Leyladan Mövlaya gedən yolda SEVGİNİN GÜCÜ

Dünya həyatı hər şeyin mükəmməl bir şəkildə reallaşdığı yer deyil. Əskikliklər, nöqsanlıqlar aləmidir. Bizim oralarda "Sobaya tava gələndə xəmir, başa ağıl gələndə ömür bitər",- deyə bir söz vardır. Sevginin çox böyük güc olduğu zaman keçdikcə daha yaxşı aydın olur.

Pul, mal, qüvvət və nüfuz insanları xoşbəxt etməyə kifayət etməmişdir, daha çox insanı fərdiləşdirmiş, ayırmış, çox zaman da düşmən etmişdir. İnsanları bir-birinə bağlayan, həmrəylik və yardımlaşmanı artıran, paylaşma və birlikdə yaşamağı öyrədən güc sevgidir. Sevginin azaldığı yerdə kin, mənfəət, düşmənlik və üsyan ortaya çıxır. Bu gün ən çox şikayət edilən mövzu bu deyilmi?

Biz sevgini də, vəfanı da Peyğəmbərimizdən öyrənirik. Sevimli həyat yoldaşının  bacısını ayaqüstə qarşılayan, Həzrəti Xədicə anamızın qohumları üçün qurban əti göndərən, vəfat edən yaxınlarını, dostlarını hər daim himayə edən, ondan ayrıldığı üçün ağlayan xurma kötüyünü də yad edən, surətindəki qüsura görə heç kim tərəfindən sevilmədiyini düşünən bir səhabəni qucaqlayıb bazarda bütün insanların arasında, heç şübhəsiz, sən mənim üçün çox qiymətlisən deyə bilən Peyğəmbərimizdən daha yaxşı bir vəfa mürəbbesi düşünülə bilərmi?

O bu duyğunun ətə, sümüyə bürünmüş halını əks etdirmək üçün vəzifələndirilmişdi. Biz xanımlar üçün yoldaşa olan məhəbbət və hörmətin ən əhəmiyyətli təlimçisi olan Hz. Xədicənin (r.a.) qəbri-şərifindən ayrılmamış, çadırını ora qurmuş, günlərlə orada qonaqlamışdır. Xanımların sultanı Cənnətdə məskən tutmuşkən onu axtarmışdır. Gözləri Nur dağına hər baxdığında onu xatırlamışdır. Çünki o uca dağ vəhyə beşiklik etməsi ilə yanaşı,  bir qadının vəfasına da şahid olmuşdur. Bu səbəbdən oranı görən hərkəs Cəbrayıl (ə.s.) ilə birgə xatırlayar.

 Allah-Təala Qurani-Kərimdə Rum surəsinin 21-ci ayəsində “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” - buyurur

İnsanoğlunun mənliyində, dünyanı formalaşdıran əsas duyğu sevgidir. Ürəkdən,  səmimi, qarşılıqsız və içdən bir sevgi sözünün açmayacağı heç bir qapı yoxdur. Hüzurlu və xoşbəxt bir ailə yuvasında sevgi və hörmətin hər daim olması üçün yoldaşlar bir-birinə qarşı bir dəfə də olsa incidici bir söz deməməlidir. Kobud, qəlb qıran bir söz söyləmək çox qiymətli bir tarixi vazanın qırılması kimidir. Parçalar nə qədər yapışdırılırsa da, mütləq izi qalır. Onlardan biri əsəbi və hirsli olduğunda,  digəri təskinlik verməli və sakit olmalıdır. Qarşılıqlı mübahisə onların bir-birinə olan etibarını sarsıda bilər. Yoldaşlar arası sevgi və hörmət, müqəddəs ailə yuvasının təməlidir. Onlar çox hirsli olduqlarında bir-birilərinin xətrinə dəyən  söz söyləməməli, hirslərini udmalıdırlar. Ağızdan çıxan hər incidici və kədərli söz ömür boyu qalıcı ola bilir. Böyüklər "Qılınc yarası sağalar, dil yarası sağalmaz",- deyə boşuna deməyiblər. Onlardan biri səhv etdiyində də qısa müddətdə üzr istəməsini bilməlidir. Mən üzr istəmərəm,  mənim ailə içində nüfuzun itər kimi düşüncə çox səhv bir düşüncədir. Qadın və kişi bir almanın yarısı kimidir. Bir-birilərini tamamlayır. Biri digərindən üstün deyil.

Həyat yoldaşınızla münasibətiniz və dostluğunuzdan başqa bir məna axtarın. Daha güclü bir ailə yuvası qurmaq üçün başqa qaynaqlar axtarın. “Leyladan Mövlaya çatmaq”  kimi… Paylaşdığınız yolçuluq sizi daha da yaxınlaşdıracaqdır.

       Sevgi ilə dolu olan bir təbəssümdən, şəfqət yüklü bir baxışdan, şirin bir dildən daha təsirli, daha qüvvətli nə ola bilər?! Bu gün insanlar çox şey əldə etdiyinə sevinmir, sevgini itirdiyinə görə kədərlənirlər. Sivaslı Aşıq İsmət həyatındakı yarım qalan bir səhnəni anladır. Aşıq İsmət:

"Əvvəllər çox yoxluq çəkdik. Xanımımla əlli ildir evliyik, indiyə qədər heç problemimiz olmadı. Çox vəfalı bir insandır.  Bir gün xanımıma anası iki dənə portağal verir. O zamanlar kəndə portağal ilin bir günü  ya gəlir, ya gəlməzdi. Xanımım mənimlə birlikdə yemək üçün öz payını da yeməmiş, ikisini də saxlamışdır.

Bir ay başqa bir yerə işə getmişdim. Qayıtdığım zaman dedi ki:

 - "Anam portağal verib, sandıqda saxlamışam".

Mən də: 

- "Elə isə gətir yeyək",- dedim.

Portağalları götürüb gəldi, amma baxdıq ki, ikisi də xarab olub. Bax, yoldaşım belə vəfalı bir insan idi".

 Dünyada bəzi şeylər həmişə yarımçıq qalır...  Mərhum Aşıq İsmət ilə xanımının yaşadığı bu kiçik xatirə də yarımçıq qalmış bir səhnənin hüznünü görürük. Həyat yoldaşı üçün sandıqda portağal saxlayan bu anamızın saflığı mənə çox təsir etdi, bilmirəm sizlərə də təsir etdimi? Sizin də yoldaşınız üçün saxladığınız bir portağalınız varmı? Yoxsa kiminsə gəlib sizi xoşbəxt etməsini gözləyirsiniz?

       Cənabı-Haqq bu xatirəni illər sonra duyğulanaraq danışan mərhum Aşıq İsmətə o portağalları və daha gözəllərini yoldaşıyla birlikdə cənnət bağçalarında yeməyi nəsib etsin. Allah hər ikisinə də rəhmət etsin. Xoşbəxt olmaq üçün deyil, xoşbəxt etmək üçün yaşayanlara salam olsun.

          Allah bütün müsəlman qullarına dünyada ailəsi ilə xoşbəxt və hüzurlu bir həyat yaşamağı, axirətdə də öz razılığını qazanaraq cənnətə nail ola bilməyi bəxş etsin, inşallah ...

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)