Xanımların diqqətinə


Müyesser Taşlıyar
Bu yazıya 972 dəfə baxılıb.

         *    Ət suyunu soyuducuya qoymadan əvvəl tez soyuması üçün qazanın ətrafına soyuq su qoyaraq ət suyunu soyudun.

*    Lazımsız olan limon qabıqlarını günəşli bir yerə qoyub qurutsanız hisli və yağlı mətbəx əşyalarınıza sürtsəniz sizi heyrətə salan nəticə ala bilərsiniz.

*    Çörək içi ilə hazırlanmış yeməkləri, üst-üstə qoyaraq nəmli  və yaxşıca sıxılmış bir salfetkaya büksəniz uzun zaman təzə qalar.

*    Südə biraz soda qatsanız həm tez qıcqırmaz, həm də asan həzm olunar.

*    Kişmiş üzümlərini bir- birindən ayırmaq üçün onları bir ovuc unla ovuşdurun və aşsüzənə atın, un ilə babər zibilləri də düşər.

*    Soyuducunuz ya xarab olarsa, ya da artıq boş yer yoxdur. Təmiz bir vedrəni axar su ilə doldurun, içinə bir xörək qaşığı duz atın. Su şüşələrini içinə qoyun.

*    Yeməyinizin duzu çox olarsa, qazana çiy kartof atın. Çox duz çəkəcəkdir.

*    Kartofu bişirərkən bişirmə suyuna bir qaşıq sirkə atın. Rəngi sapsarı olur.

*    Pomidorun qabığının asan soyulması üçün qaynar suya salıb, bıçağın arxasını pomidorun üzərində ağır-ağır gəzdirin.

*    Soğan soyarkən gözlərinizin yaşarmaması üçün soğanı içi su ilə dolu bir qabın içində soyun.

*    Quru noxud və lobiyanı bir gecə öncədən ilıq suya qoyun və qaynadarkən içinə biraz soda əlavə edin.

*    Boyat pilovu isidərkən bir qabın içində ocağa su qoyub qaynayınca qazanı içinə yerləşdirsəniz pilovunuz dən-dən qalar və təzəliyini itirməz.

*    Soğan qoxunu əllərinizdən çıxarmaq üçün, əvvəldən qaynatdığınız kartofu mətbəxdəki işiniz bitdikdən sonra əlinizə sürtərək beş dəqiqə ova bilərsiniz.

*    Uzun zaman işlətmədiyiniz köhnə çaydanlıklar zamanla çox da xoş olmayan bir qoxusu olur. Bunun qarşısını almaq üçün ən sadə iş içinə bir parça kəsmə şəkər qoymaqdır.

*    Uzun zaman işlədilən çaydanlıqların içinin kirəc bağlamasının qarşısını almaq üçün çaydanlığın içinə bir parça qırıq porselen amaq olar.


Müyesser Taşlıyar
Bu yazıya 972 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.