Ümid Çırağını Söndürmə


Əlif Güldar
Bu yazıya 868 dəfə baxılıb.

ÜMİD ÇIRAĞINI SÖNDÜRMƏ

Əməlli-başlı özünü itirmişdi. Pərişan vəziyyətdə idi. Neçə ildir ki, dağa-daşa çığırıb-bağırsa da heç birindən bir səda ala bilməmişdi.

Heç birindən cavab gəlmirdi. Nə dağdan, nə də ki, daşdan… Ümid çırağı mox zəifləmişdi.

Bu zaman bir nəfərlə qarşılaşdı. Rastına çıxan da özündən fərqsiz idi. Dərdini ona danışdı:

- Mən bir könül insanıyam. Adəm oğullarının badəm (badam) qovğasında tələf olmasına razı ola bilmirəm. Onları cənnətə daşımaq istəyirəm. Bunun üçün də illər uzunu çığır-bağır edirəm. Yazıram, pozuram, danışıram. Əlimdən gələni əsirgəmirəm, amma nə görən var, nə eşidən, nə də hiss edən. Bu, məni qəhr edir.

Ürəyini açdığı adam ona belə dedi:

- Əgər sən bir könül adamısansa, bilməlisən ki, bu dünya Adəm oğullarının badəm qovğası edəcəkləri yerdir. Onları bundan uzaqlaşdıra bilməzsən. Onları cənnətə daşıma cəhdlərinə gəldikdə isə o mövzuda ümid çırağını canlandır! Doğru söyləməyə davam et! Korlar səni görməyə, karlar eşitməyə, hissiyatsızlar da varlığından xəbərdar olmaya bilərlər.  hər söz bir toxumdur. Sən toxum səpməyə davam et. Fərq edilməmək səni bu qədər üzməsin. Əsla ümid çırağını söndürmə. Sən vəzifənə davam et! Gün gələr səni də görən olar. Eşidən, hiss edən olar. Mütləq olar və o, demək istədiyini bütün insanlığa çatdırar…

 

AXTARDIĞINI TAPMAQ

Rəvayət olunur ki, vəlilərdən biri həccə getmək istəyir. Bu vəlinin bir oğlu da vardı. Oğlu atasından:

- Hara gedirsən, atacan? –deyə soruşdu. O da:

- Beytullaha gedirəm, cavabını verdi. Uşaq Beytullahı görənin Allahı da görəcəyini zənn etdi:

- Nə olar, atacan, məni də özünlə apar.

- Sən hələ ora gedə bilməzsən.

Bu cavabı alan uşaq ağlamağa başladı. Uşağın ağlamasına dözməyən atası onu da özü ilə apardı. Miqata çatıb ehrama girdilər, təlbiyə gətirərək Hərami-Şərifə daxil oldular. Beytullahı görən kimi uşaq ruhunu təslim edərək yerə yıxıldı. Atası dəhşətlə: “Gözümün işığı oğlum hardadır?” –dedi. Beytullahın bir küncündən belə niddda olundu:

“Sən Beytullahı istədin və tapdın, o isə Allahı istədi və tapdı.”

Uşağı onların yanından apardılar. Yenə başqa bir səs eşidildi:

“O uşaq indi nə yerdə, nə cənnətdə, nə də bir boşluqdadır. O, hər şeyə qadir olan Allahın yanında, sadiqlərin olduqları yerdədir.”

...VƏ DUALARIMIZ...

Mövsum həcc mövsümü, özünü Ona qurban etməyə hazırlıq mövsümüdür. Bu mövsümdə canın və övladın yerinə nəzir edilən qurbanlarımızıa vəzifələrimizi yerinə yetirəcəyik. Bəlkə də bu nəzir deyişin simvolu olan qurbanımızı qardaşlarımızla bölüşəcəyik. Qurban sadəcə bir miqdar pul ödəyərək həyata keçirilən vəzifə deyil, böyük bir təslimiyyət və fədakarlığın simvoludur. Qurban ağlı qəlbə təslim etmək və əziz olan candan ən sevgili üçün vaz keçməkdir. Qurbanı müsəlman qardaşları üçün böyük bir sevinc və məhəbbəti paylaşmağın bir əsəri olaraq görməyin həyatımıza yeni bir məna və hiss dərinliyi qatacağı şübhəsizdir.

Qurbanlarımız özümüzü Rəbbimizə həsr edişimizə vəsilə olsun, həcc ibadətlərimiz mübarək olsun. Məhəmməd İqbalın dediyi kimi:

“Hacılarımızın mübarək torpaqlardan ölkələrinə gətirdikləri təkkə, təsbeh və zəmzəmlərlə yanaşı Hz Əbu Bəkrin sədaqətini, Hz. Ömərin ədalət duyğusunu, Hz. Osmanın həyasını və Qurana bağlılığını, Hz. Əlinin elm eşqini və iman həyəcanını gətirmələrini təmənna edək.” Buna hər birimiz həmişəkindən çox möhtacıq.

 

 

 

 


Əlif Güldar
Bu yazıya 868 dəfə baxılıb.