Yumurtanın Faydaları


Mədinə Əliyeva
Bu yazıya 1278 dəfə baxılıb.

Yumurta ən yüksək protein qaynağıdır. Bir yumurtanın tərkibində 6qr protein, 37 qr su, 6 qr yağ və çox az protein vardır. Ayrıca yumurta dəmir, A vitamini B vitaminlərinin bəzilərinə baxdıqda zəngin bir qida məhsuludur. Müxtəlif heyvan yumurtaları arasında ən çox işlədilən tovuq yumurtasıdır.Ortalama 50-60 qr ağırlığındadır. Yumurta, yumurta ağı, yumurta sarısı və qabıqdan ibarətdir.

Yumurtanın sarısında ağına nisbətən daha çox yağ, protein, dəmir vardır. Yumurtanın qabığı kalsium duzlarından meydana gəlmişdir.

 

Sağamlıq cəhətdən təzə yumurtanın əhəmiyyəti:

 

Satın alınan yumurta təmiz olmalı, qabığında çat və qırıq olmamalıdır.

   Təzə yumurtanın hava boşluğu kiçikdir. Yumurta köhnəldikcə hava boşluğu böyüyür.

 Yumurtayı salladıqda, içi hərəkət edir və səs gəlirsə köhnədir. Təzə yumurtada bu hal olmaz.

  Yumurta duzlu suya atıldığında dibinə çökərsə təzə, üzünə çıxarsa çox köhnə, ortada qaqlarsa biraz köhnədir.

  Yumurta günəşə doğru tutularsa təzədirsə şəfafdır və sarısı açıqca görünər.

  Yumurtanın qabığının ağ, qəhvəyi rəng olmasının təzəliyiylə heç bir əlaqəsi yoxdur.

   Yumurta köhnəldikcə içindəki su buharlaşdığından ağırlığını itirər, xəfifləyər.

   Yumurta qırıldığında ağı və sarısı dağılarsa köhnədir, ağı yayılmaz və sarı top kimi diri isə yumurta təzədir.

 

Yumurtanın saxlanılma qaydası.

 

Yumurta otaq istiliyində saxlandığı müddətdə keyfiyyətini itirər və tez xarab olar.

Soyudu cuda olmayan yerlərdə qısa müddətlər üçün yumurta qazet kağızına sarılaraq mühafizə olunur.

 Yumurtalar rəflərə sivri ucu aşağıya gələcək şəkildə yerləşdirilməlidir.

 Yumurta heç bir zaman qabıqlı olaraq dondurulmaz. Lakin, qırılmış yumurtanın ağı və ya sarısı, pişmiş yumurta sarısı dondurula bilinər.

Yumurtanın sarısı, soyuducuda içinə 1-2 yemək qaşığı bitki yağı qoyulmuş ağzı qapalı plastik saxlama qabı içində 4 gün mühafizə oluna bilinir.

Yumurtanın ağı da soyuducuda plastiq qab içində 2-4 gün arası qorumaq olur.

       Yumurta sarıları su dolu bir kasa içərisində soyuducuya qoyularaq 1-2 köhnəlmədən saxnalına bilinir.

       Bərk bişirilmiş yumurta qabığıyla soyuducuda 8-10 gün saxnalına bilinir.

 

 

 

İspanaqlı yumurta.

 

Lazım olan məmulatlar

 

   ½ kilo ispanaq (yarım kilo)

   2 baş soğan

  1 qaşıq tomat

   3 qaşıq bitki yağı

   1  stəkan su

   Yetdiyi qədər duz, qara bibər

    5 yumurta.

 

Hazırlanması

 

  1. Yarım kilo ispanaq köklərindən kəsilir, bir-neçə dəfə gözəlcə yuyularaq qumu, torpağı təmizlənir. Üstünü örtəcək şəkildə su doldurulur. İyyirmi dəqiqə qədər qaynadılır, sonra suyu süzülür. İki ovuc içərisində suyu sıxılır, incə-incə doğranılır.
  2. Düz bir qazana üç qaşıq yağ qoyulur, doğranmış soğanlar qızarıncaya qədər qovrulur, bir qaşıq tomat da əlavə olunur, 5 dəqiqə təkrar qarışdırılaraq tomatla birlikdə öldürülür. Hamsının üzərinə incə doğranmış ispanaq tökülür, qarışdırılaraq 15 dəqiqə təkrar qovrulur. Duzu, bibəri və bir stəkan su qatılaraq qarışdırılır. 5 dəqiqə qaynadılır.
  3. Yumurtaların qırılacaq yerləri qaşıqla ispanaqlardan aralanır, yumurta böyüklüyündə çüxurlar halına gətirilir. Bu çüxurlara yumurtalar bir-bir qırılır, qazanın qapağı tez örtülür. Yumurtaların üstünü ağ bir təbəqə örtüncə çox qatı olmaması üçün ocaqdan götürülür və süfrəyə verilir. Nuş olsun!

Mədinə Əliyeva
Bu yazıya 1278 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.