Əbdülxaliq Gücdüvani

            Hz.Əbdülxaliq Gücdüvani Buxara yaxınlarındakı Gücdüvan qəsəbəsində dünyaya gəlmişdir. Atası Malatya şəhərindən Gücdüvana köç etmiş Əbdülcəmil adında biri idi. Hz.Gücdüvani əvvəllər mədrəsədə islami elmləri tədris etmiş, daha sonra isə təsəvvüfə yönəlmişdir. Buxarada olduğu müddətdə Hz.Yusif  Həmədaninin dərslərinə getməyə də davam edirdi. Oradan ayrıldıqdan sonra Gücdüvana gedib çoxlu ibadət edərək sakit bir həyat yaşamışdır. Ancaq mənəvi hallarını hər zaman gizlədərdi.

            Rəvayətə görə Əbdülxaliq Gücdüvani 5 yaşına çatdıqda elm öyrənmək üçün Buxaraya göndərilmişdi. Böyük alim Hz.Sədrəddin müəllimdən Quranı və onun təfsirini öyrənməyə başlamışdı. Bir gün Quran oxuyarkən “Rəbbinizə yalvararaq və gizli zikr edin!” (Əraf surəsi,  55) ayəsinə çatanda müəlliminə: “Bu “gizli” sözündə murad edilən nədir? Qəlb ilə edilən zikrin əsli nədir? Əgər zikr və duanı aşkar və səsli formada etsəm, göstərişdən qorxuram. Araya göstəriş girsə, layiqli şəkildə zikr edilməmiş hesab olunar. Lakin ürəyimdə zikr etsəm “Şeytan insanın damarlarında qan kimi dolaşır” hədisinə görə şeytan bu zikri eşidər. Buna görə nə edəcəyimi bilmirəm. Bu məsələni həll etməyinizi xahiş edirəm.

Müəllimi Hz.Sədrəddin bu yaşda olan bir uşağın bu cür sual verməyinə heyran qaldı və cavab olaraq: “Övladım, bu məsələ qəlb elmlərinə aid bir mövzudur. Allah arzu edərsə,  səni bu elmləri öyrədəcək bir ustada qovuşdurar. Qəlb ilə zikri ondan öyənərsən və beləcə bu məsələ də həll olmuş olar”,- dedi.

Başqa bir rəvayətə görə Əbdülxaliq Gücdüvani bağda oturarkən Xızır (ə.s.) gəlib suya tullanmağını və suyun altında ikən “Lə iləhə illəllah Muhammədən Rəsulallah” deyərək zikr etməyini söyləyir. Beləliklə ona səssiz zikrin qaydasını öyrədən Xızır bundan əlavə, zikrin sayılaraq edilməsini də söyləyir. Bir müddət Xızırın (ə.s.) tərbiyəsi ilə böyüyən Gücdüvani 22 yaşına gəldikdə onun tövsiyəsi ilə Yusuf Həmədaniyə yönləndirdi. Buna görə də Xızır (ə.s.) Gücdüvaninin zikr təlqin edilən şeyxi, Həmədani isə söhbət piri olaraq qəbul edilməkdədir.

Əbdürrəhman Cami buyurur:

Hz.Gücdüvaninin davranış tərzi bütün təriqətlərdə qəbul edilirdi. Amma sidq, səfa, Quran və sünnəyə bağlılıq, bidatlardan çəkinmək və s. kimi nail olduğu məqamları hər zaman başqalarından gizləmişlər.

Hz.Gücdüvaninin müridlərindən biri bir müddət dərslərdən uzaq qalmışdı. Həmin mürid hər gecə bir yuxu görürmüş:

Bir qrup insan gələrək ona “sən artıq kamilləşmisən, səni Cənnətə aparaq!” dediklərini və onu dəvəyə mindirib içində bəzəkli taxt-tac, qiymətli əşyalar, ləzzətli yeməklər, axar suların olduğu xoş mənzərəli bir yerə apardıqlarını görür. Səhər oyandıqda isə yenidən yatağında uzandığını anlayır.

Bir gün Gücdüvani müridinin bu halının fərqinə varır və yanına gedib vəziyyətini soruşur. Mürid başına gələnləri danışmağa başlayır. Hz.Gücdüvani də ona:

“Əgər bir dəfə də oraya getsən 3 dəfə “Lə havlə və lə qüvvətə illə billəhil aliyyil azim” de, sonra da gözünü aç”,- deyir.

Mürid o gecə yuxusunda ustadının bu tövsiyəsini yerinə yetirir. Gözünü açdıqda özünü ölü heyvanların sümükləri arasında, zibillikdə görür və bunun şeytani bir yuxu olduğunu anlayıb bir daha müəlliminin dərslərindən ayrılmır.

Hz.Gücdüvani Aşura günü dərsdə tələbələrinə vəlilik hallarını danışırdı. Müsəlman və zahid paltarında olan bir gənc içəri girib tələbələrin arasına oturdu. Dərsi dinlədikdən bir müddət sonra icazə alaraq:

“Möminin fərasətindən qorxun. Çünki o, Allahın nuru ilə baxar”,- dedi. “Bu hədisin açıqlaması nədir?”- deyə sual verdi. Hz.Əbdülxaliq Gücdüvani gəncə nəzər saldıqdan sonra:

“Elədirsə, belindəki keşiş kəmərini kəs, imana gəl”,- dedi. Müəllimin bu sözləri insanları təəccübləndirdi. Gənc təlaş içində:

“And olsun ki məndə elə bir şey yoxdur”,- deyə dilləndi. Hz.Əbdülxaliq tələbələrindən birinə o gəncin üzərindəki paltarını çıxarmasını işarə etdi. Paltarı çıxdıqda belində keşiş kəmərinin bağlı olduğu görüldü. Bu hadisədən gənc çox pərt oldu. Nə edəcəyini bilmədi. Ürəyində İslama qarşı məhəbbət yarandı. Kəlimeyi-şəhadət gətirərək müsəlman olmaqla şərəfləndi. Sadiq tələbələrdən oldu. Böyük mürşid bundan sonra ətrafındakılara dönərək:

“Ey dostlar, gəlin biz də əhdə sədaqətli olaq, zünnarımızı (keşiş kəmərini) kəsək. İman edək. Bu gənc maddi zünnarı kəsdi, gəlin biz də mənəvi zünnarı kəsək. O da kibir və qürurdur. Bu gənc əfv diləyənlərdən oldu, biz də əfvə qovuşaq”,- deyərək əlavə etdi.

            Hz.Əbdülxaliq Gücdüvani hicri 616-cı ildə vəfat etmişdir. Qəbri Özbəkistanın Buxara şəhəri yaxınlığındakı Gücdüvan qəsəbəsindədir.    

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)