Napalyon  salatı

Ərzaqlar:

6 ədəd hazır lavaş

3 ədəd kartof

4 ədəd yerkökü

4 ədəd yumurta

Toyuq və ya mal əti

400 qr. holland pendiri

Mayonez

2-3 x.q. ərinmiş kərə yağı

Duz, istiot

Hazırlanması:

Kartofu, yerkökünü, yumurtanı və əti bişiririk. Əti soyudub didirik. Qalan  ərzaqları rəndələyirik. Lavaşların ikisini saxlayıb digərlərinin kənarını birazca kəsirik. Balaca soba listini və ya oda davamlı şüşə borcamı kərə yağı ilə yağlayırıq.  Böyük lavaşın birini sərib üzərini mayonezləyirik, sonra rəndələnmiş kartofu yayıb duz, istiot və holland pendiri səpirik. İkinci qata balaca lavaşı qoyub yenə mayonezləyirik və əti səpirik. Əgər ətə bişəndə duz vurulmayıbsa duz, istiot və holland pendirini əlavə edirik. Üçüncü qata da balaca lavaş qoyub mayonezləyirik. Yerkökünü yayırıq, duz, istiot, holland pendiri səpirik. Dördüncü qata balaca lavaş qoyub mayonezləyirik. Yumurtanı yayırıq, duz, istiot, holland pendiri səpirik. Beşinci qata balaca lavaşı qoyub kərə yağı sürtürük. Ən sonda böyük lavaşın digərini də üstünə qoyuruq, kənarlarını içəri doğru qatlayırıq. Üzərinə mayonez yayırıq və holland pendiri səpirik. 180 dərəcədə sobada 20 dəqiqə bişiririk. Salatı boşqaba qoyub üzərini istəyə görə şüyüd və nar ilə bəzəyirik. Nuş olsun!

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)