Uşağın arzusu


Ruqiyyə Salmanlı
Bu yazıya 982 dəfə baxılıb.

Bir nəfər işdən yorğun-arğın evə qayıdanda 5 yaşındakı oğlunun qapının ağzında durub onu gözlədiyini görür. Uşaq atasına:

          -Ata bir saatda nə qədər pul qazanırsan?-deyə soruşur.

          İşdən onsuz da yorğun gələn ata:

          -Sən belə işlərə qarışma”-deyə cavab verir.

          Bundan sonra uşaq:

          -Atacan çox xahiş edirəm-deyə israr edir.

          Ata:

          -Rast ki, bu qədər israr edirsən 5 manat-deyə cavab verir. Bundan sonra uşaq:

          -Yaxşı mənə 2 manat verərsənmi?-deyə soruşur. Ata əsəbləşərək:

          -Mənim sənin oyuncaqlarına və ya mənasız işlərinə xərcləyəcək pulum yoxdur. Haydı tez get otağına və qapını bağla-deyir.

          Uşaq sakitcə otağına çıxıb qapını örtəndən sonra ata hirsli-hirsli “Bu uşaq nə cürət edib mənə belə şeylər soruşur?- deyə öz-özünə deyinir. Aradan bir neçə saat keçdikdən sonra atanın hirsi bir qədər soyuyur və uşaqdan pulu niyə görə istədiyini sorurşmadığını düşünür. Yuxarıya uşağın otağına çıxıb və yatağında uzanan uşağa:

          -Yatmısanmı?-deyə soruşur. Uşaq onun sualına cavab verməyincə:

          -Al bu da sənin 2 manatın. Sənə biraz öncə hirslənməyimə çox üzüldüm, çünki çox uzun və yorğun bir gün keçirmişdim.-deyir.

          Bunu görən uşaq sevinərək atılıb düşür və:

          -Təşəkkür edirəm atacan, deyib yastığının altından əvvəllər topladığı əzilmiş pulları çıxararaq atasının yanında saymağa başlayır. Bunu görən ata yenidən əsəbləşərək:

          -Pulun olduğu halda niyə görə məndən yenə pul istəyirsən? Mənim sənin uşaq oyunlarına ayıracaq vaxtım yox-deyir.

          Uşaq:

          -Pulum vardı amma kifayət etmirdi-deyir və pulları atasına uzadaraq:

          -Atacan bir saat vaxtını mənə ayıra bilərsənmi?

 

                                                Həyatın  təcrübəsi

1.Əliaçıq ol, vermədən ala bilməyəcəyini unutma.

2. “Səni sevirəm” deyərkən inanaraq söylə.

3. “Üzr istəyirəm” deyərkən uşağının gözünün içinə bax.

4. Uşaqların xəyalları ilə əsla oynama.

5.Yavaş danış, amma sürətli düşün.

6.Əgər uşaq səndən cavab vermək istəmədiyin bir sual soruşarsa gülümsə və “niyə görə bilmək istəyirsən” de.

7. Uşağın asqıranda “sağlajm ol” de

8. Kiçik bir mübahisənin bütün etibarı və dostluğu məhv etməsinə əsla imkan vermə.

9.Əgər səhv etdiyini başa düşsən, dərhal onu düzəltməyin yollarını axtar. Bilə-bilə səhvinə davam etmə.

10. Uşağınla telefonda danışarkən gülümsə. O səsindən gülümsəməyini hiss edəcək.

11. Bunu yaxşı bil ki, susmaq bəzən ən gözəl cavab və ən gözəl idarəçilikdir.

12. Daha çox kitab oxu, daha az televiziya seyr et.

13. Evində mehribanlıq yaratmaq üçün əlindən gələni et.

14.Ailənlə birlikdə ildə bir dəfə əvvəllər getmədiyin yerlərə get.

15.Bəzən istədiyin bir şeyin olmaması sənin üçün bir şansdır.

16 Tətbiq etməyəcəyin və ya nəzarət etməyəcəyin qaydalar qoyma.

17. Ən yaxşı münasibət, bir-birinizə olan sevginiz, bir-birinizə ehtiyacınızdan daha çox olduğu zaman olacaqdır.

18. Qazandığın uğurun həqiqət olub-olmadığını başa düşmək üçün qarşılığında nə verdiyinə bax.

 

 

 Uşaqlarımızın ayağına batan tikanlar ya bizim əkdiklərimiz, ya da biçmədiklərimizdir.                                    

                                                                                               

İnsan, meyvənin toxumunu daşıdığı kimi ölümü öz içində daşıyır.

                                                                                                Rilke

Qardaşlarımı Allah yaratdı, lakin dostlarımı mən tapdım.     

                                                                                                Höte

Pəncərədən baxdıqlarında ləkəni deyil, pəncərənin obiri tərəfini görə bilən insanlar uğur və xoşbəxtliyə nail olurlar.

                                                                                                 

Dünən dünəndə qaldı əzizim, bu gün yeni şeylər söyləmək lazımdır...

                                                                                                          Mövlana

         

 

 


Ruqiyyə Salmanlı
Bu yazıya 982 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.