CƏHƏNNƏMDƏN BİR KÖK


Məryəm Dəmir
Bu yazıya 885 dəfə baxılıb.

Həsəd “onda olmasın, məndə olsun” deməkdir, ilahi bölgüyə razı olmamaqdır. Həsəd qardaşı qardaşa öldürtməyə qədər gedər, Habil-Qabil hadisəsində olduğu kimi… Mömin olan kəsin qardaşı üçün düşüncəsi: “onda da olsun, məndə də”  şəklindədir. Bunun adı qibtədir. İslam dini qula həsədi qadağan etmişdir. Bir mömin özündəki mənfi xasiyyətləri müsbətə çevirməli, özünü yeniləməli, Mövlananın dediyi kimi axar suya bənzəməli, bulanmaqdan xilas olmalıdır. Həsədi isə qibtə ilə yox etməlidir.

Rəvayətə görə xəlifələrdən birinin dövründə olduqca zəngin bir adam, bazardan bir kölə alıb evinə gətirir və onunla kölə kimi deyil, alicənab bir adam kimi rəftar edir. Bahalı paltarlar alır, ləziz yeməklər təqdim edir, xərcləməsi üçün bol mmiqdarda pul verir. Sözün qısası, onunla sanki ata-bala olurlar. Ancaq bir məsələ kölənin diqqətindən qaçmır; onunla bu qədər yaxşı davranan ağası həmişə düşüncəlidir, daim kədərlidir. Bir gün ağası ona edə biləcəyi ən böyük yaxşılığı da edir. Onu azad edəcəyini söyləyərək yaxşı bir iş qurub sərmayə olaraq istifadə edə bilməsi üçün kifayət qədər pul da verəcəyini bildirir. Kölənin sevincinin həddi-hüdudu olmur.

Həmin gecə sahibi köləsini yanına çağırıb onunla dərdləşmək istədiyini söyləyir və qəlbini açır: “Bax, övladım”, deyir “Sənə bu qədər yaxşılıqlar etdim, hətta səni azad etməyə və sərmayə olaraq istifadə edə biləcəyin kifayət miqdarda pul da verməyə niyyətləndim. Bütün bunları nə üçün etdim, bilirsənmi?” Kölə: “Xeyr”, deyir, Sahibi: “Sənə etdiyim yaxşılıqların əvəzində bir xahişim var. Bu xahişmi yerinə yetirsən, sənə verdiyim hər şey halal olsun deyərəm, ancaq xahişmi yerinə yetirməzsənsə haqqımı halal etmərəm. Üstəlik istəyimi reallaşdırsan bu günə qədər verdiklərimdən qat-qat artığını verəcəyəm!” Kölə: "Əmriniz başım üstə; siz mənim ağamsınız, hər əmrinizi yerinə yetirməyə hazıram. Siz məni yenidən həyata qovuşdurdunuz, nə istəsəniz edərəm..." cavabını verdikdə, ağası: “Yox, elə olmaz. Mənə söz verməlisən, istəyimin nə olduğunu öyrəndikdən sonra imtina edəcəyindən qorxuram!” –deyir.

Kölə nə istəsə edəcəyinə dair and içib söz verdikdən sonra ağası: “İndi mənə diqqətlə qulaq as deyir və əlavə edir: "Mənim təyin edəcəyim bir vaxtda və məkanda başımı kəsəcəksən!”

Kölə heyrətdən donub qalır, qulaqlarına inana bilmir. Nə qədər “Ağam, bu necə ola bilər?!" desə də fayda etmir. Ağası kölənin andını yadına salaraq onu razı salır.

Gecənin bir yarısı sahibi gedib köləni oyandırır, əlinə iti bir bıçaq verib ardınca gəlməsini söyləyərək evin damına çıxır, oradan da bitişikdəki evin damına, oradan da başqa bir evin damına keçir. Ağanın qonşusunun evi olan bu evin damında pulla dolu bir kisəni köləsinə verib “Bu pul sənin olsun” deyir, “Mənim başımı burada kəsəcəksən, sonra da istədiyin yerə getməkdə sərbəstsən.” Kölə heyrətdən donub qalmışdı.  “Nə üçün sizi öldürməyimi istəyirsiniz?” deyə soruşur, sahibi bu cavabı veir: “Bu dam qonşumun evinin damıdır. Mən bu qonşumu dəhşətli dərəcədə qısqanıram, gözüm götürmür. Biz ticarətdə bir-birimizə rəqib idik. O, məni geridə qoydu. Ehtirasımdan yanıb yanıb kül olmaq istəyirəm, dözə bilmirəm! Nəhayət belə qərara gəldim ki, özümü öldürüm. Bu cinayəti onun işlədiyini bilsinlər və zindana atsınlar. Başqa cür rahat ola bilmirəm... Bu cinayət mütləq onun üstündə qalacaq, çünki bir-birimizə rəqib idik.

Kölə eşitdikləri qarşısında heyrətdən donub qaldı. “Bir insan ancaq bu qədər alçala bilər, sənin kimi axmaq və alçaq adamın haqqı da ölümdür onsuz da." deyərək onun istəyini yerinə yetirir, başını kəsir, pulları da götürüb oradan uzaqlaşır. Çox keçmədən cəsədi qonşunun damında tapırlar. Zavallı adamı tutub zindana salırlar. Lakin bir tərəfdən də: “Əgər qatil bu adamdırsa niyə onu öz evinin damında öldürsün ki? Bu işin içində iş var...” deyə bir dedi-qodu yayılır şəhərə.

Çox keçmədən hadisənin iç üzü aydın olar. Vicdanı narahat olan kölə, qazıya müraciət edib gerçəkləri izah edir: “Tutduğunuz adam günahsızdır, onu öz istəyiylə mən öldürdüm, bu zavallıya qatil damğası vura bilmək üçün planladı hər şeyi. Qısqanclıqdan  yanıb alovlanırdı.” deyir. Məsələ aydınlaşdıqdan sonra qətldə günahkar bilinən qonşu və kölə azad edilir, hadisə də tarix səhifələrinə keçir.

Həsədindən qonşusunu sırf töhmət altına salmaq üçün özünü öldürtdürən adam üçün şair Tahirul Mövləvi belə deyir :

 Nə özü etdi rahat, nə xalqa verdi dinclik,

Yıxıldı getdi qəhr olası dözümlü olsun əhli qubur

 

Rəsulullah (s.ə.s) “Həsədin kökü cəhənnəmdədir” -buyurmuşdur.

Bir başqa hədisi-şərifi isə Hz. Əbu Hüreyrə izah edir: “Rəsulullah buyurdu ki: “Həsəddən uzaq olun. Çünki o, alovun odunu yeyib tükətdiyi kimi, bütün xeyirləri yeyər.”

Hər bir insan daxilindəki bu duyğulardan azad olmaq üçün səy göstərməlidir. Bunun yoku nəfsin istəklərinin əksini etməkdir. Məsələn, daxilindəki həsəd duyğusu birini pisləməsini istədikdə adam, bunu şeytanın özü üçün hazırladığı tələyə düşmək demək olduğunu anlayaraq əksini etməli onu tərifləməlidir. Özündən birinə qarşı qürurlu davranmasını istədiyində etiraz edərək təvazö göstərməli; verməməyi pıçıldadığında, verməlidir. Adamın bu davranışları, qarşısındakı insanı məmnun edər və onun tərəfindən sevilməsinə səbəb olar. Bu şəkildə qarşılıqlı sevgi başlar və zamanla həsəd xəstəliyi yox olar. İlkin mərhələdə zorla olsa da, zamanla bu cür hərəkət etmək insanın şəxsiyyətində formalaşar. Bununla da həsəd öz yerini qibtəyə verər.

 

 


Məryəm Dəmir
Bu yazıya 885 dəfə baxılıb.