Julyen

Ərzaqlar:
250 qr. göbələk
1 böyük baş soğan
400 qr. toyuğun döş əti
40 qr. kərə yağı
1 x.q. un
150 ml. süd
1 x.q. dolu xama
80 qr. holland pendiri
Duru yağ
Duz, istiot
Hazırlanması:
Yuyulmuş göbələkləri, soğanı və toyuq ətini uzun-uzun doğrayırıq. Tavaya duru yağ əlavə edib, doğradıqlarımızı ayrı-ayrı qızardıb, aşsüzənə töküb, yağını süzürük. Qızardarkən duz əlavə edirik. Südü isidirik, bir qazana kərə yağını qoyub əridirik, üzərinə unu əlavə edib bir-iki dəqiqə qovururuq. İsti südü qarışdıraraq una əlavə edib ocağı söndürürük. Sonra qızartdığımız toyuğu, göbələyi və soğanı qarışığa əlavə edirik və təkrar qarışdırırıq. Qarışığı saxsı qablara və ya oda davamlı kasalara tökürük, üzərinə biraz xama və rəndələnmiş holland pendiri əlavə edirik. Qabları soba listinə düzürük və listə biraz su tökürük. 180 dərəcə qızdırılmış sobada üzəri qızarana kimi bişiririk. Nuş olsun!