Əsrin bəlası- Süd vəzi xərçəngi


Sevda Xəlilova
Bu yazıya 1152 dəfə baxılıb.

Hal-hazırda dünyanın qloballaşdığı bir dövrdə sanki xəstəliklər də get-gedə daha da artır ki, bu xəstəliklərdən də biri bəşəriyyəti vahiməyə salan xərçəng xəstəliyidir. Bu xəstəliyin etimologiyası məlum olmasa da, əsrimizdə sanki bu xəstəlik epidemiya xarakteri daşıyır. Bu xəstəliyə istər qadın, istərsədə kişilər də yaxalana bilər. Amma qadınlar arasında daha çox süd vəzinin xərçənginə rast gəlinir. Ana rəhminin (Uşaqlıq) xərçəngindən sonra ən çox təsadüf olunan süd vəzinin xərçəngidir. Bu xəstəlik ən çox 30-60 yaş arasındakı qadınlarda təsadüf olunur. Qeyd olunduğu kimi bu xəstəliyin yaranma səbəbləri hələ də elmə tam məlum deyil. Həm də bu xəstəlik xüsusilə heç ailə qurmamış, az sayda uşaq dünyayа gətirən və ya heç uşağı olmayan qadınlar arasında geniş yayılmışdır.

Ostrogenlər, döş xərçənginin yaranmasına təkan versədə onun bir başa yaranma səbəbləri deyildir. Xüsusilə də orqanizmdə olan ostrogen və progesteron arasındakı nizamsızlığının  döş xərçəngi xəstəliyinin səbəblərindən biridir.

Bu xəstəlik adətən kiçik bir şişkinliyin əmələ gəlməsi ilə başlayır və xəstələr heç bir ağrı hiss etməzlər.

Xəstəliyin artma müddəti son dərəcə müxtəlifdir. Bəzi xəstələrdə şişkinlik artaraq qonşu toxumalara da yayılır və dəriyə yayılaraq yara şəklini alır. Digər bir forması isə uşaq əmizdirən qadınlarda rast gəlinən iltihabı formadır ki, bunlar da çox sürətlə inkişaf edə bilər.

Ən çox rast gəlinən bu xəstəliyin şişlərin yerləşmələrinə görədə yəni tək tərəfli və ya hər iki tərəfli xərçənglərə də rast gəlmək mümkündür.

Xərçəng xəstəliyi ən çox linfa vəzinin böyüməsi ilə özünü biruzə verir. Süd kanallarının içərisində başlayan bu xəstəlik ilk əvvəl döş giləsindən qanlı bir ifrazla başlayır.

Hüceyrə quruluşuna görə də bu xəstəlyin müxtəlif növləri vardır:

  1. Yaşlı qadınlarda təsadüf olunan çox yavaş inkişaf sürəti olan və əsaını yaş toxuması təşkil edən sərt şişlər
  2. Sərt düyünlər şəklində, dəri altında və əsas şişdən uzağa yayılmış düyünlü sərt şişlər

Müalicəsi isə əgər müayinə nə qədər tez aparılar və diaqnoz nə qədər tez müəyyən olunarsa xəstəliyin müalicəsi mümkün olar. Bu xəstəlik çox təsadüf olunan və təhlükəli bir xəstəlik olmaqla yanaşı vaxtında müayinə etmək və kiçik həcmli (2sm) olarsa xəstələrin 90%-i müalicə oluna bilər. Elə isə döş xərçəngindən ölüm faizini azaltmaq üçün qadınlar mütamaddi olaraq maarifləndirilməli və müayinə olunmalıdır. Ən çox 35-40 yaş arasındakı qadınlar heç olmasa ən azı ildə bir dəfə müayinə olunmalıdır.

Əziz xanımlar bütün bu məlumatları yazmaqla məqsədimiz sizi təşvişə salmaq yox, məhz məlumatlandırmaqdır.Unutmayın ki, Allah dərdi verəndə onun mütləq dərmanını da verir.Yetər ki, siz əlinizdən gəldiyi qədər sağlamlığınızı qorumağa çalışın və onu əldən verməyin. Çünki, ən xoşbəxt insan – sağlam insandır. 


Sevda Xəlilova
Bu yazıya 1152 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.