Hz. Mariya


Lalə Əhmədova
Bu yazıya 914 dəfə baxılıb.

Hz. Mariya cariyə ikən iman edən xanım səhabələrdəndir. Misir hökümdarı Mukavkısın Peyğəmbərin İslama dəvət üçün göndərdiyi məktubuna yazdığı cavabla birilkdə verdiyi hədiyyələrdəndir. Həddiyyə edildiyi il hicri 7-ci il idi.

Hz. Mariya Misirin Said bölgəsindən Nil çayının şərqində olan Hanf deyilən kənddəndir. Kiçik yaşda Mukavkısın sarayına gətirilmişdidir.

Hz. Mariya, Mədinəyə gəldikdən sonra Allah Rəsulunun şirin söhbətlərini dinləmiş, Onun təvasökar davranışlarından təsirlənmişdir. Peyğəmbərin ev işlərində xanımlarına kömək etməsinə və sadə həyat sürməsinə heyran olaraq ədəb, nəzakət və insani davranışlar onun könlünün İslama verməsinə vəsilə oldu. Heç kimsənin məcburiyyəti altında qalmadan öz inancını yaşama imkanı tapdı. Bu səbəstlik və azadlığı qarşılığında öz istəyi ilə müsəlman oldu.

O, iman etməklə böyük dərəcələrə nail oldu. Peyğəmbərimiz onun üçün Mədinənin kənarında bir ev tikdi. Sevgili Peyğəmbərimizə bir nur övlad dünyaya gətirdi. Hz. Xədicə anamızdan sonra uşaq sahibi anamız oldu. Cariyəlikdən qurtarıb azadlığına qovuşdu və möminlərin anası olma şərəfini əldə etdi. Mariya, oğlu İbrahimi dünyaya gətirdiyində ümmül- vələd statusunu qazanmışdır. İbrahim Mədinə kənarında yerləşən Avali adlı kəndə adət üzrə süd anaya verildi. Peyğəmbərimiz tez-tez oğlunu ziyarət edib şəfqət və mərhəmətlə sevərdi.

Gün keçdikcə uşaq böyüyürdü. Ancaq qədərin qərib bir əksidir ki, könül çiçəyi İbrahim xəstələnib sürətlə zəyifləməyə başladı. Mariya anamızın qoynunda can çəkişən övladını Rəhmət peyğəmbəri qucağına alıb bağrına basdı. Saçlarını oxşayarkən gözləri doldu. Dərin bir hüzün içərisində:

“ Ey oğlum! Allahdan gələn bir şeyə qarşı ola bilmərik. Ey İbrahim! Əgər sonrakılar əvvəl gələnlərə qovuşmasaydılar, daha çox hüzün yaşayardıq. Biz sənin ayrılığına görə çox qəmginik. Təbii ki, göz ağlar, qəlb məhzun olur. Bununla bərabər Rəbbimizə xoş gəlməyəcək bir şey söyləmərik !”- buyurdu. Sonra Mariya anamıza doğru baxdı və ona  təsəlli verdi.

Rəhmət peyğəmbərimizin mərhəmət damarları dolmuş və daşmış, gözlərindən inci dənəsi kimi yaşlar axmağa başlamışdı. Bu halı görən Abdurrəhman İbni Avf (r.a):

“ Ya Rəsulullah! Sizdə ağlayırsınız? ”- dedi

Peyğəmbərimiz də:

“ Mən sizə ağlamağı qadağan edirəm. Göz yaşarır, qəlb məhzun olur. Bu insanın əlində, iradəsində deyildir. Amma səsli ağlamaqdan, fəryad edib üsyan etməkdən və cəhalət adətlərindən sizi çəkindirirəm, ”- deyə cavab verdi.

İbrahimin doğumu Peyğəmbərimizi və müsəlmanları necə sevindirmişdirsə, vəfatı da o dərəcədə hüzünləndirmişdir. Eyni gün nur üzlü uşağının namazını qıldıran Sevimli Peyğəmbərimiz oğlu İbrahimi öz əli ilə Bakı qəbirstanlığına dəfn etdi. Qəbrinin üzərindəki torpağı xəfifcə açdı və su tökdü.

Baş tərəfinə büyük bir daş qoydu.

O gün Günəş tutulmuş hər tərəf qaralmışdır. Bu hali bəziləri İbrahimin ölümünə bağladılar və: “ Günəş, İbrahimin ölüdüyü üçün tutuldu ” dedilər. Bu sözləri eşidən Rasuli Əkrəm (s.ə.s) Əfəndimiz:

“ Günəş və Ay Allahın ayətlərindən iki işarədir. Nə kimsənin ölümü nə də doğumu üçün tutulmazlar ”, buyurdu.

Hz. Mariya (r.anha), övladının ölümü üzərinə evinə çəkildi. Səbir etməkdən başka çarəsi yox idi. Oğlunun qəbrini ziyarət edərək dərdini unutmağa çalışırdı. Bir müddət sonra Allah Rəsulu (s.ə.s.) Cənabı-Allaha qovuşdu. Bundan sonra Mariya anamız tamamilə inzivaya çəkildi.

O, çox sakit həyat yaşadı. Səssiz və öz halında olmağı sevərdi. Bunun üçün özündən hədis-i şərif rəvayət olmamışdır.

Hz. Ömər(r.a.) dövründə hicrətin 16-cı ilində vəfat edən Hz. Mariya anamızın cenazə namazını şəxsən xəlifə qıldırdı. Bakı qəbırstanlığında defn edildi. Cənabı Hakdan Şəfaətini diləyirik. Amin.

 

 

 


Lalə Əhmədova
Bu yazıya 914 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.