Kimdir Mənim Müəllimim?


Samirə Mahmudova
Bu yazıya 1123 dəfə baxılıb.

Dünyanı içindəki canlılarla bir likdə yaradan, yaşamaları üçün hər şeyi onların istifadələrinə verən Allah Təala məxluqatı müəyyən ahəng və nizam içində yaratmış, bunlardan bəzilərini proqramlaşdırmış, bəzi lərinə isə hər şeyi özlərinin öyrənmələri üçün fürsət vermişdir. Məsələn, ana tısbağa bala çıxartmaq üçün yumurtalarını dənizdən 20 metr aralıda qumluğa basdırıb, onları həyatın axarına buraxır. Zamanı gələndə bala tısbağalar yumurtadan çıxır. Çıxan kimi sürünərək (görmə hələ inkişaf etməsə də) dənizə tərəf gəlir və dənizə atılaraq üzməyə başlayırlar. Bu proses on lara sürünməyi, üzməyi öyrədən ana ları olmadığı halda, instikt olaraq baş verir. Bəs onları öyrə dən kimdir və ya hansı qüvvədir? Axı onlar hələ körpədir? Anasız, tərbiyəçisiz onlar hə ya tın ağuşuna atılırlar. O zaman bunun, ancaq və ancaq ilahi qüdrətin əsəri olduğunu de sək daha doğru olar. Allah Təala onların həyatları boyu rastlaşacaqları və etmə ləri vacib olan hərəkət və dav ranışlarını instikt şə kilində onlara ver miş, onları heç kəsə minnətçi етмəмişдiр. Bəs, əşraful-məxluqat (canlıların ən şərəflisi) olaraq yaratdığı insanı necə, пroq ram laşmış şəkildə göndərirmi? -Xeyr. Zariyat surəsində “Mən insanları və cinləri mənə ibadət etsinlər deyə yaratdım.” buyuran Allah Təala insanlara çalışıb çabalayaraq hər şeyi öyrənmələri üçün fürsət vermişdir. Bunun nəticəsində bəşər övladı nəyin yanlış və nəyin doğru olduğunu, nələrin xeyirli və zərərli olduğunu öyrənir. Burada ona rəhbərlər yol göstərir. İnsan hələ doğulduğu gündən etibarən rəhbər dediyimiz bir müəllimə ehtiyac duyur. Bu müəllim ona çox yaxın, canından bir parça olan anasıdır. Ona danışmağı, yеriməyi öyrədir. Onun nəvazişli qollarında mışıl-mışıl xumarlanaraq yatır. Daha sonra böyüyür, həya tının müəy yən bir mə qa mında bir başqa müəllimə ehtiyac du yur. Bu mü əllim ona cəmiyyət içində özünü düz gün aparmağın yollarını, öz yaşıd ları və başqa insanlarla ünsiyyət qurma qaydalarını öyrədir. Daha sonra, o, bü tün elmləri və social həyatda ehtiyacı olan bilgiləri müxtəlif müəllimlərdən öyrənərək, demək olar ki, bir çox şey öyrənmək üçün ömrünün yarısını onların yanında keçirir.

Demək, insan hər zaman və hər yerdə bir müəllimə ehtiyac duyur. Allah Təala insanların müəllimə olan ehtiyaclarını ilk olaraq göndərdiyi Ələq surəsində belə bəyan edir: “De ki: qələmlə yazmağı bizə О öyrətdi. İnsana bilmədiyini öyrədən Оdur”.

Bəşər övladı yaradıcısı olan Allah tərəfindən ehtiyacı olan bilgiləri öyrənir. Bu yolda ona Rəbbinin sevgili qulları olan insanlar arasından öz mə sum luğu, zəkası və müdrikliyi ilə seçi -lən peyğəmbərlər vasitəçilik edir. İnsanlar daima xəta edir. Allahın sevib bəyənmədiyi işlərlə məşğul olurlar. Bu yollardan onları çəkindirəcək biri varsa, o da, peyğəmbərlərdir. Ən son din olan İslam dininin peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s.) də Allahın ilahi məsajlarını insanlara çatdırmaq üçün göndərilmişdir. O, bu yolda bütün insanlığa nümunə ola biləcək müstəsna bir həyat yaşamışdır. Az ruzi ilə qənaət edərkən toxgöz olmağı, incindiyində əff etməyi bacarmağı, uşaq lara qarşı hərəkətlərində mərhəmətli, mülayim və sevgicanlı olmağı, ailəiçi mü na sib ət lərdə daima sadiq və meh riban olmağı, dostlarına və bütün in san lara qarşı sadiq, sadə və təvazökar ol mağı, bitki və heyvanat aləminə belə rəhmət və mərhəmətli olmağı biz insanlara öyrətmişdir.

Bütün gözəl key fiy yətləri özün də birləşdirənvə əxlaqın zirvə nöqtəsində duran bu insan Allah tə rəfin dən bütün bəşəriyyətə bir tərbiyəçi, bir müəllim olaraq göndərildi. Budur mənim müəllimim!!!

Öz əxlaqi keyfiy yətləri və davranışı ilə gözəl ömür sürən müəllimim!

İnsana hər şeydən öncə insan olmağı, qadın və kişiliyin dən, böyük və kiçikliyindən,

rəng və irqindən asılı olmayaraq, ona şəxsiyyətini tanıtdıran, haqq və hüququnu bildirən, ona dünyaya gəlmə missiyasını xatırladan müəllimim! İnsanın da, digər fanilər kimi bir gün sonunun gəlib, əbədi həyata köçərək etdiyi əməl lərə görə mükafat və ya cəza görəcəyini bildirən müəllimim!

Cəhalətə, savadsızlığa, əxlaqsızlığa və hər cür pis əmələ qarşı mübarizə aparmağı şərəfli və keşməkeşli həyatı ilə bizə öyrədən müəllimim! Bəşər övladının yalnız elmi deyil, eyni zamanda əxlaqi xüsusiyyətləri sayəsində hörmət və izzət gördüyünü sübut edən müəllimim! Dünyanın 100 böyük ideal in sanının arasından birinci olaraq seçilən müəllimim!


Samirə Mahmudova
Bu yazıya 1123 dəfə baxılıb.