Böhran və fürsət

Fərqli bir Ramazan keçirdik… Qurani Kərimlərimizi evlərimizdə oxuduq. Təravihlərimizi evlərimizdə qıldıq, bəylər cümədə iştirak edə bilmədi, ümrələrimizə gedə bilmədik…

İlk qılınmayan cümə namazı vaxtında xanımlar olaraq içimiz sızladı, göz yaşlarımız niyazlarımıza qarışdı. Hər həftə cüməsini əda edən bəylər göz yaşlarını içinə axıtdı…

Evlərimiz dərgah olmalı dediyimiz günləri xatırladıq və evlərimizi dərgaha çevirmək üçün səy göstərdik.

Döndük içimizə… Mənfilərimizi, müsbətlərimizi düzəltməyə çalışdıq,  etmədiklərimizi təfəkkür edib daxili gücümüzü qüvvətləndirməyə səy göstərdik.

Müəmmalı bir mövzu - “Covid-19” deyə bir virus, varlığından xəbərsizkən gündəmimizi zəbt etdi. Əvvəlcə ürkdük… Sonra idrak etdik ki, kainatı qüsursuz yaradan Mövlam yox deyəcək qədər kiçik virusla bir dərs verdi aləmə… Evlərə sığmayan insanlıq, bayıra çıxa bilmədi.

Təsəllilərimiz yenə Uca kitabımız Qurani-Kərim və Hədisi-Şəriflərimiz oldu, əlhamdullillah:

1. Hər dəqiqə hz. Yunus (ə.s.) duasını oxuduq:

(Zünnun), “Balıq sahibi” mənasında olub Yunus peyğəmbərin ləqəbidir. Onu balıq udduğu üçün bu ləqəb verilmişdir. Belə ki:

Yunus (ə.s.) uzun bir zaman qövmünü dinə dəvət etmiş, fəqət artıq iman etməyəcəkləri qənaətinə gələrək  hirsli bir halda, onların başına gələcək müsibətdən özünü qurtarmaq üçün onları tərk edib getmişdi. Başqa bir rəvayətə görə qövmünə  iman etmədikləri təqdirdə ilahi bir əzaba uğrayacaqlarını bildirmiş, ancaq onlar tövbə edib imana gəldikləri üçün bu əzab gerçəkləşməmişdi. Onların imana gəldiyindən xəbərsiz olan Hz. Yunus, xəbər verdiyi əzabın vaxtında olmadığını görüncə, özünün  gülünc vəziyyətə düşəcəyini düşünərək hirsli bir halda ayrılıb getmişdir. Bir gəmi yolçuluğunda, artıq yükdən gəmi batmaq üzərə ikən, yükünü xəfiflədərək gəmini qurtarmaq üçün çəkilən püşkatmada dənizə atlamaq məcburiyyətində qalmış və  onu büyük bir balıq udmuşdur.  Bu balığın qarnında ikən:

 “…Lə iləhə illə əntə subhanəkə inni kuntu minəz zalimin (zaliminə)”.

Mənası: “… Səndən başqa heç bir ilah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”, -deyib dua etmişdi” (Ənbiya, 21/87). 

Əgər o belə təsbih edənlərdən olmasaydı, insanların yenidən dirildiləcəkləri qiyamət gününə qədər balığın qarnında qalacaqdı. Fəqət təsbih, tövbə və duaya sarıldı. Allah-Təala da duasına icabətlə onu həm balığın qarnından, həm də günah duyğusuyla ruhunu saran qəm və kədərdən qurtardı (bax. Saffat, 37/139-148; Qələm, 68/50).

Rəsulullah –sallallahu əleyhi və səlləm- belə buyurur:

“Yunusun balığın qarnındakı duası لَۤا اِلٰهَ اِلَّۤا اَنْتَ سُبْحَانَكَ اِنّ۪ى كُنْتُ مِنَ الظَّالِم۪ينَ şəklində idi. Sıxıntıya düşmüş və başı bəlaya düçar olmuş hansı müsəlman bu duanı edərsə, Allah-Təala mütləq onun duasını qəbul olar” (Tirmizi, Dəavat 81; Əhməd b. Hanbəl, Müsnəd, I, 170).

2. Rəsulullahın (s.ə.s.) hədisi-şəriflərindən dualar oxuduq:

            Rəsulullah -sallallahu əleyhi və səlləm- belə buyurdu: “Kim hər səhər və hər axşam üç dəfə bu duanı oxuyarsa, ona heç bir şey zərər verməz”.

            “Bismilləhilləzi lə yədurru məasmihi şey’un fil ərdi və la fissəməi və huvəs-səmi’ul alim”.

Mənası: “Adı sayəsində yerdə və göydə heç bir şeyin zərər verə bilməyəcəyi Allahın adıyla. O hər şeyi eşidir və bilir” (Əbu Davud, Ədəb, 101/5088; Tirmizi, Dəavat, 13).

Bu hədisi-şərifi Hz. Osmandan oğlu Əban eşidib rəvayət etmişdir. Bir gün Əban iflic oldu. Bu hədisi ondan eşidən biri, Əbanın üzünə baxmağa başladı. Bunu fərq edən Əban:

 – “Nə üçün mənə elə baxırsan? Allaha and içirəm ki, mən Osman (r.a.)  adına yalan uydurmadım. Osman da (r.a.) Nəbiyyi Əkrəm (s.ə.s.) Peyğəmbərimiz adına ya­lan uydurmadı. Fəqət iflic olduğum gün bir şeyə hirslənmişdim, o duanı oxumağı unutmuşdum”,- dedi. (Əbu Davud, Ədəb 101/5088) Mühəddis və fəqih olan və yeddi il Mədinədə valilik edən Əbanın, bu duanı hər gün müntəzəm oxuması, o mübarək nəslin bu dərin mənalı duaya verdiyi əhəmiyyəti göstərir.

3.  “Lə havlə və lə quvvətə ila billahil aliyyil azim”.

Mənası: “Güc və qüvvət, sadəcə Uca və Böyük olan Allah-Təalanın yardımıyladır”.

Əbu Musa əl-Əşari (r.a.)dan nəql edilən rəvayətə görə Rəsulullah -sallallahu əleyhi və səlləm-  Heybər döyüşünə gedərkən Onun nəzarəti altında olan əshabı-kiram bir vadiyə çatdıqda yüksək səslə təkbir və təhlil edib qışqıraraq zikrullah etməyə başladılar. Rəsulullah -sallallahu  əleyhi və səlləm:

“– Özünüzə qarşı mərhəmət sahibi olun. Çünki siz nə kara, nə də qeybə dua edirsiniz. Ancaq hər şeyi haqqı ilə eşidən və sizə sizdən yaxın olan Allaha dua edirsiniz. Və Allah-Təala siz harada olsanız sizinlə bərabərdir”,-  buyurdu (Buxari, Cihad, 131; Müslim, Zikir, 44).

Əbu Musa deyir ki: O əsnada mən, Rəsulullahın -sallallahu əleyhi və səlləm-  heyvanının arxasında Onunla birlikdə idim.

Və lisanımla لَا حَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِااللّٰهِ deyirdim. Rəsulullah -sallallahu əleyhi və səlləm- mənə xitabən:

–“Ey Abdullah ibn Kays”,- buyurdu. Mən də icabətlə:

– “Ləbbeyk ya Rəsullallah”,- dedim. Rəsulullah -sallallahu əleyhi və səlləm- mənə xitabən:

– “Mən sənə Cənnəti-Əlanın xəzinələrindən bir xəzinəyə dəlalət edimmi?”- buyurunca, mən o dəqiqə:

– “Atam və anam sənə fəda olsun, ya Rəsulallah! Bəli, irşad edin”,- dedim. Rəsulullah -sallallahu əleyhi və səlləm:

لَا حَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِااللّٰهِ

“İtaətsizlikdən çəkinmək və itaət və ibadətlərdə qüvvət və qüdrət ancaq Allah- Təalanın yardımı və iradəsiylədir”,- buyurdu (Buxari, Məgazi, 38).

Bu dönəmdə bir dəfə daha dərindən dərk etdik ki, möminin tək terapiyası -   namazı, Quranı, duası, təsbihi, təhəccüdləridir.

Bizə bu nemətləri bəxş edən Rəbbimizə həmd və bizə harada nə edəcəyimizi təlqin edən Könül Dostlarına sonsuz təşəkkürlər…

 

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)