüs yollarının iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də mədə-bağırsaq xəstəliyində həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan vasitə kimi geniş istifadə olunur. Qaz əmələ gəlməsinin da qarşısını aldığı kimi, qırmızı qan hüceyrələrini də artırır.

Razyana meyvəsi dəmləmə və bişirmə şəklində öd kisəsinin iltihabında və böyrək xəstəliklərində də qəbul edilir.

Acı, yandırıcı dadı və qoxusu səbəbilə iştahı açır, mədəni rahatladır və həzmi asanlaşdırır. Yuxusuzluğa qarşı da effektli təsir göstərir.

Bu şəfalı bitkinin çayı ana südünü artırmaq qabiliyyətinə sahibdir. Miqren ağrılarının  azalmasında öz müalicəvi təsirini göstərir.

Beyin yorğunluğunun aradan qaldırılmasında, ürək fəaliyyətinin gücləndirilməsində, qan dövranının stabilləşdirilməsində, astma, nəfəs darlığı və bronxit kimi xəstəliklərlə bağlı narahatlıqların aradan qaldırılmasında razyana olduqca faydalıdır. Ümumiyyətlə, razyana bitkisinin faydaları saymaqla bitmir. Belə ki:

- Ağız içi yaralar zamanı 300 qr suda 30 qr razyana qaynadılır və bir fincan olmaqla gün ərzində kiçik qurtumlarla içilir.

- Ağız qoxusu üçün 10 qr razyana 50 qr suda qaynadılır və qarqara edilir.

- Ana südünü artırmaq üçün 20 qr küncüt, 10 qr razyana və 500 qr bal qarışdırılır və alınmış məcundan gündə 3 xörək qaşığı yeyilir.

- Baş gicəllənməsinə qarşı bir stəkan qaynar suya bir çay qaşığı razyana əlavə edilir. 10 dəqiqə dəmləndikdən sonra süzülüb içilir.

- Dəri ləkələrinə qarşı razyananın toxumundan hazırlanan maskadan istifadə olunur. Bunun üçün razyananın toxumları bir qabda ağzı bağlı şəkildə, hava daxil olmadan qaynadılır. Sonra toxumlar ələk və ya süzgəc vasitəsilə süzülür. Bunu hər gün istifadə etsəniz, parlaq və ləkəsiz bir dəriyə sahib ola bilərsiniz.

- Mədə pozğunluğu və bağırsaq qazlarına qarşı da razyana çox xeyirlidir. 1 stəkan qaynar suya 1 çay qaşığı razyana qatılaraq qarışdırılır. Daha sonra bal və ya şəkər tozu ilə azacıq dad verilərək içilir.

- İshala qarşı 5 qr. razyana, 5 qr. nar qabığı qaynadılır və yeməkdən əvvəl bir fincan içilir.

- Mədə və bağırsaq köpü ilə mübarizədə 5 qr. razyana 5 qr. badamla qarışdırılır, döyülür  və su ilə içilir. Mədə və bağırsaq pozğunluqları üçün 10 qr. zirə, 10 qr. razyana və 10 qr. şüyüd qarışdırılır və su ilə qaynadılır. Yeməklərdən əvvəl 1 fincan içilir.

- Ürəkbulanmanı aradan qaldırmaq üçün 1 fincan suya 1 xörək qaşığı nanə, 1 xörək qaşığı razyana, yarım dənə limon əlavə edilir və qaynadılır. Yeməkdən əvvəl 1 fincan içilir.

- Öskürəyə qarşı balla dadlandırılaraq gündə 2-4 fincan içmək məsləhət görülür.

- Stress, yorğunluq və sinir krizləri üçün 250 qr. bala 5-10 qr. döyülmüş razyana qatılaraq qarışdırılır və 2 qaşıq yeyilir.

- Yuxusuzluğa qarşı 1 çay qaşığı razyana toxumu 1 fincan suda dəmlənilir. Bir qədər bal və ya şəkər tozu ilə dadlandırılaraq içilir.

- Razyana dəmləməsindən gözlərə kompres kimi istifadə etmək, gözlərdə olan yorğunluğu aradan qaldırır. Qədim Yunan əfsanələrində ilanların öz gözlərini razyana bitkisinə sürtərək rahatlıq tapdıqları haqqında çox yazılıb.

Razyana bitkisinin çayı və faydaları

Müalicə məqsədilə razyana bitkisinin toxumlarından və yarpaqlarından istifadə edilir. Toxumları yüngül əzilərək suda dəmlənir və ya qaynadılır. Razyana toxumlarından bir çox ölkələrin xalq təbabətində istifadə edilir.

Razyana dəmləməsi öskürək əleyhinə təsir göstərir, bronxlar və ağciyərlərdə olan bəlğəmi yumşaltmaq və tökdürmək qabiliyyətinə malikdir. Tərkibində çoxlu lifli maddələr olduğuna görə isə mədə-bağırsağın işini asanlaşdırır və bağırsaqların rahat işləməsinə köməklik göstərir. Tərkibindəki liflərin sayəsində razyana bitkisi ürək-damar xəstəlikləri zamanı, damar daralmasının qarşısını almaq qabiliyyətinə sahibdir.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)