Parkinson xəstəliyi

Parkinson xəstəliyi

Parkinson xəstəliyi dopamin istehsal edən beyin hüceyrələrinin itkisiylə ortaya çıxan bir xəstəlikdir. Parkinson xəstələri diaqnoz qoyulduqdan sonra 20 il və ya daha uzun müddət bu xəstəliklə birlikdə həyatlarını davam etdirirlər. Lakin bu hal problemlə birlikdə həyat keyfiyyətində dəyişiklik olmayacağı mənasını ifadə etmir. Xəstəliyin tamamilə aradan qaldırılmasına və ya qarşısının alınmasına istiqamətlənən müalicə prosesi hələ də dəqiqləşməyib. Ancaq bəzi dərmanlarla xəstəliyin əlamətləri yüngülləşdirilə bilir. Bəzi hallarda simptomların  yaxşılaşması üçün beynin müxtəlif bölgələrinə cərrahı olaraq müdaxilə edilə bilər.

Normal vəziyyətdə insan beynində müəyyən nahiyələrdə dopamin ifraz edən beyin hüceyrələri (neyronlar) mövcuddur. Bu hüceyrələr beynin substansiya nigra adlanan sahəsində yerləşir. Dopamin substansiya nigra ilə bədən hərəkətlərini nəzarətdə saxlayan beynin digər bölgələri arasında impulsları çatdıran vasitədir. Dopamin insanların axıcı və koordinasiya hərəkətlərini yerinə yetirməyi təmin edir. Dopamin ifraz edən hüceyrələrin 60-80%-i məhv olduqda kifayət qədər dopamin istehsal olunmur və Parkinson xəstəliyinin motor simptomları ortaya çıxır. Bu müddəti neyrodegenerasiya olaraq adlandırmaq olar.

Mövcud anlayışa əsasən Parkinson xəstəliyinin ən erkən simptomları daxili sinir sistemi, beyin kötüyü və qoxu yollarında ortaya çıxır. Bu qaydaya əsasən Parkinson xəstəliyi həmin nahiyələrdən beynin daha üst hissələrinə, yəni substansiya nigra (beynin «qara cisim» mənasını verən qismi. Dopamin istehsal edir) və beyin qabığına doğru yayılır. Nəticədə, əvvəlcə qoxu hissiyyatının itirilməsi və ya azalması, yuxu pozuntuları və qəbizlik simptomları, titrəmə və hərəkətlərdə yavaşlama kimi müşahidə edilən motor simptomlar yaranmağa başlayır. Buna görə də son illərdə tədqiqatçılar xəstəliyin erkən mərhələsində müəyyənləşən qeyri-motor simptomları daha erkən diaqnozlaşdıraraq xəstəliyin proqressivləşməsini dayandırmağın yollarını axtarırlar.

Xəstəlik, xüsusilə orta yaşlarda meydana çıxır. 50 yaşından əvvəl başlaması çox nadir hallarda müşahidə edilir. Kişilərdə qadınlara nisbətdə iki dəfə artıq görülür. 60 yaşdan çox insanlarda görülmə sıxlığı 1%-dir.  Təxminən hər 100000 şəxsdən 300-də müşahidə edilir.

Parkinson xəstəliyini ortaya çıxaran faktorlar:

Genetik faktorların xüsusi əhəmiyyəti prosesin yaranmasında təsir göstərir. Xüsusilə son illərdə ortaya qoyulan bəzi genetik mutasiyalara sahib şəxslərdə (LRRK2, a-sinuklein, parkin genləri), bu mutasiyalara sahib olmayan insanlara nisbətdə daha çox müşahidə olunur. Anamnezi (xəstənin həyat şəraiti, yaşayış tərzi, xəstəliyinin inkişaf tarixi və s. haqqında özündən və ya onun yaxın adamlarından toplanan məlumat), əsasən gənc yaşda Parkinson xəstəliyi ortaya çıxan insanlarda daha qabarıqdır. Hər iki fərddə cüt yumurta əkizlərində müşahidə faizi tək yumurta əkizlərinə nisbətdə daha çoxdur.

Parkinson xəstəliyindən qorunmağın yolları:

Bu xəstəlikdən qorunmaq mümkün deyil. Lakin bəzi maddələri daha çox istifadə edən insanlarda Parkinson xəstəliyinin irəliləməsinin daha az olduğu araşdırmalar nəticəsində ortaya çıxmışdır. Tərkibində kofein olan qida və içkilərdən istifadə edən insanlarda risk daha aşağıdır.

Xəstəliyin simptomları:

Xəstəliyin əlamətləri hər insanda fərqli şəkildə özünü biruzə verə bilər və ilk əlamətlər fərq edilə bilməyəcək qədər yüngül ola bilər. Başlanğıc mərhələsindəki əlamətlər, ümumiyyətlə,  bədənin tək tərəfinə təsir edir və zaman keçdikcə hər iki tərəfə birdən yayılır.

Prosesdə müşahidə olunan əlamətlər parkinsionizm başlığı altında toplanır. Bu, dörd əsas mərhələdən ibarətdir:

1. İstirahət vəziyyətində titrəmə (tremor)

2. Hərəkətlərin yavaşlaması (bradikineziya)

3. Passiv oynaq hərəkətlərini çətinləşdirən əzələlərdə sərtləşmə (rigidlik)

4. Koordinasiyada disbalansın yaranması (postural instabilita)

Prosesin motor əlamətləri ortaya çıxmazdan əvvəl digər əlamətlər qeyd oluna bilər. Bunlar arasında ağrı, qoxu hissiyyatında pozuntu, REM yuxu davranış pozuntusu (gecələr canlı yuxular görüb, ətrafdakılara zərər vermə kimi bəzi hərəkətlərlə ortaya çıxan yuxu pozuntusudur) və avtonom sistem (mədə-bağırsaq problemləri, qan təzyiqində yaranan dəyişikliklər kimi) pozuntular da müşahidə oluna bilər. Parkinson xəstəliyinin tipik əlamətləri ortaya çıxmağa başladıqda hərəkət edərkən qolları iki tərəfdə normal şəkildə sallaya bilməmə, əldə, ayaqlarda və ya çənədə istirahət müddətində titrəmə, mimikaların itməsi kimi maska üz ifadəsi, yazıların gedərək kiçilməsi, oxunması qeyri-mümkün xəttə sahib olma, göz qırpma sayında azalma, önə əyilmiş və yavaş şəkildə gəzmək, tez-tez yıxılmaların olması, kiçik addımlarla hərəkət etmə, donub qalmaq, hərəkətin və nitq sürətinin yavaşlaması, udma pozuntuları, qəbizlik, cinsi funksiya pozuntuları, depressiya, psixoz, xəyal görmə, hallüsinasiya, səhərlər yuxulama, impulsiv pozuntular, dəridə yağlanma (seboriya), qocalıq psixozu da müşahidə oluna bilər.

Problemin terapiyası:

Hələ Parkinson xəstəliyi üçün qəti bir müalicə üsulu olmadığı üçün xəstəliyin yol açdığı problemlər nəzarət altına alına bilər və xəstənin normal həyatına davam etməsi təmin edilə bilər.

Ölən beyin hüceyrələrinin təkrar dopamin istehsal etməsi mümkün olmasa da, xəstəliyin  müalicəsində istifadə edilən bəzi dərmanlar beyin tərəfindən dopaminə çevrilə bilir. Bu terapiyadan kifayət qədər fayda görməyən xəstələrdə cərrahi müdaxilə tətbiq edilir.

Psixoterapiya:

Bu terapiya üsulu xəstəliyin ən əsas reabilitasiya proqramıdır. Xəstələrə nizamlı şəkildə məşqlər təklif edilir. Həmçinin ağrı, səhər saatlarında yuxululuq vəziyyəti, mədə-bağırsaq fəaliyyətində yavaşlama, REM yuxu davranış pozuntusu, qəbizlik, depressiya və digər Parkinson xəstəliyinin qeyri-motor simptomlarının reabilitasiyasına yönəlik terapiyalar tətbiq olunmalıdır.

Həyat tərzində ediləcək bəzi dəyişikliklər xəstəliyin gətirib çıxardığı problemlərin yüngülləşməsinə köməkçi ola bilər. Məsələn, daha çox təzə tərəvəz və meyvənin, tam taxıllı qidalar və yüksək lif ehtiva edən qidaların qəbul edilməsi qəbizliyi aradan qaldıra bilər.

Daimi məşqlər əzələlərin gücünün, elastikliyinin və tarazlığın qorunmasına köməkçi ola bilər. Ancaq tarazlıq problemləri səbəbiylə məşq əsnasında sürətli hərəkət etməmək, gedərkən yerə əvvəl topuqların dəyməsinə diqqət etmək və gedərkən yerə deyil irəli baxmaq yıxılmanın və xəsarət almanın qarşısını alır.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)